İmam Səccad (ə): 5 dəstə ilə dost, sirdaş və səfər yoldaşı olmayın!

Həzrət Zeynəl Abidin (ə) 5 dəstə ilə dost, həmsöhbət və səfər yoldaşı olmaqdan çəkinməyi tövsiyə edir!
İmam Səccad (ə) övladlarından birinə buyurur: Oğlum! Diqqət et ki, beş dəstə ilə dostluq, həm söhbət və yol yoldaşı olmaqdan çəkin!
İmamın oğlu dedi: Atacan o dəstə insanlar kimlərdir? İmam Səccad (ə) buyurdu:
1-Yalançılarla dostluq etməkdən çəkin. Çünki o yaxını sənin üçün uzaq və uzağı yaxın göstərər.
2-Fasiqlərlə dostluq etməkdən çəkin. Çünki o səni bir tikə çörəyə və ya ondan azına satar.
3-Paxıllarla dostluq etməkdən çəkin. Çünki o səni ehtiyaclı olduğun zaman öz qarşısında səni zəlil edər.
4-Axmaqlarla dostluq etməkdən çəkin, O sənə xeyir vermək istəyər amma ziyan yetirər.
5-Qohumlarla əlaqəni kəsənlərlə dostluq etmə. Çünki onlar Allahın kitabına lənətlənmişdirlər. Tərcümə etdi: Yusif. Ə

baxılma sayı: 89