
İmam Baqir (ə) tövsiyələrindən:
A)-Sənə tövsiyə edirəm:
1-Əgər sənə zülm etsələr zülm etmə (əvəz çıxmaq nəzərdə tutulmur),
2-Əgər sənə xəyanət etsələr sən xəyanət etmə,
3-Əgər səni yalançı adlandırsalar əsəbləşmə,
4-Əgər səni təriflədilərsə, sevinmə,
5-Əgər səni danladılarsa, hövsələsizlik etmə.
B)- Bu üç xasiyyət Dünya və axirətin gözəl xasiyyətlərindən:
1- Əgər sənə zülm etdilər bağışlamağa çalış,
2- Əgər (müsəlman şəxs) səninlə əlaqəsini kəssə, sən onunla yaxın olmağa çalış,
3-Və o zaman ki səninlə nadanlıq səbəbindən rəftar olunsa səbrli olmağa çalış.
C) Tənbəllik və dözümsüzlükdən (tələskənlikdən) çəkin ki, bu iki xasiyyət, hər pisliyə yol açan açardır:
1-Hər kim tənbəllik etsə haqqı çatdırmaqda aciz olar.
2-və hər kim tələskənlik etsə haqqa qarşı səbirli olmaz. (Bihar əl-Ənvar, cild: 75, səh: 167, 173 və 175).