İmam Əli (ə) namaz qılarkən özünü Haqq Təala (c.c) qarşısında necə hiss edərdi?!

İlahi əmanət yükünü daşımaq bəşər üçün ən böyük iftixardır.

Şair deyir:
Səma götürmədi bu əmanəti,
İnsana yazdılar bu ləyaqəti.

Həzrət Əli (ə) Siffeyn döyüşündə günəşi izləyir, arabir səmaya baxırdı. İbn Abbas bu işin səbəbini soruşdu. O həzrət buyurdu: "İstəmirəm ki, ilkin vaxtın namazını əldən çıxaram.” İbn Abbas dedi: "İndi?” Həzrət (ə) buyurdu: Bəli! ("Səfinətul-bihar”, 2-ci cild, səh.44)

Bəli! Balıqlar üzməkdən yorulmadığı kimi ilahi övliyalar da ibadət və namazdan yorulmur, əksinə, hər ibadətdən sonra Allah dərgahında bəndəlik üçün daha da həvəslənirlər.


İmam Səccad (ə) namazda "maliki yəvmid-din” cümləsini o qədər təkrar edirdi ki, baxanlar onun can verdiyini düşünürdülər. (bax: "Bihar”, 84-cü cild, səh.274)


O, səcdədə tər içində olurdu.
İmam Baqir (ə) buyurur: "Atam imam Səccad (ə) gecə və gündüz ərzində min rəkət namaz qılırdı.” ("Vəsail”, 1-ci cild, səh.68)


Allahın rəsulu (s) namaz vaxtı çatarkən elə bil heç kəsi tanımırdı və xüsusi mə’nəvi halda olurdu. ("Bihar”, 84-cü cild, səh.258)

O buyurdu: "Ac yeməkdən, susuz sudan doyur. Lakin mən namazdan doymuram.” ("Mustədrəkul-vəsail”, 1-ci cild, səh.174)/ehliwie-samux.

baxılma sayı: 7