Vəhşət namazı kimin üçün və necə qılınır?

VƏHŞƏT NAMAZI VƏ QILINMA QAYDASI

Meyyitin qəbrə qoyulan birinci gecəsində onun üçün iki rükət vəhşət namazı qılmaq daha yaxşıdır. Vəhşət namazı 2 rəkətdir. Meyyid dəfn olunan gecə işa namazından sonra qılınır. Qılınma qaydası belədir: Sübh namazı kimi qılınır, amma birinci rəkətdə həmd surəsindən sonra Ayətul-kursi, ikinci rəkətdə isə həmd surəsindən sonra 10 dəfə Qədr surəsi oxunur. Namaz qıldıqdan sonra deyirsən: "Allahummə salli əla Muhəmmədin və ali Muhəmməd. Vəbəs səvabəha ila qəbri "fulan"" (fulan kəlməsinin yerinə mərhumun adını deyirsən). Vəhşət namazını qəbrə qoyulan birinci gecənin hər bir vaxtında qılmaq olar, lakin gecənin əvvəlində işa namazından sonra qılmaq daha yaxşıdır.

baxılma sayı: 924