İlahi Dərgaha ediləcək bir neçə münacat və dualar

İlahi! Səndən istəyir, Səni çağırır və əzəmətli, ən böyük, ən izzətli, ən şanlı və ən kəramətli adına and veririk! Ey Allah! Ey Allah! Ey Allah!

İlahi! Ey Həmid Allah, Məhəmməd haqqına! Ey Ali Allah, Əli haqqına! Ey Fatir Allah, Fatimə haqqına! Ey Möhsin Allah, Həsən haqqına! Ey Ehsanı qədim olan Allah, Hüseyn haqqına!

İlahi! Məhəmməd və Ali-Məhəmməd (s) hörmətinə, bizə Öz bəndəliyin üçün tərbiyə olunmaq səadəti nəsib et! İlahi! Bizim daxilimizdəki bütü sındır!

İlahi! Bizim azğın nəfsimizi həqiqətən Özünə bəndə və Öz mərhəmətini bizə nazil et! İlahi! Səni Məhəmməd və Ali-Məhəmməd (s) hörmətinə and veririk, bizi Məhəmməd və Ali-Məhəmmədin (s) həqiqi ardıcılları et! İlahi! Daxilimizdə olub bizi Səndən uzaqlaşdıran, Sənin yanında xəcalətli edən və təkamül yolunu üzümüzə bağlayan bəyənilməz və qəbahətli xüsusiyyətlərin kökünü kəs!

 

İlahi! Bizi deyib-bildiklərimizə əməl edənlər et! İlahi! Məhəmməd və Ali-Məhəmməd (s) hörmətinə and veririk, bu bərəkətli günlərdə və bu mübarək ramazan ayında bizim ixlaslı və müsəlman xalqımıza Özünün xüsusi mərhəmətini nazil et! Onları düşmənlərinə qalib et! Onların düşmənlərini xar və zəlil et!

 

İlahi! Məhəmməd və Ali-Məhəmməd (s) haqqına, bizim əziz və böyük imamımızın pak ruhunu Məhəmməd və Ali-Məhəmmədin (s) pak ruhları ilə birgə et! İlahi! Onun Sənin yanındakı məqamını günbəgün ucalt və yaxşılaşdır!

 

İlahi! Məhəmməd və Ali-Məhəmməd (s) haqqına, bu xalqdan, bu toplantılardan və bizim hər birimiz tərəfindən o həzrətin ruhuna rəhmət və hədiyyə göndər!

İlahi! Məhəmməd və Ali-Məhəmməd (s) haqqına, bizim dəyərli şəhidlərimizi erkən İslam çağının şəhidləri ilə birgə et! Öz mərhəmət və bərəkətlərini şəhid ailələrinə şamil et!

İlahi! Məhəmməd və Ali-Məhəmməd (s) haqqına and veririk, Özünün xeyir və bərəkətlərini bizim cəmiyyətimizə nazil et! Problemləri aradan qaldır! Düşmənin gizli və aşkar əllərini kəs! Bizi bir-birimizə daha mehriban və daha yaxın et! Bizi Sənin hökmlərinə tam şəkildə əməl edənlər et!

İlahi! Kəramətli və əziz Quranı bizim cəmiyyətimizdə kamil şəkildə həyata keçir, bizim əxlaqımızı Quran əxlaqı et! İlahi! Bizim ölənlərimizi, ata-analarımızı bağışla! İlahi! Bizi bağışla! Öz rəhmət və əfvini bizə şamil et!

İlahi! Əgər bu ayın ötən günlərində bizi bağışlamamısansa, qalan günlərində Öz əfvini bizə şamil et!

İlahi! Məhəmməd və Ali-Məhəmməd (s) haqqına, dövrün imamının müqəddəs qəlbini bizdən razı et! O həzrətin dua və razılığını bizə şamil et! Bizi qeybi və zühuru dövründə o həzrətin köməkçilərindən et!

İlahi! Öz yolunda şəhidlik səadətini bizə nəsib et! /Mənbə: "İlahi ziyafət" kitabı

baxılma sayı: 150