İmam Səccadın (ə) yolkəsənlə əhvalatı

Həzrət İmam Səccad (ə) həcc tərəfə hərəkət edirdi. Məkkə ilə Mədinə arasında olan səhraya çatır. Birdən yolkəsən bir kişi Həzrətə (ə) çatır və deyir: “Aşağı düş".


Həzrət (ə) ona buyurur: "Məqsədin nədir?" Kişi deyir: "Səni öldürmək və malını qarət etmək istəyirəm".
Həzrət (ə) buyurur: "Mənim nəyim varsa, səninlə bölərəm və sənə halal edərəm". O, deyir: "yox". Həzrət (ə) buyurur: Mənə mənzilə çatana qədər mal saxla, qalanını götür. Kişi deyir: "Yox" və üzünü çevirir.

Həzrət (ə) buyurur: "Sənin Pərvərdigarın haradadır?" O, deyir: "Yuxudadır." Bu zaman iki vəhşi şir gəlir və biri bu kişinin başını və o birisi də ayaqlarını tutub dartır. Bu zaman İmam (ə) buyurur: "Güman edirdin ki, Allahın yuxudadır?"/Deyerler.

baxılma sayı: 223