Qurani Kədimdə Sirat körpüsünün adı çəkilmişdirmi?!

  “Həqiqətən də, sənin Rəbbin (onlara) nəzarət edir”. (“Fəcr” 14).

İmam Sadiqin (ə) mübarək nəzərinə görə bu ayədə adı çəkilən “mirsad” sözü ərəb dilində Sirat körpüsü deməkdir ki, cəhənnəmin üzərindən keçər. İmam (ə) buyurur: “Mirsad – o körpüdür ki, cəhənnəmin üzərindən keçər. Hər kimin boynunda məzlumun haqqı olarsa, ondan keçə bilməyəcəkdir”.

 İmam Cəfər Sadiq (ə) Sirat körpüsü ilə bağlı buyurur: “Sirat – yəni Allah mərifətinin yoludur ki, iki sirata şamil edilər. Dünyada olan sirata və axirətdə olan sirata.

Dünyada olan sirat – İmamdır ki, itaət olunması vacibdir.

Axirətdəki sirat – elə bir körpüdür ki, cəhənnəmin üzərindən çəkilmişdir.

Hər kim dünya siratından düzgün keçərsə, axirətdə də o körpüdən asanlıqla keçəcəkdir.

O kəs ki, dünyada İmamını tanımaz, axirətdə də ayağı Sirat körpüsündə büdrəyəcəkdir və cəhənnəmin dibinə süqut edəcəkdir”.

 Quranda Sirat körpüsü deyil, siratül-müstəqimə rast gəlmək olur. Sirat – yol deməkdir, müstəqim isə düz və doğru deməkdir. Siratül-müstəqim – yəni, doğru yol deməkdir. Bu, elə yoldur ki, o insan ki, bu yola qədəm basar – hidayət olar.

 İmam Sadiq (ə) buyurur: “Cəhənnəmin üzərində körpü vardır ki, tükdən dar və qılıncdan itidir”.

 Həzrət Peyğəmbər (s) buyurur: “Sizlərdən Siratda ən sabitqədəm olanınız o kəsdir ki, mənim Əhli-Beytimə (ə) məhəbbəti daha çox olsun”.

 Beləliklə, deyə bilərik ki, Quranda Sirat körpüsünün birbaşa adı çəkilməsə də, ona işarə edilmişdir. Sirat körpüsü – o körpüdür ki, cəhənnəmin üzərindən çəkilər və hər kim ondan asanlıqla keçmək istəyirsə, gərək bu dünyada İmamını (ə) tanısın və ona itaət etsin, Əhli-Beyti (ə) sevsin./Deyerler.

baxılma sayı: 63