
İmam Baqir (ə) nəql edir: “Münacat edən zaman Həzrət Musa (ə) Allahdan soruşur: “Allahım! Xəstəni ziyarət edənin savabı nə qədərdir?”.
Allah Təala Musaya (ə) vəhy edir: “Mən belə bir insan üçün mələyi vəzifələndirərəm ki, onu qəbrində Qiyamət gününə qədər ziyarət edər”.
Musa (ə) soruşur: “Allahım! Meyitə qüsl verənin əcri nə qədərdir?”.
Allah buyurur: “Məni onu günahlarından pak edərəm və anasından doğulduğu gün kimi olar”.
Musa (ə) deyir: “Allahım! Cənazəni müşayiət etməyin savabı nə qədərdir?”.
Allah buyurur: Mən bir neçə mələyə əmr edərəm ki, onları bayraqlarla qəbirlərindən məhşərə qədər müşayiət etsinlər”. (Həvzəh)
Musa (ə) yenə soruşur: “Allahım! O kəs ki, müsibət görənə ürək-dirək verər və başsağlığı verər, onun savabı nə qədədir?”.
Allah buyurur: “Mən Qiyamət günü ki, Mənim kölgəmdən başqa kölgə olmaz, onu Öz kölgəmdə qərar verərəm””./Deyerler.