İmam Səccad (ə): «Zavallı insan! Hər gün başına üç müsibət gələr, amma heç birindən də ibrət götürməz. Əgər ibrət götürsəydi dünyanın çətinlikləri və işləri ona asan gələrdi.

Birinci müsibət, onun ömründən azalan bir gündür. Onun malından bir şey azalarsa qəmli olar. Halbuki, malın varisi var, ancaq ömürdən itirilənlərin yerini doldurmaq mümkün deyil.

İkinci müsibət budur ki, öz ruzisini tam şəkildə əldə edir. Əgər halal yolla olsa hesab-kitabını verəcək, haram yolla olsa cəzasını çəkəcək.

Üçüncü müsibət bunlardan böyükdür.» Ərz etdilər: «O nədir?» Buyurdu: «Keçirdiyi elə bir gecə-gündüz yoxdur ki, axirətə bir mənzil daha yaxınlaşmasın. Amma bilmir cənnətə tərəf, ya cəhənnəmə?»

Biharul-Ənvar, c.78, səh.160, hədis 20