Qadın yalnız hansı halda imam-camaat ola bilər? – Ayətullah Xamenei

Bu barədə Hawzahnews.xəbər agentliyi Ayətullah Seyyid Əli Xamneinin dəftərxanasına sual ünvanlayıb: Sual: Qadın hansı halda camaat namazında imam-camaat ola bilər? Cavab: Qadının imam-camaat olması yalnız qadınlardan təşkil olunmuş camaat namazında icazəlidir.

Ardını oxu

Müstəhəb əməlləri qadağan etdiyi halda valideynə itaət vacibdirmi?

Sual: Əgər valideynlər övladlarının müstəhəb əməllərin icrasına narazı olarlarsa, onlara itaət etmək vacibdirmi? Cavab: Evdə səfa-səmimiyyət, xoş yaşam ona bağlıdırsa bu miqdar icazə vacibdir. Həmçinin Ayətullah Məkarim Şirazi buyurub: “Bu kimi işlərdə onlarla muxalifətçilik etmək onların əziyyətə düşməsinə səbəb olarsa gərək müxalifət edilməsin.

Ardını oxu

Nə üçün məscidlərə ehtiram göstərilir?

Həzrət İmam Sadiq (ə) buyurdu: Allah məscidlərin əzəmətli tutulmasını ona görə əmr etmişdir ki, onlar yer üzərində Allahın evləri olsun. Habelə həzrət Əbu Abdullahın (ə) belə buyurduğu nəql olunmuşdur: Tövratda yazılmışdır: Mənim evlərim yer üzərində məscidlər olar. Buna görə də, xoş olsun o kəsin halına ki, evində özünü pak və pakizə etmiş olsun. Sonra isə Məni Öz evimdə ziyarət etsin. Ziyarət olunanın haqqı isə odur ki, ziyarət edənə ikram etsin.

Ardını oxu

Yetkinlik yaşına çatmayan uşağın namaz qılması icazəlidirmi?

İnsan yalnız yetkinlik yaşına çatdıqdan sonra ibadətlərinə görə cavabdehdir. Yetkinlik yaşından sonra insanın hansı ibadətinin batil, hansının düzgün olduğu Allah dərgahında hesablanır. Buna kimi edilən ibadətlərdə hər hansı natamamlıq və yanlışlıq olsa da, insana günah gətirmir, əksinə, ibadətə həvəs göstərdiyinə görə ona savab yazılır.

Ardını oxu

Namazda rəkətlərin sayında səhvi düzəltmək üçün ehtiyat namazını necə qılmaq lazımdır?

Cavab: Ehtiyat namazı üzərinə vacib olan şəxs, namazın salamından sonra gərək dərhal ehtiyat namazı niyyəti edib, təkbir desin, Həmd oxusun və rükuya getsin, sonra iki səcdə etsin. Əgər ona bir rükət ehtiyat namazı vacibdirsə, iki səcdədən sonra təşəhhüd oxuyub salam versin, əgər iki rük`ət ehtiyat namazı ona vacib olsa, iki səcdədən sonra daha bir rükət, birinci rükət kimi yerinə yetirsin və sonra təşəhhüd və salam desin.

Ardını oxu

Şükür namazını necə qılaq?

İmam Sadiqin şükür namazı haqqında belə buyurduğu nəql olunmuşdur: Allah sənə bir nemət bəxş etdikə iki rəkət namaz qıl; birinci rəkətdə “Fatihə” və “İxlas” surəsini oxu. İkinci rəkətdə isə “Fatihə” və “Kafirun” surəsini oxu. Birinci rəkətdə rüku və səcdələrində de: “Əlhəmdu lillə̃hi şukrən,...

Ardını oxu

Camaat namazında iştirak etmək üçün 6 mühüm nöqtə

Həzrət (s) buyurdu: “Yenə də camaatla qıl, baxmayaraq ki, evdə qılsan belə”. Camaat namazında iştirak etmək üçün 6 mühüm nöqtə: 1. Camaat namazında iştirak etmək hamı üçün müstəhəbdir, xüsusilə də məscidlə qonşu olanlar üçün. 2. Müstəhəbdir ki, insan səbir etsin və namazını camaatla qılsın. 3. Camaat namazı əvvəl vaxtda qılınmasa da, əvvəl vaxtda qılınan fərdi namazdan daha yaxşıdır. 4. Qısa qılınan camaat namazı, uzun qılınan fərdi namazdan daha yaxşıdır...

Ardını oxu

Namazda nəyin üzərinə səcdə etmək olar?

Cavab: Səcdə yerə, habelə yerdən göyərib yeyilməli olmayan şeylərə (çubuq, ağacın yarpağı və s.) edilməlidir. Yeyilən və geyilən şeylərə səcdə etmək səhih deyildir... Amma mədəndən çıxarılan daşlara (mərmər daşı, qara daşlar kimi) səcdə etməyin eybi yoxdur.

Ardını oxu

Namazda əlləri budların üstünə qoymaq vacibdirmi?

Cavab: Namazda qiyam halında əlləri budların üstünə qoymaq müstəhəbdir. Ayətullahul-uzma Seyid Əli Xameneyi, "Fiqh təlimləri",c.1 Ayətullahul-uzma Seyid Əli Sistani, "İzahlı şəriət məsələləri",məs.964 Ayətullahul-uzma Şeyx Vəhid Xorasani, "Tovzihul-məsail",məs.986

Ardını oxu

Təşəhhüdü unutsam, nə etməliyəm?

Cavab: 1.Əgər namazqılan üçüncü rəkətə ayağa qalxsa və rükuya getməmişdən öncə təşəhhüdü oxumadığı yadına düşsə, əyləşməli, təşəhhüdü oxumalı və sonra ayağa qalxıb namazı davam etdirməlidir. Namazı qılıb qurtardıqdan sonra bir dəfə artıq ayağa qalxdığı üçün ehtiyati-müstəhəbə görə iki səcdeyi-səhv yerinə yetirməlidir...

Ardını oxu

Qüsulda hansı ardıcıllığa riayət olunmalıdır?

... Qeyd: Demək olar ki, təqlid mərəcələrin böyük əksəriyyəti qüsulların öncə baş, boyun-boğaz, sonra sağ tərəfin yuyulması, sonra isə sol tərəfin yuyulması tərtibi (ardıcıllığı) ilə yerinə yetirilməsinə fətva verirlər.

Ardını oxu

Gecikmiş məğrib və işa namazlarımızı hansı niyyətlə qılaq?

Cavab: Vacibdir ki, insan şam və işa namazlarını gecə yarısından əvvəl qılsın. Əgər gecə yarısından sonra qılarsa Allaha ümüd qəsdi ilə əda və qəza niyyəti etmədən qılsın. (Ayətullah Xamenei)

Ardını oxu

Digərinin ələ su tökməsi ilə dəstəmaz almaq olar?

Fiqhi kitablarda dəstəmazın bir neçə şərti qetd olunub ki, bunlardan biri də dəstəmaz alan şəxsin özünün bu işi görməsidir. Yalnız həmin şəxsin dəstəmaz almağa qüdrəti olmadığı təqdirdə ona kömək edilməsi caizdir (icazəlidir). Elə isə dəstəmaz alan birinin köməyə ehtiyacı olmadığı halda əlinə su tökmək dəstəmazı batil edirmi (pozurmu)? Məsələyə aydınlıq gətirmək üçün fəqihlər dəstəmazın alınmasında icra olunan işləri iki qismə bölüblər: Müqəddimati işlər və dəstəmazın əməlləri:...

Ardını oxu

Sual: Xalq içində belə bir fikir var ki, namaz qılan adamı valideyni çağırsa, namazı kəsib cavab verməlidir. Bu fikir düzündürmü?

Cavab: Dini mətnlərimizdə bununla bağlı Peyğəmbərdən (s) və İmam Kazimdən (ə) iki hədisə rast gəlmişik. Hədislərin birində buyurulur ki, əgər namaz qılan adamı atası çağırsa, təsbih desin (Allahı zikr edib, “sübhanalah” söyləsin), anası çağırsa, cavab versin. Bu hədis müstəhəb namaz haqda buyurulmuşdur!

Ardını oxu

Birisinin namazda səhv etdiyini gördükdə vəzifəmiz nədir?

Cavab: Belə olan halda sizə heç bir şey vacib deyil. Baxmayaraq ki, onun bu səhvi naşılıqdan və hökmü bilməməzlikdən irəli gəlir və əhvət (üstün) onun təlimatlandırılmasıdır.

Ardını oxu

Ayət namazı və onun vacib olma şərtləri

Namaz vacib və müstəhəb olaraq qisimlərə bölünür. Ayət namazı da bu vacib namazlardan biridir. Lakin bu namaz müəyyən hallarda insana vacib olur. Gündəlik namazlar kimi özünəməxsus vaxta malik deyil. Ayət namazı aşağıdakı hallarda insana vacib olur: 1-Günəş tutulanda 2-Ay tutulanda 3-Zəlzələ olanda 4-İldırım və şimşək, qara-qırmızı küləklər zamanı

Ardını oxu

Vəhşət namazı və onun qilinma yeri

Bəzi namazlar da vardır ki, digərləri tərəfindən dünyasını dəyişən insana hədiyyə olunur. Bunlar ya vaciblərin qəzası, ya da müstəhəb namazlardır. Bu müstəhəb namazlardan biri də vəhşət namazıdır. Vəhşət namazı dünyadan köçən insanın dəfn olunduğu günün birinci gecəsində qılınan bir namazdır.

Ardını oxu

Məssi-meyit halı namaza maneə yaradırmı?

Vəzifəsi məssi-meyit qüslu almaq olan kəs məscidə gedə bilər, vacibi səcdəsi olan Quran ayələri oxuya bilər, cima edə bilər. Lakin namaz qılmaq üçün qüsl etməlidir. Meyyitə toxunub məssi-meyyit qüslu almayan kəsin namazı səhih deyil. Məssi-meyit qüslu cənabət qüslu kimi alınır. Lakin namaz üçün dəstəmaz da alınmalıdır (imam Xomeyni). Bir meyitə bir neçə dəfə toxunan, yaxud bir neçə meyitə toxunana bir qüsl kifayət edir.

Ardını oxu

“Təkbrətul-ehram” zamanı əlləri qaldırmaq vacibdir?

Namazın əvvəlində niyyətdən sonra deyilən birinci təkbirə “təkbirətul-ehram” deyilir. Vacib təkbir olan birinci təkbir zamanı (təkbirətul-ehram) əlləri qulaqlqra qədər qaldırmaq vacibdirmi? Cavab: Ayətullah Xameneyi: Təkbirlər zamanı əlləri qaldırmaq müstəhəbdir. Ayətullah Sistani: Təkbirətul-ehram zamanı əlləri qaldırmamaq namazı batil etməz.

Ardını oxu

Bir nəfər başqasının əvəzinə bəzi ibadətləri yerinə yetirirsə, o da savab qazanırmı?

Bu işi görən adam da savab qazanır. Çünki öz din qardaşına yardım göstərmiş olur. Hərçənd ki, bunu muzdla etdiyi üçün fədakarlıq sayılmır. Bununla belə, savabsız da qalmır. Beləliklə, savabların dərəcəsini müqayisə edərkən deyə bilərik ki, ibadətin “sahibi” daha çox savab qazanar, ibadətin icraçısı da savabdan məhrum qalmaz.

Ardını oxu

Adam şam namazını səhvən 4 rükət qılsa və namaz bitdikdən sonra səhvini anlasa, nə etməlidir?

Namazın bəzi əməlləri rükn adlanır və onları həm qəsdən, həm də bilməyərəkdən yerinə yetirməyəndə, sayını azaldıb-əskildəndə namaz batil olur. Bu əməllərə “rükn” deyirlər. Hər bir rükətdə mütləq rükn əməlləri var. Ona görə də əgər insan məsələn 3 rükətlik namazı 4 rükət qılıbsa, deməli, rüknlərin sayını da artırıb. Belə isə, namaz artıq batil sayılır və mütləq qəza edilməlidir.

Ardını oxu

Vaxtında qılınmamış namazların qəzasını mütləq o namazın əda vaxtında qılmaq lazımdırmı?

Cavab: Əvvəla, namazları heç bir bəhanə ilə qəzaya vermək olmaz. İnsan hər bir şəraitdə gündəlik vacib namazları qılmağa çalışmalıdır. Bunun üçün şəriətdə hətta bəzi güzəştlər də nəzərdə tutulub (məsələn, səfərdə qılınan namaz, xəstə adamın namazı və s.) Amma əgər namaz qəzaya gedərsə, onun qəzasını istənilən vaxt qılmaq olar. Bunun üçün xüsusi vaxt təyin edilməyib.

Ardını oxu

Corab murdar olubsa, həmin corabla qılınan namaz batildirmi?

Cavab: Namaz qılanın əynindəki paltarların pak olması və nəcasətə bulaşmaması vacib şərtdir. Lakin corab, araqçın, əlcək kimi övrət yerini örtməyən, kiçik ölçülü ikinci dərəcəli geyim növləri istisna edilir...

Ardını oxu

Namazı bilərəkdən təxirə salınsa, haram iş görmüşdürmü?

Cavab: Əgər bilərəkdən namazı təxirə salsa və qəzaya versə, günah işlətmişdir. Namazın qəzasını qılmalı və günahına görə tövbə etməlidir. (Ali Məqamlı Rəhbər)

Ardını oxu

Namazda rükudan və səcdədən qalxarkən təkbir deməyin hökmü nədir?

Amma şiə məzhəbində bədən aram (sakit) olduğu halda təkbir söyləmək olar. Yəni rükudan və səcdədən qalxa-qalxa təkbir demək cəfəri məzhəbində bəyənilmir. İnsan rükudan qalxıb tam dikəlməli, aram halda təkbir deməli, sonra səcdəyə getməlidir. Eləcə də, birinci səcdədən qalxıb diz üstə aram oturmuş halda təkbir söyləməli,...

Ardını oxu

İmam Hüseynin (ə) hərəmində müsafir namazl qəsr-yoxsa bütöv qılmalıdır?

Cavab: Məzarın yerləşdiyi otağa, məzarın baş və ayaq tərəfindən pəncərələrə, qapılara və kənar otaqlara qədər olan yerlərə, məzarın baş tərəfindən məscidə qədər olan yerə şamil olur.

Ardını oxu

Səthi qaralmış möhürlər namaz qılmağın hökmü nədir?

Cavab: Möhürün sırf qaralması səcdə üçün maneə yaratmır. o möhürlə qılınan namaz düzdür. Amma əgər möhürün üzərində qat yaranarsa, onu təmizləmək lazımdır.

Ardını oxu

Namazda kişi ilə qadın arasındakı məsafə nə qədər olmalıdır?

Namazı zahiri formalarından biri də qadın, kişi arasında olan uzaqlıq məsələsidir. Digər vacibi rükünlər (hissələr) kimi bu məsələyə də diqqət olunmalıdır. Bu barədə fəqihlərin iki nəzər vardır- bəziləri namaz halında kişi ilə qadın arasındakı məsafəni vacıb, bəziləri isə müstəhəb biliblər. Ayətullah Xameneyi: Qadının kişidən bir qarış öndə və ya yanında durmasını iradı yoxdur.

Ardını oxu

Camaat namazı haqqında bilmədikləriniz

Camaat namazında əgər sən zöhr və ya əsr namazlarını qılırsansa bu zaman sən həmd surəni deməyəcəksən. onun əvəzinə zikr edəcəksən, əgər sübh,şam və ya xüftən namazları vaxtı camaat namazı qılırsansa bu zaman həmd surəni yenə deməyəcəksən və yenə zikr etməyəcəksən. sadəcə sakit duracaqsan. Amma...

Ardını oxu

Səs-küylü otaqda namaz qılan adam oradakıları sakitliyə çağırmaq üçün “Allahu əkbər”i ucadan desə, namaz pozularmı?

Məsələn, adam zikr yeri olmadan başqasına nəyi isə çatdırmaq üçün “Allahu əkbər” desə, namazı pozular. Amma əgər o yerdə zikr demək müstəhəbdirsə, həm müstəhəb zikr söyləmək, həm də başqasına nəyi isə çatdırmaq üçün “Allahu əkbər” desə, eybi yoxdur...

Ardını oxu

Namaz qılmayan adamı kafir saymaq düzgün fikirdirmi?

Cavab: Küfr əqidə ilə bağlı olan bir məsələdir. İman gətirilməsi vacib olan bir prinsipə əks çıxmaq, onu qədd etmək küfr deməkdir. Şəriət hökmlərini yerinə yetirməmək, əxlaqi normaları gözləməmək küfr sayılmaz. Amma...

Ardını oxu

Əsr namazı nə zaman qəzaya düşür?

Zöhr namazının məxsusi vaxtı bitəndən sonra ta məğrib azanına kimi əsr namazını qılmaq olar. Üzürlü səbəbdən bu müddət ərzində namaz qıla bilməyən adam məğrib azanına bir rükətlik vaxt qalana kimi əsr namazına başlaya bilər. Yəni onun namazının bir rükəti məxsusi vaxta təsadüf etsə, namazı düzgündür. Lakin namazı qəsdən bu qədər təxirə salmaq bəyənilmir.

Ardını oxu

Sınmış möhürlə namaz qılmaq olarmı?

Cavab: Sınmış möhürlə də namaz qılmaq olar. Diqqət yetirmək lazımdır ki, möhürün ölçüsü şəriətdə nəzərdə tutulan həddən kiçik olmasın və ya insanın alnı ilə möhürün təması şəriətdə nəzərdə tutulmuş həddən az olmasın. Möhürün sahəsi üçün ən kiçik hədd bir dirhəm hesab olunur. Bir dirhəm təxminən baş barmağın dırnağının sahəsi qədər götürülür.

Ardını oxu

Cənabət qslü verməzdən öncə vanna və yaxud duş qəbul etmək olarmı?

Cavab: Qüsl iki cürə alınır.. Tərtibi və İrtimasi... Tərtibi qüslda bir tərəfi yuyanda sonrakı tərəfin pak olması şərt dyeil... Amma irtimasi qüslda ki bir dəfəyə qüsl alınır və onda qüsl tərtibi alınmır.. ona görə lazımdır ki, qüsl alan şəxs qüsl almazdan öncə bədənini paklasın və bədəninin hər bir üzvünü təmizləsin ki irtimasi qüsla heç bir şey maneə törətməsin...

Ardını oxu

Namazın Rükni və qeyri rükni 11 vacibatları...

Namazda diqqət olunması vacib olan 11 vacib əməllər...

Ardını oxu

Namazın savabını artıran bir neçə göstərişlər:

1-Namazda azan və iqamə demək səbəb olar ki, namaz qılanın arxasında çox saylı iki cərgə mələklər onunla birlikdə namaz qılsınlar, “Mənbə Səvabul –Əmal kitabı, səh: 72 2-Kamil rükü edəndən Allah-Taala (c.c) qəbr əzabını götürər, “Mənbə Səvabul –Əmal kitabı, səh: 73...

Ardını oxu

Hansı hallarda Ramazan ayının orucunun yalnız qəzası vacib olur?

Cavab: Oruc tutan üçün bir neçə hal vardır ki orucu puzulur, yalnız orucun qəzası vacib olur, kəffarə vacib olmur. 1-Ramazan ayında bilərəkdən qusan adam 2-Ramazan ayının gecəsində cunub olan və sübhdən qabaq ayılmayan kəsə 3-Orucu pozan iş görməyüb, amma niyyət də etməyən kəs (orucu batildir) 4-Cənabət qüslu almağı unudub və neçə gün belə oruc tutana (qəza vacib olur)

Ardını oxu

Namazı batil edən əməllər:

Namazı 12 əməl pozur: 1-Namazın şərtlərindən birinin aradan getməsi, məsələn vacib zikrləri bilərəkdən namazda tərk etmək, 2-Namazın ortasında təharəti pozan hadisələrin baş verməsi, məsələn xəstə insanların bədənindən bovl ixracı, 3-Namazda qiyam halında durarkən əlləri bir-birinin üstünə qoymaq, 4-Həmd surəsinin oxuyandan sonra “Amin sözünü demək,..

Ardını oxu

Ramazan ayının əvvəlində deyilən Yövmüş-şəkk nədir?

Yövmüş-şəkk “şəkk günü” deməkdir, əsasən ramazan orucu ilə bağlı işlədilir. İnsan şəbanın son günü yoxsa ramazanın əvvəli olmasını dəqiq bilməsə, həmin gün yövmüş-şəkk sayılar. Yövmüş-şəkkin hökmü budur ki, əgər ramazanın başlayıb-başlamadığına şəkk etsə , bu halda oruc tutmaya da bilər.

Ardını oxu

Dəstəmazı hansı 5 səbəb pozur?

Dəstəmazı aşağıdakı hallarda pozulur: 1. Ayaq yoluna getdikdə 2. Mədə qazları ixrac olduqda (gəyirməyə aid deyil) 3. Yuxuya getdikdə...

Ardını oxu

Hansı 7 yerdə qüsl almaq vacib olur?

İnsana qüsl bir neçə yerdə vacib olur: 1. Bədəndən sperma xaric olsa (cənabət) - qadın-kişi üçün müştərək qüsl növüdür. 2. Ölən adama toxunduqda (məss-meyyit) - qadın-kişi üçün müştərək qüsl növüdür. 3. Öləndə (meyyit) - qadın-kişi üçün müştərək qüsl növüdür...

Ardını oxu

Qünutda Azərbaycan dilində dua etmək olarmı?

Cavab: Qünut namazda yeganə əməldir ki, onun sözlərini istənilən dildə söyləməyə icazə verilir. Qünut duadan ibarətdir, duanı hər hansı dildə etməyin günahı yoxdur. Qünutdan başqa namazın bütün sözləri mütləq ərəb dilində deyilməlidir.

Ardını oxu

Namazda başa papaq ya araxçın qoymağın hökmü nədir?

Cavab: Araşdırmalar onu göstərir ki, ümumiyyətlə başa papaq qoymaq bir ibadət məsələsi deyil, sırf adət-ənənə məsələsidir. İslam dinində namazda başa papaq qiymağın müstəhəb olması haqda bir göstəriş yoxdur. Amma namazda başa əmmamə qoymaq və təhtül-hənək etmək haqda müstəhəb hökmü verilir.

Ardını oxu

Namazların son səcdəsini uzadırıq, bu zaman hansı duaları oxuyaq?

Səcdə bəndənin pərvərdigar qarşısında olduğu ən yaxın və ən gözəl halətdir. Allah bəndəsini daha çox bu halətdə görməyi xoşlayır. Vacib namazların son səcdələrini adətən uzadır və bu zaman dualar oxuyruq. Son səcdələr üçün tövsiyə edilən dualar: 1-"Ya Lətif irhəm əbdəkəz-zəif, Ya Cəlil irhəm əbdəkəz-zəlil!" (Ey lütfükar zəif bəndənə rəhm et! Ey uca məqam sahibi alçalmış bəndənə rəhm et!)...

Ardını oxu

Namazda iqtida edən şəxsin hansı vəzifələri var?

Cavab: 1-Mə’mum İmamdan qabaqda dayanmamalı, vacib ehtiyata əsasən, bir qədər arxada dayanmalıdır. 2-Mə’mum həmd və surədən başqa namazın bütün sözlərini özü deməlidir. Amma cəmiyyət namazına üçüncü və ya dördüncü rəkətdə qoşulan mə’mum həmd və surəni də deyəsidir...

Ardını oxu

Vəhşət namazı – meyit üçün hədiyyədir!

Həzrət Peyğəmbər (s) buyurur: “Meyit üçün heç bir saat, ilk qəbir gecəsindən çətin deyildir. Ona görə də ölülərinizə sədəqə verməklə rəhm edin. Əgər sədəqə verməyə qüdrətin olmasa, meyit üçün ikirükətli namaz qıl, bu tərtiblə: Birinci rükətdə “Həmd”dən (“Fatihə”dən) sonra 2 dəfə “Tövhid” (“İxlas”) və ikinci rükətdə “Həmd”dən sonra 10 dəfə “Təkasur” surəsini oxu...

Ardını oxu

İzahlı şəriətlər kitablarında namazı batil edən 12 əməl...

On iki şey namazı batil edər və onlara «mubtilat» deyilir: 1. Namazın əsnasında onun şərtlərindən biri pozulsun. Məsələn, namaz əsnasında başa düşsə ki, libası nəcisdir. 2. Namazda ikən qəsdən, səhvən və ya çarəsizlikdən dəstəmaz və ya qüslü batil edən bir şeylə qarşılaşarsa; məsələn, ondan bövl gələrsə namazı batil olur... 3. Təvazö və ədəb qəsdilə əlləri bir-birinin üzərinə qoymaq da namazı batil edənlərdir...

Ardını oxu

Ana namazdakən uşağı ağlasa, xanımın vəzifəsi nədir?

Cavab: Namaza xüsusi ehtiramla yanaşmaq lazımdır. Üzürlü səbəb olmadan namazı yarımçıq kəsmək olmaz; Üzürlü səbəb yəni: əgər ana namaz qılarkən uşaq yıxılıb həyatı üçün təhlükə törədəcək qədər əzizlibsə, namazı yarımçıq kəsib ona yardım etməsi lazımdır. Qeyri-ciddi səbəblərə görə - məsələn, uşaq acmışsa, ananın namazı kəsməyə ixtiyarı yoxdur.

Ardını oxu

Bir evdə iki nəfər qadın namaz qılandırsa, onlar gündəlik namazları camaat şəklində qıla bilərlərmi?

Cavab: Əksər müctəhidlərin fikrincə, kişilərlə qadınların birlikdə iştirak etdikləri camaat namazında imam-camaat kişi olmalıdır. Həmçinin, yalnız kişilərdən ibarət olan camaat namazına qadın imamlıq edə bilməz. Lakin qadınların qıldığı camaat namazına qadın imamlıq edə bilər.

Ardını oxu

Qəza namazlarını tez qılıb qurtarmaq üçün cəfəri məzhəbinə uyğun namazı ən qısa şəkildə necə qılmaq olar?

Cavab: Namaz əməllərinin bir qismi vacib, bir qismi də müstəhəbdir. Müstəhəb əməlləri etməmək də olar, buna görə insana günah yazılmaz. Hətta vaxt darlığı üzündən və ya başqa üzürlü səbəbdən müstəhəbbatı tərk etmək daha yaxşıdır.

Ardını oxu

İnsandan xəstəlik üzündən tez-tez yel xaric olursa, namazlarını necə qılmalıdır?

Cavab: Bu cür şəxs üzürlü sayılır və o, öz vəziyyətlərinə uyğun olaraq mümkün şəkildə namazlarını qılmalıdır. Bu zaman aşağıdakı şərtlərə əməl etməsi lazımdır. Birincisi, ...

Ardını oxu

İflic olan və qollarını tərpədə bilməyən adam necə dəstəmaz almalıdır?

Cavab: Bu cür şəxsin dəstəmaz almasına başqa bir adam yardım etməlidir. Məsələn, ona qulluq edən adam dəstəmaz almasına kömək edə bilər. Dəstəmazın başqa şəri şərtlərinə diqqət etməklə yanaşı...

Ardını oxu

Qadın dəstəmaz alarkən naməhrəm kişi onu görsə, qadının dəstəmazı batildir?

Cavab: Dəstəmazı batil edən əməllər risalədə yazılıb və onların içində naməhrəmin görməsi yoxdur. Ona görə də naməhrəm gördüyü halda qadının aldığı dəstəmaz pozulmaz. Amma buna diqqət yetirmək lazımdır ki, qadının naməhrəmdən örtünməsi vacibdir.

Ardını oxu

Qadın dəstəmaz alarkən naməhrəm kişi onu görsə, qadının dəstəmazı batildir?

Cavab: Dəstəmazı batil edən əməllər risalədə yazılıb və onların içində naməhrəmin görməsi yoxdur. Ona görə də naməhrəm gördüyü halda qadının aldığı dəstəmaz pozulmaz. Amma buna diqqət yetirmək lazımdır ki, qadının naməhrəmdən örtünməsi vacibdir.

Ardını oxu

Dəstəmazlı adamın bədənindəki sızanaq deşilib içindən qan gələrsə, dəstəmaz pozulurmu?

Cəfəri məktəbinin fiqhinə görə batil etməz! Amma Hənəfi məzhəbinə görə, sızanaq və yaradan çıxan qan əgər dağılıb ətrafa yayılarsa dəstəmazı pozar, əgər ətrafa yayılmayıb yerində qalarsa, dəstəmaz pozulmaz.

Ardını oxu

Kişi ilə qadının eyni otaqda namaz qılmasına icazə varmı?

Cavab: Kişi ilə qadın eyni otaqda namaz qıla bilər. Əlbəttə, naməhrəm kişinin gördüyü şəraitdə qadının əyilib-qalxaraq namaz qılması məsləhət deyil. Məhrəm şəxslər isə tam rahatlıqla eyni otaqda namaz qıla bilərlər. Kişi ilə qadın camaat namazı da qıla bilərlər. Bu halda imam-camaat kişi olmalıdır.

Ardını oxu

Qadın dəstəmaz alarkən naməhrəm kişi onu görsə, qadının dəstəmazı batildir?

Dəstəmazı batil edən əməllər risalədə yazılıb və onların içində naməhrəmin görməsi yoxdur. Ona görə də naməhrəm gördüyü halda qadının aldığı dəstəmaz pozulmaz. Amma buna diqqət yetirmək lazımdır ki, qadının naməhrəmdən örtünməsi vacibdir və qadın hər zaman buna diqqətlə yanaşmalıdır.

Ardını oxu

Haram pulla məscid tikmək olarmı?

Məscidin abadlaşdırılması müqabilində vəd edilən mükafatlar əslində iki dəstəyə aiddir: Bunlardan biri halal pulla məscid binasını tikənlər, ikincisi məscidi mənəvi cəhətdən düzgün istiqamətdə abadlaşdıranlardır. Haram pulla məscid tikmək günah olduğu kimi, məsciddə dinlə uyuşmayan söhbətlərə yol vermək də günahdır. Bir sözlə, «İlk gündən binası təqva üzərində qurulmuş məscid, namaz qılınmağa daha layiqdir»(Tövbə/108. ).

Ardını oxu

Əl altında möhür olmayan vaxt necə namaz qılmaq lazımdır?

Əgər namaz qılınan yerdə möhür yoxdursa, bir neçə yolla çatışmazlığı aradan qaldırmaq olar. Məsələn, namaza başlamazdan əvvəl həyətdən bir az torpaq, qum gətirmək, canamazın üstünə təmiz parça ya kağız qoyub, həmin torpağı onun üstünə səpmək və üzərinə səcdə etmək mümkündür.

Ardını oxu

Qəza namazlarını tez qılıb qurtarmaq üçün cəfəri məzhəbinə uyğun namazı ən qısa şəkildə necə qılmaq olar?

Cavab: Namaz əməllərinin bir qismi vacib, bir qismi də müstəhəbdir. Müstəhəb əməlləri etməmək də olar, buna görə insana günah yazılmaz. Hətta vaxt darlığı üzündən və ya başqa üzürlü səbəbdən müstəhəbbatı tərk etmək daha yaxşıdır. Müstəhəb əməllərsiz namaz bu şəkildə qılına bilər:...

Ardını oxu

Ata və ananın qəza namazları haqda 9 məsələ

Ata və ananın qəza namazları 1) Ata və ana vəfat etdikdən sonra onların qəza namazlarını qılmaq böyük oğula vacibdir. Bu şərtlə ki, ata və ana, namazlarını Allaha itaətsizlik məqsədilə qəza etməsinlər. Hətta əgər itaətsizlik məqsədilə olsa belə, ehtiyati-müstəhəbə görə yenə də böyük oğul valideynlərinin qəza namazını qılmalıdır. 2) Əgər ata və ana ömür boyu əsla namaz qılmayıblarsa, vacib ehtiyata görə yenə də onların qəza namazları böyük oğula vacibdir.

Ardını oxu

Adamın namazı səfərdə qəzaya qalırsa, vətənə qayıtdıqdan sonra həmin qəzaları tam qılmalıdır yoxsa qəsr şəklində?

Əgər insan səfərdə namazını qəzaya vermişsə, vətənə qayıtdıqdan sonra da onları qəsrlə (dörd rükətləri iki rükət şəklində) qəza etməlidir. Əksinə, əgər insan vətəndə namazını qəzaya vermişsə və səfər zamanı həmin qəzanı qılmaq istəyirsə, bütöv şəkildə qılmalıdır.

Ardını oxu

Əsr namazı nə zaman qəzaya düşür?

Əsr namazının məxsusi vaxtı məğrib azanına 4 rükətlik namaz qılmaq üçün bəs edəcək qədər qalan vaxtdır. Bu ikisinin arasındakı vaxt isə zöhr və əsr namazlarının müştərək vaxtıdır.

Ardını oxu

Sınmış möhürlə namaz qılmaq olarmı?

Cavab: Sınmış möhürlə də namaz qılmaq olar. Diqqət yetirmək lazımdır ki, möhürün ölçüsü şəriətdə nəzərdə tutulan həddən kiçik olmasın və ya insanın alnı ilə möhürün təması şəriətdə nəzərdə tutulmuş həddən az olmasın. Möhürün sahəsi üçün ən kiçik hədd bir dirhəm hesab olunur. Bir dirhəm təxminən baş barmağın dırnağının sahəsi qədər götürülür.

Ardını oxu

Bir evdə iki nəfər qadın namaz qılandırsa, onlar gündəlik namazları camaat şəklində qıla bilərlərmi?

Cavab: Əksər müctəhidlərin fikrincə, kişilərlə qadınların birlikdə iştirak etdikləri camaat namazında imam-camaat kişi olmalıdır. Həmçinin, yalnız kişilərdən ibarət olan camaat namazına qadın imamlıq edə bilməz. Lakin qadınların qıldığı camaat namazına qadın imamlıq edə bilər...

Ardını oxu

Dəstəmaz zamanı qolları yuyandan sonra su kranını bağlayıb, sonra başa məsh çəkmək olar?

Cavab: Dəstəmazın şərtlərindən biri də budur ki, qolları yuduqdan sonra əldə olan nəmliklə başa və ayaqların üzünə məsh çəkmək lazımdır, əlləri kənardakı su ilə islatmaq olmaz. Əgər məshdən əvvəl əllərini kənardakı su ilə islatsa, dəstəmaz batil olar...

Ardını oxu

Adamın qolundakı yaradan qan gəlirsə, dəstəmazı necə almalıdır?

Cavab: Əgər dəstəmaz üzvlərindən biri qanayıbsa, bu halda imkan daxilində qanın kəsilməsini gözləmək məsləhətdir. Yara kiçikdirsə, qısa müddətdən sonra qan laxtalanıb kəsilməlidir. Bu halda yaranı suya çəkib, normal şəkildə dəstəmaz almaq lazımdır...

Ardını oxu

İflic olan və qollarını tərpədə bilməyən adam necə dəstəmaz almalıdır?

Cavab: Bu cür şəxsin dəstəmaz almasına başqa bir adam yardım etməlidir. Məsələn, ona qulluq edən adam dəstəmaz almasına kömək edə bilər. Özü qollarını tərpədə bilmədiyi üçün başqası onun üzünü və qollarını yumalıdır...

Ardını oxu

Səs-küylü otaqda namaz qılan adam oradakıları sakitliyə çağırmaq üçün “Allahu əkbər”i ucadan desə, namaz pozularmı?

Adam zikr yeri olmadan başqasına nəyi isə çatdırmaq üçün “Allahu əkbər” desə, namazı pozular. Amma əgər o yerdə zikr demək müstəhəbdirsə, həm müstəhəb zikr söyləmək, həm də başqasına nəyi isə çatdırmaq üçün “Allahu əkbər” desə, eybi yoxdur.

Ardını oxu

Namazda gözləri sağa-sola yönəldib ətrafa baxmaq olarmı?

Cavab: Namazda bədəni və başı qiblədən kənara döndərmək namazı batil edər. Bu istər qəsdən olsun, istərsə də bilməyərəkdən, fərqi yoxdur. Başı qiblədən döndərmədən gözləri dolandırmaq və ətrafa nəzər salmaq namazı batil etməz. Amma bu hərəkət məkruhdur, yəni namazın savabını azaldar.

Ardını oxu

Namazın sonunda salamların üçünü də demək vacibdirmi?

Namazı qurtararkən deyilən salamların birinci və ikinci salamları demədən, yalnız üçüncü salamla kifayətlənmək icazəlidir. Üçüncü salamı deyən adam namazını bitirmiş sayılır.

Ardını oxu

Namazın sonunda sağ və sol tərəflərə çevrilib salam verməyin mənası nədir?

Bunu dini rəvayətlərimizə görə, insanın iki çiynində oturan, onun bütün yaxşı və pis əməllərini qeydə alan mələklərə (bunlara katib, yəni yazan mələklər deyilir) salam verməklə izah edirlər. Şiə məzhəbinin şəriətinə görə, namazın əvvəlindən axırına kimi insan üzü qibləyə sarı olmalı və qiblədən dönməməlidir.

Ardını oxu

Vaxtında qılınmamış namazların qəzasını mütləq o namazın əda vaxtında qılmaq lazımdırmı?

Cavab: Əvvəla, namazları heç bir bəhanə ilə qəzaya vermək olmaz. İnsan hər bir şəraitdə gündəlik vacib namazları qılmağa çalışmalıdır. Bunun üçün şəriətdə hətta bəzi güzəştlər də nəzərdə tutulub (məsələn, səfərdə qılınan namaz, xəstə adamın namazı və s.) Amma əgər namaz qəzaya gedərsə, onun qəzasını istənilən vaxt qılmaq olar. Bunun üçün xüsusi vaxt təyin edilməyib.

Ardını oxu

Corab murdar olubsa, həmin corabla qılınan namaz batildirmi?

Cavab: Namaz qılanın əynindəki paltarların pak olması və nəcasətə bulaşmaması vacib şərtdir. Lakin corab, araqçın, əlcək kimi övrət yerini örtməyən, kiçik ölçülü ikinci dərəcəli geyim növləri istisna edilir.

Ardını oxu

Qadın namaz qılarkən naməhrəm kişi onu görsə, namazı pozularmı?

Qadın namaz qılarkən naməhrəm kişilərin gözündən uzaqda dursa daha yaxşı olar. Hətta məhrəm adamların qıldığı camaat namazında belə, qadın kişidən arxada durmalıdır...

Ardını oxu

İnsandan xəstəlik üzündən tez-tez yel xaric olursa, namazlarını necə qılmalıdır?

Cavab: Bu cür şəxs üzürlü sayılır və o, öz vəziyyətlərinə uyğun olaraq mümkün şəkildə namazlarını qılmalıdır. Bu zaman aşağıdakı şərtlərə əməl etməsi lazımdır. Birincisi, əgər bəzi vaxtlarda mədə yelinin kəsildiyini ya zəiflədiyini bilirsə, namaz vaxtı çərçivəsində həmin müddətdə namazını qılmağa çalışmalıdır. Məsələn, yeməkdən sonra mədə yeli güclənirsə, çətinlik yaranmadığı halda namazını yeməkdən qabaq qılması məsləhətdir...

Ardını oxu

Namaz əməllərini yerinə yetirəndə hara baxmaq daha yaxşıdır? Namaz zamanı gözləri yummaq olarmı?

Cavab: Əvvəla, qeyd edək ki, namazda hara baxmaq prinsipial əhəmiyyət kəsb etmir. Əsas olan budur ki, bütün namaz boyunca insan qiblədən kənara dönməsin. Amma bəzi müstəhəb qaydalar var ki, onlara əməl etməkdə savab var. Məsələn, namazın qiraət hissəsində möhürə baxmaq müstəhəbdir...

Ardını oxu

Namazda gözləri sağa-sola yönəldib ətrafa baxmaq olarmı?

Cavab: Namazda bədəni və başı qiblədən kənara döndərmək namazı batil edər. Bu istər qəsdən olsun, istərsə də bilməyərəkdən, fərqi yoxdur. Başı qiblədən döndərmədən gözləri dolandırmaq və ətrafa nəzər salmaq namazı batil etməz. Amma bu hərəkət məkruhdur, yəni namazın savabını azaldar...

Ardını oxu

Məscid haqqında bilinməsi lazım olan hökmlər

Məsciddə haram olan işlər: Məscidi qızılla zinətləndirmək. Əgər məscid xarab olsa da belə onu satmaq. Məscidi murdarlamaq. Əgər murdar olarsa dərhal paklanılmalıdır. Məsciddən torpaq və ya qum aparmaq. Artıq torpağı çıxmaq şərti ilə...

Ardını oxu

Gecə namazını saat neçədə qılmaq lazımdır?

Gecə namazı işa (xiftən) namazından sonra sübh azanına kimi qılına bilər. Gecənin ikinci yarısında qılınması yaxşıdır. Gecənin son üçdən-bir hissəsində qılınması daha müstəhəb sayılır. Bu vaxtı tapmaq üçün axşam Günəş batandan ertəsi gün sübh azanına kimi olan vaxt ölçülür...

Ardını oxu

İbadətlərini təqlidsiz yerinə yetirmiş adam təqlidin vacibliyini başa düşəndən sonra nə etməlidir?

Şiə məzhəbinə görə, özü müctəhid olmayan və ehtiyata əməl edə bilməyən şəxs mütləq ən elmli (əələm) müctəhidə təqlid etməlidir. Əgər qəsdən bu üç yoldan heç birinə əməl etməzsə, ibadətləri batil olar. Əgər bir müddət təqlidin vacibliyindən xəbərsiz halda ibadət etmişsə, təqlid barədə məlumat aldıqdan sonra həmin ibadətlərini nəzərdən keçirməlidir...

Ardını oxu

İnsan rükuda çaşıb səcdənin zikrini desə və ya əksinə, səcdədə rükunun zikrini desə, sonra bunu bilsə, nə etməlidir?

Bu zikrlərin yerini dəyişdirmək də günah deyil. Əgər insan çaşıb rükuda səcdənin zikrini, səcdədə də rükunun zikrini desə, namazı düzgündür.

Ardını oxu

Ana namaz qılarkən, südəmər körpənin ağlama səsini eşidərsə, namazını yarımçıq kəsib uşağın yanına gedə bilərmi?

Cavab: Namaz bəndənin Allahla söhbəti kimidir. Namaza xüsusi ehtiramla yanaşmaq lazımdır. Üzürlü səbəb olmadan namazı yarımçıq kəsmək olmaz; bu, Allaha qarşı hörmətsizlik deməkdir. Üzürlü səbəblər sırasında başqasının həyatına təhlükə olduğu hal nəzərdə tutulur. Məsələn, əgər ana namaz qılarkən uşaq yıxılıb həyatı üçün təhlükə törədəcək qədər əzizlibsə, namazı yarımçıq kəsib ona yardım etməsi lazımdır...

Ardını oxu

Kişi öz həyat yoldaşına evdə namaz qılmağı qadağan edə bilərmi?

Cavab: Xeyr, bunu edə bilməz. Əvvəla, qadın da ailənin bir üzvüdür, evdən istifadə etmək hüququna malikdir. İkincisi, namaz qılmaq bəndənin Allah qarşısında vacib borcudur və başqa bir bəndənin bunu ona qadağan etməyə haqqı yoxdur; bu, bəşər səlahiyyətindən üstün olan bir məsələdir. Üçüncüsü, ...

Ardını oxu

Namazda müstəhəb əməllər

Namazda müstəhəb əməllər: Rükudan qalxdıqdan sonra düz dayanıb bədən sakit olan vaxt deyilən zikr * Səmiəllahu limən həmidəh *İki səcdə arasında oxunan zikr* Əstəğfirullahə rabbi və ətubu iləyh...

Ardını oxu

Pişnamazın (imam cəmahat) hökmü nədir?

İmam camaat gərək buluğ həddinə catmış, aqil, on iki imam şiəsi, adil, halalzadə və namazı düzgün qılan olsun. Əgər məmum kişidirsə, onun imamı da gərək kişi olsun. Hər kimdə bu şərtlərin hamısı toplanmış olsa, imam camaat ola bilər.

Ardını oxu

Zöhr və əsr namazlarının qunut, ruku, səcdələrin zikrini sesli demək olarmı?

Bismillahir-rəhmanır-rəhim Eybi yoxdur. Ümumiyyətlə, zöhr və əsr namazlarında təkcə qiraətin, yəni Həmd-surənin astadan oxunması lazımdır. Digər, zikr və duaları ucadan və ya astadan oxuya bilər.

Ardını oxu

Başı məsh edərkən əl üzə dəyərsə, dəstəmaz və qılınan namaz batildirmi?

Cavab: Ayaqlara, əlin içində qalan dəstəmaz suyu ilə məsh çəkilməlidir. Buna əsasən, ayağın məshində ehtiyac duyulan yaşlıq, üzdə olan yaşlıqla qarışmasın deyə, başa məsh çəkilən vaxt əl, alının yuxarısına və üzün rütubətinə dəyməməlidir. Deməli, əgər üzün yaşlığına toxunmayan hissə ilə ayağa məsh çəkilibsə, dəstəmaz və qılınan namaz səhihdir. Həmçinin, əgər ona yəqinliyi olmazsa, dəstəmaz və namazın səhihliyinə heç bir xələl gəlməz.

Ardını oxu

Namaz qılanın paltarının hansı şərtləri varıdır?

Namaz qılanın paltarının altı şərti vardır: 1. Pak olsun. 2. Ehtiyat-vacibə əsasən mübah olsun. (yəni başqasının haqqı o paltarda olmasın) 3. Murdarın (ölü heyvan) üzvlərindən olmasın. 4. Yırtıcı heyvandan olmasın, hətta ehtiyat-vacibə əsasən əti haram heyvandan olmasın...

Ardını oxu

Güzgü və ya foto qarşısında namaz qılmaq olarmı?

Namaz qılan adamın qarşısında, yəni qiblə istiqamətində fotoşəkil, güzgü olması məkruhdur. Məkruhluğu aradan qaldırmaq üçün şəkli, güzgünü oradan götürmək və ya üzünü arxaya çevirmək, ya da üstünü parça və s. ilə örtmək lazımdır.

Ardını oxu

Namaz qılan adama salam veriləndə cavabını verməlidirmi?

Namaz qılan adam özü heç kimə salam verə bilməz. Amma verilən salamın cavabını almalıdır. Ümumiyyətlə, salamın cavabını daha üstün və geniş formada almaq müstəhəbdir. Amma bu, namaz zamanına aid deyil. Namaz qılan adam, ona verilən salamı olduğu kimi cavablandırmalıdır. Yəni ona “əs-səlamü əleykə” deyə salam verilibsə, cavabını da “əs-səlamü əleykə” şəklində verməlidir. Başqa formada, məsələn “əleykəs-salam” şəklində salam almaq məsləhət deyil.

Ardını oxu

İbadətlərini təqlidsiz yerinə yetirmiş adam təqlidin vacibliyini başa düşəndən sonra nə etməlidir?

Cavab: Şiə məzhəbinə görə, özü müctəhid olmayan və ehtiyata əməl edə bilməyən şəxs mütləq ən elmli (əələm) müctəhidə təqlid etməlidir. Əgər qəsdən bu üç yoldan heç birinə əməl etməzsə, ibadətləri batil olar. Əgər bir müddət təqlidin vacibliyindən xəbərsiz halda ibadət etmişsə, təqlid barədə məlumat aldıqdan sonra həmin ibadətlərini nəzərdən keçirməlidir.

Ardını oxu

Camaat namazında Fatihə və surəni camaat da oxumalıdır?

Cavab: Camaat namazında Fatihə və surədən başqa namazın bütün sözlərini camaat da söyləməlidir – istər imamın səsini eşitsinlər, istərsə də eşitməsinlər. Belə ki, namazın niyyəti, başlanğıc təkbiri, rüku və səcdələrin zikrləri, təşəhhüd və salamlar, eləcə də, üçüncü və dördüncü rükətlərin təsbihatı gərək cərgələrdə duran hər kəs tərəfindən deyilsin.

Ardını oxu

Dəstəmaz zamanı qolları yuyandan sonra su kranını bağlayıb, sonra başa məsh çəkmək olar?

Cavab: Dəstəmazın şərtlərindən biri də budur ki, qolları yuduqdan sonra əldə olan nəmliklə başa və ayaqların üzünə məsh çəkmək lazımdır, əlləri kənardakı su ilə islatmaq olmaz. Əgər məshdən əvvəl əllərini kənardakı su ilə islatsa, dəstəmaz batil olar...

Ardını oxu

Boynunda qəza namazı olan adam gecə namazları qıla bilərmi?

Bəziləri deyir ki, qıla bilməz. Boynunda qəza namazı olan şəxs müstəhəb namazlar qıla bilər, o cümlədən, gecə namazı qılmağı da icazəlidir. Qəza namazlarının olması müstəhəb namaza maneçilik yaratmaz. Amma qəza orucu olan adamın müstəhəb oruc tutması icazəli deyil,

Ardını oxu

Adam öz diri olan atasının qəza namazlarını qıla bilərmi?

Cavab: Qəza namaz və oruclarını başqa şəxsin əvəzinə yalnız o şəxs dünyadan köçdükdən sonra yerinə yetirmək olar. Böyük oğul rəhmətə getmiş atasının qəza namaz və oruclarını ya özü yerinə yetirməli, ya da muzdla başqasına bunu etdirməlidir. Amma əgər ata diridirsə, bunu etmək olmaz.

Ardını oxu

Namazı öz vaxtından qabaq qılmaq olarmı?

Cavab: İslam şəriətinə görə, bütün hökmlər yalnız vaxtı çatdıqdan sonra qüvvəyə minir və insan cavabdehlik qazanır. Hətta Allah da günah etməzdən qabaq insanı cəzalandırmaz, baxmayaraq ki, onun günah edəcəyini öz mütləq elmi ilə bilir.

Ardını oxu

Bir şəxs müstəhəb namazı camaatla qıla bilərmi?

Cavab: Müstəhəb namazları camaatla qılmaq məsləhət deyil. İslam alimlərinin bir hissəsi bunu qəti surətdə, bir hissəsi isə ehtiyata görə icazəli bilməmişlər. Lakin yağış yağması üçün qılınan “istisqa namazı” istisna edilir. Bu namaz quraqlıq zamanı çöllükdə camaatla qılınır.

Ardını oxu

Kişi ilə qadının eyni otaqda namaz qılmasına icazə varmı?

Cavab: Kişi ilə qadın eyni otaqda namaz qıla bilər. Əlbəttə, naməhrəm kişinin gördüyü şəraitdə qadının əyilib-qalxaraq namaz qılması məsləhət deyil. Məhrəm şəxslər isə tam rahatlıqla eyni otaqda namaz qıla bilərlər. Kişi ilə qadın camaat namazı da qıla bilərlər. Bu halda imam-camaat kişi olmalıdır.

Ardını oxu

Sual: Əsr namazı nə zaman qəzaya düşür?

Cavab: Əsr namazının məxsusi vaxtı məğrib azanına 4 rükətlik namaz qılmaq üçün bəs edəcək qədər qalan vaxtdır. Bu ikisinin arasındakı vaxt isə zöhr və əsr namazlarının müştərək vaxtıdır.

Ardını oxu

Fitr bayramı namazında müstəhəb əməllər

Fitr bayramı namazında savab ümidi ilə aşağıdakı əməlləri yerinə yetirmək müstəhəbdir: 1. Bayram namazında qiraəti ucadan oxumaq. 2. Namazdan sonra cümə namazında olduğu kimi iki xütbə oxumaq. Fərq budur ki, cümə namazında namazdan qabaq, bayram namazında namazdan sonra xütbə oxunur. 3. Yaxşı olar ki, birinci rəkətdə «Səbbihismi rəbbikəl-əla» surəsinin əvvəli, ikinci rəkətdə «Vəş-Şəms» surəsi oxunsun...

Ardını oxu

Fitr bayramı namazının qılınma qaydası

Bu namaz imamın hüzuru dövründə vacibdir və camaatla qılınmalıdır. Amma imam qeybdə olduğu vaxt bu namaz müstəhəbdir və həm camatla, həm də fərdi qılına bilər.

Ardını oxu

Haram və Vacib oruclar hansılardır?

Vacib və haram oruclar: Vacib oruclar aşağıdakılardan ibarətdir: 1. Ramazan ayının orucu; 2. Kəffarə orucu; 3. Qəza orucu; 4. Nəzir, əhd və and orucu; 5. Oruc tutmaq üçün muzd alan şəxsin orucu; 6. E`tikafın (məsciddə yerinə yetirilən üç günlük ibadət) üçüncü gününün orucu; 7. Təməttö həccində qurbanlıq əvəzi üçün tutulan oruc...

Ardını oxu

Ramazan ayının gündüzlərində rəhmətə gedənlər üçün ehsan vermək olarmı?

Ramazan ayının gündüzlərində rəhmətə gedənlər üçün mərasim tutmaq və gün ərzində ehsan vermək şəriətə görə icazəli deyildir. Bu mənada ki, matəm mərasiminin sahibi əgər bilə ki bu ehsan süfrəsində kimsə vacib oruc gunlərdə bilərəkdən və şəri üzrü olmadan oruc tutmur, onun üçün ehsan süfrəsi açıb yedizdirmək haramdır.

Ardını oxu

Namazda 30 müstəhəb əməl

Namazın müstəhəb əməlləri 1. Birinci rəkətdə Həmddən qabaq “Əuzu billahi minəş- şəytanir- racim” demək; 2. Zöhr və əsr namazlarının birnci və ikinci rəkətlərində “Bismillahir-rəhmanir-rahim”i ucadan demək; 3. Həmd və Surəni aram-aram və tələsmədən oxumaq; 4. Hər ayənin sonunda vəqf etmək, yəni sonrakı ayəyə bitişdirməmək; 5. Həmd və Surəni oxuyarkən ayələrin mənalarına diqqət etmək;...

Ardını oxu

Corab murdar olubsa, həmin corabla qılınan namaz batildirmi?

Cavab: Namaz qılanın əynindəki paltarların pak olması və nəcasətə bulaşmaması vacib şərtdir. Lakin corab, araqçın, əlcək kimi övrət yerini örtməyən, kiçik ölçülü ikinci dərəcəli geyim növləri istisna edilir.

Ardını oxu

Müsafir üçün 4 rəkətli namazları qəsr qılmağın (və orucu açmağın) şərtləri nədir?

Namaz (və orucda) müsafir hesab olunmanın 8 şərti var: 1-Müsafir 8 fərsəx təxminən ən azı 45 kilometr gedib gəlmək fikrində ola. 2-Səfər çıxmaq niyyəti elə vətəndən başlamalıdır. 3-Səfər məsafəsindən dönməsin. 4-Səfər məsafəsində öz vətənindaən keçib getməsin...

Ardını oxu

Ayda namaz qılanın qibləsinin hökmü

Cаvаb: Аy yеr kürәsi әtrаfındа dövr еdәn sәма cisмidir. Оnun hәcмi yеr kürәsinin hәcмinin оn dörddә birinә bәrаbәrdir. Yеrdә dаyаnаnlаr аyın tülu vә qürub еtdiyini мüşаhidә еtdiklәri kiмi, аydа dаyаnаnlаr dа yеrin tülu vә qürubunu мüşаhidә еdirlәr. Yеr аydаn bәzәn bütöv, bәzәn pаrа görünür, bәzәn isә görünмür. Аydаn yеr göründüyü vахt bütün yеr kürәsi аydа nамаz qılаn üçün qiblә sаyılır.

Ardını oxu

10 dəstəyə oruc tutmaq haramdır.

Haram oruclar aşağıdakılardan ibarətdir: 1. Qurban bayramı günü tutulan oruc; 2. Fitr bayramı günü tutulan oruc; 3. Minada olan şəxs üçün təşriq günlərinin orucu; 4. Ramazan niyyəti ilə şəkk gününün orucu (bilinmir şə`banın axırıdır, ya ramazanın əvvəli) 5. Susmaq orucu; 6. Gecə-gündüz tutulan oruc;

Ardını oxu

Xəstə şəxsin orucu haqda 4 məsələ

Xəstə şəxsin orucunün 4 hökmü: 1-Sual: Əgər oruc tutmaq xəstəliyin gec sağalmasına səbəb olarsa, bu halda vəzifə nədir? Cavab: Bütün müctəhidlərin rə`yi: Gərək oruc tutmasın...

Ardını oxu

Bu 5 dəstənin orucu pozularsa yalnız həmin günə qəza tutmalıdır, kəffarə lazım deyil.

Oruc batil olan şəxs üçün bu hallardadır ki yalnız qəza oruc boynuna gələr. kəffarə fidyə gəlməz: 1) Başqası tərəfindən orucunu pozmağa məcbur edilmiş şəxs (bir şərtlə ki, orucunu pozmazsa, həyatının təhlükə altına düşəcəyini bilsin). 2) Səhər obaşdan vaxtı qurtardıqdan sonra hələ sübh azanının deyilmədiyini güman edib, yeməyə başlayan şəxs; ...

Ardını oxu

Kimlərə oruc tutmaq vacib deyildir?

Dörd təbəqədən olan adamlar oruc tutmaya bilərlər; onlar həm qəza orucundan, həm də kəffarədən azaddırlar: a) Həddi-büluğa çatmamış uşaqlar; b) Psixi cəhətdən qeyri-normal şəxslər; ...

Ardını oxu

Adam səfərə gedərkən, getdiyi yerdə neçə gün qalacağını bilmirsə, namazını bütöv qılmalıdır ya qəsr şəklində?

Namaz qılan şəxs səfər çıxarkən başqa yerdə qalacağı haqda namazının hökmü fərq edə bilər... Vətənindən müəyyən məsafə qədər uzaqlaşan və bir yerdə 10 gün və daha artıq qalan şəxs orucunu tutmalı və namazlarını bütöv qılmalıdır. Əgər insan getdiyi yerdə 10 gün və daha artıq qalacağını qabaqcadan bilmirsə, bu halda da namazlarını 30 gün şəkli vəziyyətdə qəsr qılacaq...

Ardını oxu

Namazın vaxtı girməmiş dəstəmaz almaq olar?

Dəstəmazı istənilən vaxt almaq olar. Bunun üçün məhdudiyyət yoxdur. Hətta dəstəmaz pozulmadığı müddətcə namazları qıla bilərsiniz. Məsələn, Sübh namazı üçün dəstəmaz aldınız və bu dəstəmaz pozulmadığı müddətcə Zöhr, Əsr, Məğrib, İşa namazlarını qıla bilərsiniz...

Ardını oxu

Müsafirə (namazı qəsr olana) iqtida etməyin hökmü nədir?

Cavab: Zöhr, əsr və işa namazlarını şikəstə (2 rəkət) qılan müsafirin, bu namazlarda müsafir olmayanlara, habelə, müsafir olmayan şəxsin bu namazlarda müsafir olana iqtida etməsi məkruhdur.

Ardını oxu

Cümə namazı vacibdirmi?

Cümə namazı iki rükətli vacib namazdır və cümə günü zöhr namazının yerinə camaatla qılınır. İslam şəriətinə görə İmamın (ə) hazır olduğu dövrdə cümə namazı vacibi-eynidir. Yəni mükəlləf şəxsə vacibdir ki, cümə namazında iştirak etsin. Lakin İmamın (ə) qeybdə olduğu dövrdə cümə namazı vacib-təxyiridir. Yəni mükəlləf şəxs cümə yaxud zöhr namazını qılmaqda ixtiyar sahibidir. Hər hansı birini qılsa digəri öhdəsindən götürülər...

Ardını oxu

Namaz qılmayan şəxslə ailə qurmaq olar?

İnsan həyatında ən təsirli seçim! Ayətullah Məkarim Şirazi, Ayətullah Vəhid Xorasani, Ayətullah Sistani, Ayətullah Xamenei, Ayətullah Nuri Həmədaninin cavabı: Namaz qılmayan adamla evlənmək olar, amma kərahəti var (bəyənilmir). Belə bir adamla ailə qurmaq azğınlıqla nəticələnərsə, bu işi görməkdə irad var (işkal).

Ardını oxu

Gecə namazında 40 nəfər hansı möminin adı çəkilib istiğfar edilməlidir?

Gecə namazında 40 nəfər mömin şəxsin adının çəkilərək, onların günahlarının bağışlanması üçün dua etmək müstəhəbdir. Bu zaman insan mömin saydığı hər bir şəxsin adını çəkə bilər. Əlbəttə, yaxşı tanıdığı şəxslərə üstünlük verməsi yaxşıdır.

Ardını oxu

Namaza təzə başlayan adam sözləri yadında saxlaya bilmədiyi təqdirdə kağıza baxa bilərmi?

-Hafizə həddən artıq zəifdirsə və ya namaz sözlərinə adamın dili yatmırsa, bir müddət (əzbərləyənə kimi) kağızın üzündən oxumaqla da namazı qıla bilər. Bu zaman diqqətli olmalıdır ki, qiblədən dönməmək üçün kağızı düz qarşısında tutub oxusun...

Ardını oxu

Məbəs bayramının namaz və zikrləri

“Məbəs gününün namazı” niyyəti ilə 12 rükət namaz qılınır (6 dəfə sübh namazı kimi 2 rükətli namaz). Hər rükətdə Həmd və surə oxunur. 12 rükət bitdikdən sonra 4 dəfə “Fatihə”, 4 dəfə “İxlas”, 4 dəfə “Fələq” və 4 dəfə “Nas” surələri oxunur. Sonra isə 4 dəfə bu zikr oxunur: Transkripsiya: [La ilahə illəllahu vallahu əkbər. Və subhənallahi vəlhəmdu lillah. Və la həvla qüvvətə ila billahil əliyyil azım] Tərcümə: “Allahdan başqa məbud yoxdur və Allah böyükdür. Və Allah pakdır və həmd olsun Allaha. Uca və Əzəmətli Allahdan başqa qüvvət və qüdrət yoxdur”...

Ardını oxu

Qəza namazı haqqında 8 hökm

Qəza namazının hökmlərindən: 1) Hər kim vacib namazı müəyyən bir səbəbə görə - istər yatıb qalsın, istər məst halda olsun, istərsə də müəyyən bir xəstəliyə görə - öz vaxtında qılmasa, qəzasını qılmalıdır. Lakin əgər bir şəxs namaz vaxtı boyu huşunu itirmiş olsa, namazın qəzası ona vacib olmur. Həmçinin müsəlman olan kafirin kafir olduğu müddətdə və qadının heyz və nifas halında qılmadığı namazların qəzası yoxdur...

Ardını oxu

Aşağıdakı müsafir şəxsin halına görə namaz qəsr qılınmır.

Səfərə çıxan bu şəxs namazını səfərdə adi vəziyyətində yenə də tam qılacaq: 1-Vətənə yetişmək. 2-On gün müəyyən bir yerdə qalmağı qarşıya məqsəd qoymaq. 3-Getdiyi yerdə neçə gün qalacağını bilməyən müsafir, əgər həmin yerdə bir qalarsa...

Ardını oxu

Səfərə çıxan şəxsin namazına aid 5 hökm

Müsafirin namazı haqqında diqqət olunası məsələlər (hökmlər): 1-Peşəsi səfər etmək olamayan, lakin işinin müqəddiməsi səfər etmək olan şəxs, peşəsi səfər etmək olan şəxs hökmündədir. Məsələn, müəllim, fəhlə, mühəndis, əsgər və s. bu kimi şəxslər on gün tamamlanmamış ən azı bir dəfə iş yerlərinə səfər edirlər...

Ardını oxu

Müsafir namazının hökmləri

1. Səfərdə dörd rəkətli namazların qəsr qılınması. Səfərdə dörd rəkətli namazlar müəyyən şərtlərlə qəsr yəni, iki rəkət qılınmalıdır. Diqqət: Dörd rəkətli namazlar, yəni, zöhr, əsr və işa namazları səfərdə qəsr qılınır. Sübh və məğrib namazları qəsr qılınmır.• 2. Müsafir namazının şərtləri. Səfərə çıxan şəxs, yəni, müsafir 8 şərtlə dörd rəkətli namazları iki rəkət qılmalıdır: ...

Ardını oxu

Namazın 6 vacib hissəsi

Namazda 6 əməl var ki onlardan birini bilərəkdən və ya səhvən düzgün edilməsi namaz batil olar: 1-Təkbir, 2-Qiyam (ayaq ustə duraraq surələri oxumaq haləti. 3-Qiraət (namazın zikrləri demək). 4-Ruku. 5-Namazın iki səcdələrini etməmək. 6-Oturmaq. Təşəhhüd və salamlar demək zamanı dizi üstə oturmaq haləti.

Ardını oxu

Namazda şəriətin 11 göstərişinə diqqət etmək vacibdir.

Namazın vacib əməlləri 11-dir: 1-Niyyət, yəni namaz başlayarkən hansı namazı qıldığını müəyyən etmək zəruridir. 2-Təkbirətul-ehram, (yəni namazın əvvəlində “Allahu əkbər” demək), 3-Qiyam (Həmd və ixlas surələrini oxuyarkən ayaq üstə dayanmaq, xəstəlik maneə olmasa),

Ardını oxu

Namaz üçün alınan dəstəmazın haqqında şəriətin 4 hökmü

Namaz üçün alınan dəstəmazın haqqında şəriətin 4 hökmü: 1-Namaz yalnız düzgün dəstəmazla qəbul olunur. Buna görə də düzgün dəstəmaz almalı və bilmədiklərimizi soruşub öyrənməliyik...

Ardını oxu

Namaz vaxtının hökmləri (Birinci bölüm)

1- İnsan namaz vaxtının çatdığına əmin olandan sonra namaza başlaya bilər. Ya da ədalətli bir şəxs namaz vaxtının çatdığını bildirməlidir. Vaxt tanıyan və etibarlı şəxsin azanı da kifayat edər. Əgər başqa yollarla vaxtın çatdığına güclü ehtimal olarsa (istər saatla, istər saatsız) bu bəs edər...

Ardını oxu

Namaz vaxtının hökmləri (İkinci bölüm)

Namaz vaxtının hökmləri: ... 9- Üzrü olan şəxs əmindirsə ki, son vaxtadək üzrü aradan qalxacaq, səbr etməsi vacibdir. Əgər əmin olsa ki, üzrü qalacaq, səbr etməsi vacib deyil. Amma ehtimal etsə ki, üzrü aradan qalxacaq, vacib ehtiyata əsasən, səbr etməlidir.

Ardını oxu

Dırnaqların uzun olması dəstəmazı batil edirmi?

Dırnaqların uzun yaxud qısa olması dəstəmazı batil etmir və dəstəmaz almaq üçün də maneəsi yoxdur. Amma əgər dırnaqlarda suyun qarşısını alan nəsə olsa o zaman dəstəmaz batil olur.

Ardını oxu

Cəfəri məktəbinə görə namazda edilməsi haram olan şeylər

Namaz qılan şəxs təkbirətül-ehramı deyərək namaza başlayandan qurtarana qədər bəzi işlər ona haram olur. Əgər namaz halında onların birini etsə namazı batildir. O cümlədən: 1) Danışmaq, bilərəkdən, mənası olan iki hərf; 2) Gülmək, bilərəkdən, uca səslə; 3) Ağlamaq, dünya işləri üçün, uca səslə; 4) Üzü qiblədən başqa tərəfə döndərmək; ...

Ardını oxu

Namaz qılmayan müsəlmanla ailə qurmaq olar?

Namaz qılmayanla evlilik: Onunla izdivac etmək icazəlildir, amma bəyənilmir. Lakin, bu izdivac etiqadınızdan sapınmağa səbəb olarsa, iradlıdır.

Ardını oxu

Vəhşət namazı kimin üçün və necə qılınır?

Meyyitin qəbrə qoyulan birinci gecəsində onun üçün iki rükət vəhşət namazı qılmaq daha yaxşıdır. Vəhşət namazı 2 rəkətdir. Meyyid dəfn olunan gecə işa namazından sonra qılınır.

Ardını oxu

Gecə namazının qılınma qaydası Ayətullah Seyyid Əli Sİstani ağanın göstərişlərində

Gecə namazı 11 rükətdir, fəzilətli vaxtı gecənin son 1 / 3 hissəsidir. İlk 8 rükət “gecənin nafiləsi” niyyəti ilə qılınır - 4 ədəd 2 rükətli namaz şəklində və bunların qılınma qaydası sübh namazına oxşayır.

Ardını oxu

Basimda yara olsa ganli namazin hokmu nedir?

Ümumiyyətlə, namaz qılanın bədəni və paltarı pak olmalıdır. Lakin aşağıdakı hallarda bədən və paltarın pak olması şərt deyildir: 1-Bədəndə olan qan bir barmağın dırnaqından az olarsa namaz batil deyil. 2. Əgər bədəndəki yaranı paklamaq daha çox əziyyətə səbəb olarsa, paklamadan namaz qılmaq olar.

Ardını oxu

Çiməndə dəstəmaz və yaxud qüsl almaq olarmı?

Çimən zaman qüsl almağın maneəsi yoxdur. Kifayətdir ki, qüslün qaydası düzgün yerinə yetirilsin.

Ardını oxu

Qadınla kişi namazlarının arasındakı əsas fərqlər nədədir?

1. Kişilər qısa paltarla da namaz qıla bilərlər və on- lara təkcə cinsiyyət üzvlərini örtmək vacibdir. Amma müstəhəbdir ki, kişilər də təmiz və səliqəli paltar geyin- dikləri halda namaz qılsınlar....

Ardını oxu

Müstəhəb namazlar (nafilələr) necə qılınır?

Gündəlik (17 rəkət) vacib namazlardan əlavə çox savabı olan namazlar mövcuddur. Bu namazlar vacib namazlara əlavə olunduğu üçün onlara nafilə deyilir. Müstəhəb namazlar 34 rəkətdir. Yəni vacib namazlardan iki dəfə çox...

Ardını oxu

Bir dəfə dəstəmaz almaqla neçə namaz qılmaq olar?

Dəstəmaz namaz qılmaq üçün tələb olunur, dəstəmazsız namaz qılmaq batildir. Amma bir dəfə dəstəmaz aldıqdan sonra bu dəstəmaz pozulana kimi istənilən qədər namaz qılmaq, Quran oxumaq, Quran xəttinə toxunmaq olar.

Ardını oxu

Namazın şəri məsələləri haqqında 3 suala cavab

Sual: Namazı qəsdən tərk еdən, yaxud onu yüngül sayan şəxsin hökmü nədir? Cavab: İslam şəriətində bеşlik təşkil еdən gündəlik vacib namazlar çox mühüm vacibatlardandır; namaz dinin rüknüdür; onu tərk еtmək, yaxud yüngül saymaq şəriət nöqtеyi-nəzərindən haramdır, əzaba düçarolma səbəbidir.

Ardını oxu

Qünut zamanı necə dua etmək məsləhətdir?

Namazların ikinci rükətində qiraətlə rükunun arasında qünut tutmaq müstəhəbdir. Qünut zamanı əllər qoşalaşdırılıb sifət bərabərinə qaldırılır, açıq kitab vəziyyətində tutulur. Qünutda istənilən dildə istənilən duanı etmək olar.

Ardını oxu

Qiblənin hökmləri

Üzü qibləyə dayanmaq o deməkdir ki, insan, yer kürəsinin səthindən Kəbə evinə doğru dayansın. Beləliklə, əgər insan, yer kürəsinin elə bir nöqtəsində yerləşsə ki, bu nöqtədən Məkkəyə doğru dörd cəhətə xəyali xətlər çəkilsə və bu xətlərin hamısı eyni ölçüdə olsa, insan bu cəhətlərdən birini seçib o istiqamətdə namaz qıla bilər. Lakin əgər bir istiqamətdə çəkilən xətt digərlərindən qısa olsa və qiblənin hansı cəhət olması barədə fikirayrılığı yaransa, ən qısa xətt istiqamətində namaz qılmaq vacibdir.

Ardını oxu

İslamda Böyük oğulun atanın qalmış namazlarının qəzasını qılmasının hökmü- 5-Sual-Cavab

Sual:Böyük oğul atadan qabaq vəfat еtsə (istər baliğ olsun, istərsə də olmasın), bu halda atanın qəza namazları digər uşaqların boynundan düşürmü? Cavab: Atanın oruc-namaz qəzalarını yеrinə yеtirmək vəzifəsi atanın vəfatı zamanı diri olan böyük oğula aiddir. Hərçənd o, atanın birinci övladı, yaxud birinci oğlu dеyil.

Ardını oxu

Namazı batil edən işlər 7-dir.

Namazda bu işlərdən çəkinmək vacibdir: 1-Yeyib-içməkdən. 2-Qiblədən üz çevirmək. 3-Namazın zikrlərindən başqa bir şey danışmaq. 4-Namazda qəhqəhə etmək. 5-Namazda zikri pozacaq ağlamaq. 6-Namazda qiyam halını pozmaq və ya sakin bədəni saxlamamaq. 7-Namazın rüknlərini artırmaq.

Ardını oxu

Gündəlik vacib namazların nafilələri necə qılınır?

Gündəlik vacib namazların nafilələri vaxt cəhətindən: Sübh, zöhr və əsr namazının nafilələri vacib namazlardan əvvəl qılınır. Məğrib namazının nafiləsi şam namazından sonra qılınır, işa namazının nafiləsi işa namazından sonra oturmuş halda qılınır.

Ardını oxu

Namazın ümumi vacib əməlləri hansılardır?

Namazın vacib əməlləridir bunlar: 1-Niyyət, 2-Təkbirətül ehram, 3-Qiyam, 4-Qiraət, 5-Rükü, 6-Səcdə, 7-Zikr, 8-Təşəhhüd, 9-Salam. 10-Tərtib, 11-Muvalaat.

Ardını oxu

Namazın rüknləri (Yəni unudulması-arıtırılması hər halda namazı pozar) hansılardır?

Namazın rüknləri beşdir: 1-Niyyət-hansı namazı qıldığını bilməlidir. 2-Niyyətdən sonra əlini qulağına tərəf qaldırıb Allahu Əkbər demək. Yəni namaza başlamasını elan etməsi. 3-Qiyam. Yəni namaza başlayandan sonra ayaq üstə Həmd və ixlas surəsini oxumaq. 4-Rükü -qiyam halında oxunan surələrdən sonra əlini dizinin üstünə uzadaraq belini bir qədər əymək halətinə deyilir namazda. 5-İki səcdələr. hər rəkətin rüküsündan sonra iki səcdəsi var.

Ardını oxu

Namaz vaxtlarının hökmləri

Namaz vaxtlarının hökmləri 1-Gündəlik namazlardan başqa namazların xüsusi vaxtları yoxdur, onların qılınması, hansı səbəblə vacib olubsa, o zamana bağlıdır. Məsələn: Ayət namazı zəlzələ baş verməsi, gün və ay tutulması, yaxud müəyyən hadisələr zamanı, meyyit namazı müsəlman bir şəxsin dünyadan getdiyi zaman vacib olur. Bunların hər biri öz yerində geniş şəkildə bəyan ediləcəkdir.

Ardını oxu

Namazda artırılan və ya azaldılan əməllərə görə səcdeyi-səhv necə edilir?

Namazda azaldılan və ya artırılan əməllərin bəziləri namazı batil edər rükn əməllər kimi. Amma namazda artırılmış və ya azaldılmış qeyri-rükn əməllər namazı batil etməz. O səhvlərə görə İslam şəriətində səcdeyi səhv əməlini etmək vacibdir. Səcdeyi səhv etməyin hökmlərindən ikisini qedy edirik.

Ardını oxu

Namazın rəkətlərin sayında şəkk edəndə vəzifəmiz nədir?

Namazın rəkətinin sayına aid şəkklərin hökmü: 1-Əgər bir, yaxud daha artıq rəkətdə şəkk etsə namazı batildir; 2-Əgər namaz əsnasında neçə rəkət qıldığını bilməsə namazı batildir.

Ardını oxu

Namazda etina olunmamalı şəkklər :

Namazı batil etməyən şəkklər: 1-Müstəhəbb namazlar; 2-Camaat namazında (bunun izahı gələcəkdir); 3-Namazın salamından sonra; əgər namaz qurtardıqdan sonra rəkətlərin, yaxud hissələrin barəsində şəkk yaransa, namazı yenidən qılmaq lazım deyil;...

Ardını oxu

Namazın 30 müstəhəb əməlləri

Namaz qılarkən bu əməlləri edib namazınızın savabını artırın: 1. Həmd və Surəni aram-aram və tələsmədən oxumaq; 2. Hər ayənin sonunda vəqf etmək, yəni sonrakı ayəyə bitişdirməmək; 3. Həmd və Surəni oxuyarkən ayələrin mənalarına diqqət etmək; 4. Rükuya getməzdən öncə ayaq üstə ikən təkbir (Allahu Əkbər) demək.

Ardını oxu

Namazda 11 əməl bilərəkdən və ya səhvən unudulsa namaz batildir.

Namazın vacib əməlləri 11-dir: - Niyyət, - Təkbirətul-ehram, (yə'ni namazın əvvəlində "Allahu əkbər" demək), - Qiyam (yə'ni ayaq üstə durmaq), - Qiraət, - Rüku, - Səcdə,...

Ardını oxu

Əl altında möhür olmayan vaxt necə namaz qılmaq lazımdır?

Əgər namaz qılınan yerdə möhür yoxdursa, bir neçə yolla çatışmazlığı aradan qaldırmaq olar.

Ardını oxu

Namazda bir neçə şeyə diqqət yetirmək lazımdır

Namazda 9 şəriət hökmünə əməl olunmasa namaz batil olar.

Ardını oxu

Ata və ananın qəza namazlarının böyük oğula vacib olmadığı hallar

Ata və ananın qəza namazlarının böyük oğula vacib olmadığı hallar: 1-Başqası valideynin qəzasını yerinə yetirsə, 2-Valideynin qəzasının olmasını bilməsə...

Ardını oxu

Hansı hallarda namazı yarımçıq qoymağa icazə verilir?

Dörd halda namazı dayandırmaq olar: 1. İnsan canı və malını xətərdə görsə, 2. Namaz zamanı tələbkar borcunu istəsə, 3. Namaz gedişində mascid nəcis olmasından xəbərdar olmaq, ...

Ardını oxu

İslam dinində (şəriətində) əməli vacib olan 31 əməldir bunlar.

İslam dinində bir sıra işlər vacib buyurulub. Bu əməllərdən bəziləri aşağıdakılardır; 1-Şəriət məsələlərini öyrənmək. 2-Gündəlik namazları və digər vacib namazları qılmaq. 3-Ramazan ayının orucunu eləcə də digər vacib orucları tutmaq...

Ardını oxu

Dəstəmazlı olmağın insana nə belə faydaları vardır?

Dəstəmazlı olmağın insan həyatında 8 faydası vardır: 1-Dualar qəbul olunar, 2-Ömrün uzanmasına səbəb olar, 3-Ruzinin artmasına səbəb olar. 4...

Ardını oxu

Dəstəmaz və qüsl əvəzinə təyəmmüm alınası hallar və yerlər

Namaz qılan üçün vacibdir ki namaza dayanan öncə təharət alsın. Təharət su ilə qüsl və dəstəmazdan ibarətdir. Əgər bir şəxs təharət almaq üçün şəraiti olmasa gərək pak torpaqla paklıq üçün təyəmmüm etsin. Təyəmmüm almaq 7 yerdə lazımdır: ...

Ardını oxu

İmam Camaatın şərtləri 8-dir

İmam camaat olmaq üçün 8 şərtə sahib olmaq lazımdır. Adillik, halalzadəlik, şəri cəzalanması olmaması, ...

Ardını oxu

Camaat namazının şərtləri

Camaat namazının cərgələrində riayət olunası şərtlər: Fasilə olmamalı, imamla məmun arasında fasilə çox olmamalı ...

Ardını oxu