Elə məclislər varmı ki, orada Allahı yada salmaq məsləhət deyildir?!

Allahı zikr etməyin böyük fəzilətləri vardır ki, insana dünya və axirət səadəti bəxş edər. Hər kim Allahı yada salarsa, Allah da onu yada salar və ona rəhmət nəzəri ilə baxar.

Bu insan dünyada şeytanın şərindən amanda olar, axirətdə isə yeri behişt olar.

Həzrət Peyğəmbər (s) buyurur: “Behişt bağlarına tərəf tələsin”.   Soruşurlar ki, behişt bağları haradır?   Buyurur: “O məclislər ki, orada Allahı yada salarlar”.

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim qafillərin arasında Allahı yada salmağı dirçəldərsə, o mücahid kimi olar ki, başqaları qaçan zaman Allah yolunda cihad edər. Və bu insanın savabı behiştdir”.


İmam Əli (ə) buyurur: “Allahı hər yerdə yada salın ki, O, sizinlədir”.

İmam Baqir (ə) buyurur: “Əsil Tövratda gəlmişdir ki, Həzrət Musa (ə) Allahdan soruşur: “Allahım, məclislər olur ki, Səni ondan əziz bilirəm ki, belə məclislərdə sənin zikrini deyim”.

Allah buyurur: “Ey Musa! Mənim adımı çəkmək və zikrimi etmək – hər bir halda layiqlidir””.  Allahı zikr etməyi tərk edənlər.

İmam Sadiq (ə) buyurur: “O məclisdə ki, yaxşı əməl sahibləri ilə pis əməl sahibləri orada cəm olarlar, məclis tamam olar və ayağa qalxarlar o halda ki, o məclisdə Allahı yada salmayıblar – həmin məclis Qiyamət günü onların həsrətinə və peşmançılığına səbəb olacaqdır”.

 

Həzrət Peyğəmbər (s) buyurur: “Nə zaman bir dəstə toplaşarlar və o məclisdə Allahı yada salmazlar və Peyğəmbərə (s) salavat göndərməzlər – o məclis Qiyamət günü onların həsrətinə səbəb olacaqdır”./Deyerler.

baxılma sayı: 94