İmam Camaatın şərtləri 8-dir

Camaat namazında imam camaat duran şəxs gərək 8 xüsusiyyətə malik olsun, əkstəqdirdə günahkar və qılınan namazın bütün günahları onun öhdəsinə yazılır. İmam camaatın 8 şərtləri ibarətdir:

1-On iki imam şiəsi olsun, Əhli-Beyt (ə) davamçıları üçün imamlıq edən şəxs gərək Peyğəmbərin (s) təyin etdiyi 12 ilahi canişinini ilahi rəhbər olaraq qəbul etsin. 

2-Aqil olsun, yəni imam camaat duran şəxs hər növ dəlilikdən uzaq olsun. Yəni nə dediyini anlasın və nə etdiyini dərk etsin. istər bu dəlilik həmişə olsun istərsə də keçəri olmuş olsun. 

3-Halalzadə olsun, yəni ata-anası kəbin kəsilməmiş ailədə dünyaya gələn uşağın həddi büluğa çatan zaman imam camaatlılığına icazə yoxdur. 

4-Baliğ olsun, Uşaq camaat namazında imam camaat dayana bilməz. 

5-Adil olsun, imam camaatın fasiq olması onun namazda imam camaat durmasına maneədir. Yəni əgər bir şəxs aşkarda böyük günahlar edir və kiçik günahlardan qəsdən uzaq durmursa onun imam camaat durmasına icazə yoxdur. 

6-İmam camaat qiraəti düzgün oxusun. Yəni camaat namazında imamlıq edən şəxs gərək ərəb dilində namazın vacib zikrlərini düzgün oxusun, yəni ərəb kəlmələrinin hərflərini düzgün ifadə edə bilsin. 

7-İmam camaatın kişi olması zəruridir. Əgər camaat namazında iqtida edən şəxslər kişilərdirlərsə lazımdır ki imam camaat da kişi olsun. Yəni kişi uşaq və qadına iqtida edə bilməz. 

8-İmam camaatın üzərinə hədd təyin olunmamış olsun. Yəni Əgər bir şəxs camaat namazında imam camaatlıq etmək istəyirsə, pişnamazlıqdan öncə gərək onun üzərində ilahi şəriət cəzası həyata keçirilməmiş olsun. Əgər bir şəxs başqasına töhmət vurubsa və ona şəri hökmlə cəza verilibsə o bu hadisədən sonra camaat namazında imamlıq edə və ona iqtida etmək olmaz. 

baxılma sayı: 372