Tavus Yəmani İmam Səccadın (ə) səhabəsi həzrətdən öyrəndiyi səcdə duası ilə çətinliklərini həll etdi!

Tavus Yəmani deyir: "Bir gecə Kəbənin kənarından keçirdim, gördüm ki, İmam Səccad (ə) Hz. İsmail (ə) məqamına daxil olaraq səcdə etdi. Fikirləşdim ki, bu şəxs Risalət ailəsindəndir. Yaxşı fürsətdir ki, onun sözlərinə qulaq asaraq bilim ki, o həzrət səcdədə hansı duanı oxuyur!

İmam Səccad (ə) səcdədə bu duanı edirdi: "Sənin zəif bəndən evinə üz tutub, çarəsiz bəndən Sənə üz tutubdur! Sənin əli boş bəndən səni çağırır".
Tavus deyir: İmamın bu səcdə duasını öyrənib hər zaman ki çətinlik, çıxılmaz vəziyyət və ya qəm mənə üz verərdi bu duanı oxuyar və xoşluqlar əldə edərdim.
Mənbə: Kəşful Ğümmə, cild: 2, səh: 273