
İmam Əli (ə) buyurur: “Qənaət elə bir qılıncdır ki, kütləşməz”.
İmam Əli (ə) buyurur: “Xoş olsun o kəsin halına ki, Qiyaməti yadına salar və hesab günü üçün iş görər. Həyatda malik olduqlarına qane olar və Allahdan razı olar”.
İmam Əli (ə) buyurur: “Qənaəti nəfsinə təlqin et”.
İmam Əli (ə) buyurur: “Necə gözəldir insan üçün ki, aza qane olar və çoxlu bağışlayar”.
İmam Əli (ə) buyurur: “Ən şükür edən insan – onların ən çox qane olanıdır. Onların naküşürlük edəni – onların ən hərisidir”.
İmam Əli (ə) buyurur: “Hər kimin nəfsi qane olarsa, ona paklıqda və özünü idarə etməkdə yardım edər”.
İmam Əli (ə) buyurur: “Ey Adəm övladı! Əgər dünyada o qədər ki, sənə kifayət edər, istəsən – bil ki, dünyadan ən azına kifayət etmisən. Əgər dünyadan sənə kifayət edəndən çoxunu istəsən – bil ki, bütün dünya belə, sənə kifayət etməyəcəkdir”.
İmam Əli (ə) buyurur: “İzzəti-nəfsdəndir, qənaətə bağlı olmaq”.
Həzrət Peyğəmbər (s) buyurur: “Qənaət, qurtarmayan maldır”.
İmam Əli (ə) buyurur: “Qane olan şəxs – qüdrətli və ehtiyacsızdır, baxmayaraq ki, ac və paltarsız olsa belə”.
İmam Əli (ə) buyurur: “Qənaət ehtiyacsızlıq gətirər”. (İslami saytlara istinadən)/Deyerler.