İnsanın ən böyük dostu – ağıl, ən böyük düşməni – cahillikdir!

Həsən ibni Cəhəm nəql edir: “İmam Rzadan (ə) eşitmişəm ki, buyurub: “Hər bir insanın dostu – ağlıdır. Düşməni – cahillik və nadanlıqdır”. Əsil dost heç bir zaman öz dostuna xəyanət etməz. Salamat ağıl insanı hidayət edən zaman sadiqcəsinə əməl edər. Onun üçün hidayət çırağı olub, səadətə tərəf aparar.

Ardını oxu

Əzəmətli əxlaq ustadı Əllamə Təbətəbaidən həyatınızı dəyişəcək nəsihət!

Əllamə Təbatəbai buyurardı: “Bizim özünü tanımadan mühüm bir vəzifəmiz yoxdur”. Yəni insanın bu dünyada ən mühüm vəzifəsini özünü tanıması, öz həqiqətini dərk etməsidir. Əgər insan özünü tanıyarsa, özünə agah olarsa bilavasitə Rəbbini tanıyar. Rəbbini tanımayan özünü tanımamışdır deməkdir!

Ardını oxu

Hz Peyğəmbər (s) insanların ən şərrini hansı əməl sahibi olaraq tanıtdırır?

Peyğəmbər (s) şərr əqidəli insanlarla, ən pis insanları belə ayırır: “İnsanların ən şərri (pisi) axirətini dünyasına satandır, bundan da daha şərr (pis) olanı isə axirətini başqasının dünyasına satandır.” (Mən la yəhzuruhul-fəqih. 4/353)

Ardını oxu

Hz Peyğəmbərin (s) hədisində: İkiüzlü və münafiqləri bu sifətlərlə tanıyaq – Dörd əlamət

Peyğəmbər buyurub (s): “Bu 4 xislət kimdə olarsa o əsl münafiqdir: 1-Ona bir şey əmanət edildikdə xəyanət edər. 2- Danışdıqda yalan danışar. 3- Söz verdikdə sözünə dönük çıxar. 4- Düşmənçilik edəndə haqqa(insafa, ədalətə) riayət etməz.”

Ardını oxu

Allaha təvəkkülün inanılmaz sirləri - Həzrəti Loğmandan gözəl nəsihət

İmam Sadiq (ə) Loğmanın (ə) hikmətlərinə işarə edərək onun (ə) dilindən gözəl və dəyərli bir nəsihət nəql edərək buyurur: Ey oğul! Həqiqətən dünya dərin bir dəryadır, Orada nə çox alim, elm əhli həlak olub! Bu dəryada Allaha imanı özünə gəmi (qurtuluş vasitəsi) qərar ver! Təqvanı (Allahdan qorxunu) bu yolda özünə yelkən qərar ver! Allaha təvəkkülü bu gəminin sərmayəsi qərar ver!...

Ardını oxu

Günahdan çəkinmək istəyən insan nə etməlidir?

Namazda xalis niyyət, Allahın əzəmətini, özünün kiçikliyini anlamaq əsas şərtlərdəndir. Xəstəxana, idman zalı, həbsxana nə üçündür? Heç şübhəsiz ki, insanın mənəvi və fiziki tərbiyələndirilməsi üçün! Amma ötəri bir xəstəliklə əlaqədar həkimə müraciət edən şəxs düzgün müalicə olmazsa, ağır xəstəliyə düçar ola bilər. Az olmayıb ki, gözləri zəif görən insan göz cərrahiyyə əməliyyatından sonra kor olub. Amma həmin adamlar ümidini üzməyib, başqa həkimə müraciət ediblər...

Ardını oxu

"Əsil insanlıq nədir" sualına İslam alimindən gözəl cavab

“Əsl insanlığ (bu 4 xislətə yiyələnməkdir): 1=Yüksəliş vaxtı (maddi imkan, güc, vəzifə, elm) təvazökar olmaq (özünü böyük bilməmək), 2=Qüdrətli olduğun vaxtı bağışlamağı bacarmaq, 3=Ozü çətinlikdə olsa belə səxavətli olmağı bacarmaq, 4=Verdiyini minnətsiz vermək.” (Tahzibe_nafs )

Ardını oxu

İmam Sadiq (ə): “Ən yaxşı dost eybimi mənə deyən dostdur”

Tənqid və tənqidin qəbulu mərifətin inkişafında ən mühüm şərtlərdəndir. Tənqid etməyən və tənqidi qəbul etməyən insanın həqiqəti görüb tanıması mümkünsüzdür. Özünü əmmarə nəfsin hədəfində görən insan tənqidi qiymətli hədiyyə kimi qəbul edir. İmam Sadiq “ən yaxşı dost eybimi mənə deyən dostdur”

Ardını oxu

Günahın özündən də pis olan dörd xislət

Hz Peyğəmbərdən (s) nəql olunan hədisdə deyilir: Dörd şey vardır ki, günahın özündən də şərrdir (pisdir): Təhqir- Kimsəni təhqir etmək onun haqqını qəsb etməkdən, malını oğurlamaqdan, hətta canını almaqdan daha betərdir. İftixar- Bəzən insan günah edir, haram yeyir, içki içir, əxlaqsızlığ edir, bu azmış kimi çıxıb insanlar arasında etdiyi əxlaqsızlığı fəxrlə də danışır...

Ardını oxu

Həzrət Əlinin (ə) “xoş onun halına” dediyi müsəlman

Düzgün əqlə və təfəkkürə məxsus insanlar daima özləri ilə məşğul olur, öz eyib və nöqsanlarını aradan qaldırmağa çalışırlar. Həzrəti Əli (ə) bu mətləbə əhəmiyyət verərək buyurur: “Xoş o kəsin halına ki, onu başqalarının eybi yox öz eybi məşğul edir” (Nizamul-Hikmət-8. Səh-320). Başqalarında eyib axtarmaq insanı özündən qəflətə salır. İnsana özünü unutdurur. Yəni insan öz eyiblərini unudur. Bu vəziyyət davam edərsə nəticədə insanda təkəbbür yaranır.

Ardını oxu

Bu xislət səndə varsa demək imanın var!

“Əgər səni yaxşı işin sevindirir, pis işin kədərləndirirsə onda möminsən” (Nəhcul-fəsahə-41. Hədis-214). İnsan üçün yaxşının və pisin meyarı iki meyardır: Ağıl və şəriət. Hər ikisi həqiqətin kəşfinə xidmət edir. Şəriət xarici meyar olaraq Allah Təala tərəfindən peyğəmbərlərinə göndərilmiş yaşam proqramıdır. İnsan bu proqramlar üzrə yaşamalı, göstərilmiş həddi aşmamalıdır. Ağıl meyarı isə fitrətindən gələn keyfiyyətdir. Əgər həqiqətən insan ağlının göstərişlərinə riaət etsə, agıl əsasında yaxşı işlər görüb, pislikləri tərk etsə bu onun fitri imanı deməkdir.

Ardını oxu

Zarafatca yalan danışmağın günahı varmı?

avab: Əgər şəxs gerçəkliyə zidd olan bir xəbəri verirsə və məqsədi də qarşı tərəfin bu xəbəri ciddi qəbul etməsidirsə, bu iş haramdır. Amma əgər məqsədi ciddi danışmaq və gerçəkliyə zidd olan bir xəbəri vermək deyilsə, məsələn, bir insanın və ya heyvanın dilindən zarafatca söz deyirsə, bu iş haram deyildi.

Ardını oxu

Kəbirə günahı necə tanımaq olar?

Mərhum Şeyx Ənsari ədalət risaləsində beş yol göstərir: Birinci yol: Mötəbər rəvayət; bu rəvayətdə bildirilməlidir ki, günah böyük günahdır. (Həmin kitabın ikinci fəslində müəyyən rəvayətlər və onların tərcüməsi verilmişdir.) İkinci yol: Аyə və ya mötəbər rəvayət; məsələn, bir günah haqqında deyilir ki, Allah-tәala bu günaha yol verən üçün cəhənnəm əzabını vacib etmişdir. Üçüncü yol: Allah-tәala Qurani-məciddə müəyyən günaha yol verən üçün əzabın qəti olduğunu bildirir. Həzrət Əbdül-Əzimdən ikinci rəvayətdə həmin ayələrə işarə olunur.

Ardını oxu

8 əxlaqi göstərişlər...

İnsan ömrünü məhv edən 4 əməl: -Çoxlu qəmli olmaq, -Hər şeyə narazılıq etmək, -Ac qalmaq, (Yemək yeməməkdə həddini aşmaq) -Gecəni çox oyaq qalmaq...

Ardını oxu

İnsanın gizli eyblərinin üzərə çıxmasına səbəb olan əməl!!

İmam Sadiq (ə) Hz Peyğəmbərdən (s) nəql edir: "“Ey dildə İslamı qəbul edib, qəlbinə iman nüfuz etməyənlər! Müsəlmanları məzəmmət etməyin, onlarda eyib axtarmayın. Hər kəs müsəlmanlarda eyib axtarsa, Allah da onda eyib axtarar, Allahın eyib axtardığı kəs isə evində belə rüsvayçılıqdan gizlənə bilməz”.

Ardını oxu

Bu 5 nəfərlə yoldaş olma!

İmam Səccad (ə) buyurur: “Yalançı ilə yoldaş olmaqdan çəkin ki, ilğım kimidir, uzağı sənə yaxın, yaxını sənə uzaq edər. Fasiqlə yoldaş olmaqdan çəkin, çünki o, səni bir yeməyə və ya ondan azına satar. Simiclə yoldaş olma, çünki o, malını sənin çətin vəziyyətində səndən əsirgəyər...

Ardını oxu

İnsanın dünya və axirətində dərin iz buraxan 5 müstəhəb əməl

5 mütəhəb əməl vardır ki, yerinə yetirən zaman dərin izlər buraxır və onları tanıyaq. 1. Dili qorumaq. Sükut o deməkdir ki, dilini yersiz sözlərdən saxlayasan. 2. Çox yeməmək. Çox yemək insanı dünya və axirətdən qafil edər. 3. Gecə oyaq qalmaq. Müsəlman gərək gecə ibadətlərinə xüsusi əhəmiyyət versin. 4. Yersiz məclislərdən çəkinmək. İmam Əli (ə) : “Mömin ülfət bağlayar. O kəs ki, nə ülfət bağlayar və nə ülfəti qəbul edər – xeyirdən uzaq olar”...

Ardını oxu

Qürur: "Dünyanı nağd, axirəti nisyə bilmək isə nadanlıq əlamətidir.!"

Hz Əli (ə) buyurur: «Qəflət, qürur, aldanış məstliyindən oyanmaq şərab məstliyindən oyanmaqdan çətindir»; «İnsan günah batlağında qərq ola-ola Allahdan bağışlanmaq ümidindədirsə Allah haqqında yanılır». («Məcmueye-vərram», 2-ci cild, səh-72.)

Ardını oxu

İnsan niyə həsəd aparır?

Həsəd - ruhi xəstəliklərdən biridir ki, insanı etidal həddən çıxardır. Dinimiz onu qəlb xəstəliyi adlandırır. Molla Nəraqi deyir: “Gizli qalmasın ki, həsəd – nəfsin şiddətli xəstəliyi, ən pis rəzillik və onların ən xəbisidir”. Ona görə də Əmirəl-möminin (ə) buyurur: “Həsəd aparan şəxsin rahatlığı olmaz”. Həzrət Peyğəmbər (s) buyurur: “Həsəd həyatdan ən az ləzzəti aparar”.

Ardını oxu

Allahın Rəsulu (s) həzrət Əliyə (ə) neçə illik yol getməyi tapşırdı?

Peyğəmbər (s) həzrət Əliyə (ə) bəzi işlərin vacibliyinin həddini çatdırmaq üçün belə tövsiyə edir: Ey Əli! 1. Ata-anaya yaxşılıq etməkdən ötrü iki illik yol qət et. 2. Qohum-əqrəbaya yaxşılıq etməkdən ötrü bir illik yol qət et. 3. Xəstəni yoluxmaqdan ötrü bir millik yol get. 4. Cənazəni müşayət etməkdən ötrü iki millik yol get. ..

Ardını oxu

Peyğəmbərdən (s) mömin üçün 30 özəllik

1. Möminin xərci azdır. 2. Mömin ayıq-sayıq və zirəkdir. 3. Mömin ülfət və səmimiyyət əhlidir. 4. Mömin o kəsdir ki, camaatın malı və canı ondan amanda olsun. 5. Möminlər bir tikilinin tərkib hissələri olduqları üçün bir-birlərini saxlayırlar. 6. Möminin möminə nisbəti, başın bədənə nisbəti kimidir...

Ardını oxu

İmam Baqirin (ə) nadan düşmənə şəfa diləməsi! (hekayə)

Müaviyə tərfədarı olan Şamlı bir kişi İmam Baqirə (ə) hörmətsizlik etdi! İmam Onun cahil olduğunu bilərək xoşrəftarlığını göstərdi. Bir neçə gün son şamlı kişi xəstələndi və ölümü hiss etdi. İmam Baqirdən (ə) halallıq istədi. İmam Onun haqqında namaz qılıb dua elə. Sonra ziyarətinə getdi: Şərbət işdirdi və o şəfa tapdı...

Ardını oxu

Dörd səma kitabından dörd nəsihət

İmam Əli (ə) buyurur: 4 ilahi kitabın 4 nəsihəti: Tövratdan: “Hər kim sükut edər, bəlalardan nicat tapar”. İncildən: “Hər kim qane olar, tox olar”. Zəburdan: “Hər kim şəhvəti (meyilləri) tərk edər, bəladan amanda olar”. Qurani-Kərimdən: “Hər kim Allaha təvəkkül edər, Allah ona kifayət edər”.

Ardını oxu

İmam Əlinin (ə) qonağa hörməti

Bir kişi oğlu ilə birlikdə imam Əlinin (ə) evinə qonaq gəldi. Hz. Əli (ə) onları qarşıladı və hörmətlə onları evin ən yaxşı yerində əyləşdirdi. Yemək yeyildi. Yeməkdən sonra imam Əlinin (ə) qulamı Qəmbər əl yumaq üçün dəsmal, teşt və aftafanı gətirdi. Əli (ə) onları Qəmbərin əlindən alıb qonağın əllərini yumaq üçün qabağa getdi.

Ardını oxu

Həqiqəti göstərən eynək!

İmam Əli (ə) buyurub: "Öz səhvini görənin gözündə başqalarının səhvi kiçik görünür." "Qürər əl-hikəm”, c. 5, səh. 362. Başqalarının eyib və səhvlərini mikroskopla axtarmaq, onları başqalarına da danışmaq və böyütmək öz eyiblərindən xəbəri olmayan, özünü nöqsansız görənlərin məşğuliyyətidir.

Ardını oxu

İnsan danışdığı sözlərə görə hesab verəcəyini bilsə...

İmam Əli (ə) buyurub: “İnsan danışdığı sözlərə görə hesab verəcəyini bilsə, az danışar”. “Qürər əl-hikəm” c. 5, səh. 232. Gündəlik həyatımızdakı bədbəxtliklərdən biri də “çox” və “mənasız” danışmaqdır.

Ardını oxu

Məsumlardan (ə) gözəl nəsihətlər

Həzrət İsa (ə) buyurub: “Elm və hikməti təkcə onun əhlinə öyrədin, yoxsa elmə zülm etmiş olarsınız. Eyni zamanda onu əhlindən də gizlətməyin, yoxsa, elm əhlinə zülm etmiş olarsınız”.

Ardını oxu

Gözəl əxlaq 10 şeydən ibarətdir – Məsumların (ə) dilindən gözəl əxlaqın nişanələri

İmam Sadiq (ə) buyurur: “Məkarim əxlaq on şeydir: yəqin, qənaət, səbir, şükür, mülayimlik, gözəl əxlaq, səxavət, qeyrət, şücaət, alicənablıq”. İmam Əli (ə) buyurur: “Məkarim əxlaq odur ki, o kəs ki, səninlə rabitəsini kəsibdir, sən onunla rabitə qurasan. Əgər səni məhrum edibdirsə, sən ona əta edəsən. Əgər sənə zülm edibdirsə, onu bağışlayasan”.

Ardını oxu

Peyğəmbərin (s) hikmətli kəlamları

Hz. Peyğəmbər (s) buyurur: Mömin bir yerdən iki dəfə sancılmaz. Camaata təşəkkür etməyən Allaha da şükr etməyib. Qəzanı (qəza və qədəri) duadan başqa heç nə qaytarmaz, ömrü başqalarına yaxşılıq etməkdən başqa bir şey artırmaz.

Ardını oxu

Hz. Peyğəmbər (s) Altı xislət 6 faydanı qazandırar?!

Həzrət buyurdu: Bu altı xislətin digər altı xislətə ehtiyacı vardır. 1-Əgər Allahın səni sevməsini istəyirsənsə, Ondan qorx və Onun qarşısında təqvalı ol. 2-Məxluqların sevməsini istəyirsənsə, onlara yaxşılıq et, onların əllərində olanlarından gözünü çək. 3-Allahın sənin mal-dövlətini artırmasını istəyirsənsə, malının zəkatını ver, 4-Sənə səhhəti-bədən verməsini istəyirsənsə, çoxlu sədəqə ver,...

Ardını oxu

Yахşı söz vә ruzinin аrtmаsı

1-Pеyğәmbәr (s) buyurub: “Gözәl dаnışıq ruzini аrtırаr.” 2-“Аllаh dilini qоruyаn şәхsin еyblәrini örtәr.” (“Müstәdrәkül-vәsаil”, c. 19, sәh. 183.) 3-Hötе dеyir: “Dаnışmаq bir növ еhtiyаc, аmmа qulаq аsmаq isә mәhаrәtdir.”

Ardını oxu

Sükut yaxşıdır, yoxsa danışmaq?

İmam Səccaddan (ə) soruşurlar: “Sükutun və kəlamın hansı daha yaxşıdır? Həzrət (ə) buyurur: “Hər birinin bəlası vardır. O zaman ki, hər ikisi bəladan sağlam olar, danışmaq sükutdan daha yaxşıdır”.

Ardını oxu

Qeybəti tərk etmək, 10 min rükət namazdan daha yaxşıdır!

Ayətullah Haqşenas da qeybət mövzusuna qarşı çox həssas idi. Belə ki, ömrünün son günlərində düzgün eşitmə qabiliyyəti yox idi. Ancaq o məclisdəki iki nəfər pıçıltı ilə qeybət edərdi, onu eşidərdi. Deyərdi: “Bu, nə söhbətdir edirsiniz?”. Qeybət elə bir günahdır ki, cəzası Məsum İmamları (ə) təhqir etməklə bir tutulur. Həmçinin insanın arxasınca danışan həmin şəxs başqalarının yanında alçalar ki, bu da çox çirkin işdir.

Ardını oxu

Cəmiyyətdə 4 əsas günah!

Müsəlman cəmiyyətin ən çox düçar olduğu 4 əsas günah: 1-Həsəd aparmaq. Həsəd insanı xəyanət, böhtan, yalan, qətl və bu kimi başqa günahlara vadar edir. 2-Paxıllıq və hərislik. İnsanda paxıllıq öz malının xumsunu və zəkatını verməməyə, yoxsullara kömək etməməyə və başqa günahlara səbəb olur...

Ardını oxu

Cəmiyyətdə 4 əsas günah!

Müsəlman cəmiyyətin ən çox düçar olduğu 4 əsas günah: 1-Həsəd aparmaq. Həsəd insanı xəyanət, böhtan, yalan, qətl və bu kimi başqa günahlara vadar edir. 2-Paxıllıq və hərislik. İnsanda paxıllıq öz malının xumsunu və zəkatını verməməyə, yoxsullara kömək etməməyə və başqa günahlara səbəb olur...

Ardını oxu

Bəzi ədəb qaydaları haqqında

Oturmağın ədəbi Başqalarının hüzurunda oturub-durmağın müxtəlif formaları vardır. Bu şəraitdə ədəbli insanlar ədəbsiz insanlardan seçilirlər. Özünü qurmuş, nəfs istəklərini cilovlamış insanlar başqalarının hüzurunda ədəbli əyləşirlər. Süst və iradəsiz insanlar isə ayaqlarını müxtəlif cür uzadıb yığaraq ədəbsiz halda otururlar... «Onun üçün ayağa durulmasını istəyən adamın yeri oddur» («Bihar» 76-cı cild).

Ardını oxu

Səbr haqqında 9 gözəl hədis

İmam Əli (ə.s) (təqvalıların vəsfində): Bir neçə gün səbr etdilər və uzun müddətli rahatlıq tapdılar. (Nəhcül-Bəlağə, xütbə 193) - İmam Sadiq (ə.s): Şiələrimizdən kim çətinliyə düşəndə səbr edərsə, min şəhidin mükafatını qazanar. (ət-Təmhis,səh. 59, hədis 5)

Ardını oxu

Bu əməllər tez qocalmağa səbəb olur.

Peyğəmbərdən (s) nəql olunan hədislərə əsasən doqquz şey insanı tez qocaldar: 1. Gecə ayaq üstə su içmək. 2. Qarnı üstə yatmaq. 3. Başı (mədəndən çıxan) torpaqla yumaq. 4. Yaxanı üzə sürtmək. 5. Qadının cinsi üzvünə baxmaq...

Ardını oxu

İmam Sadiqdən (ə) 11 nəsihət

Bir nəfər İmam Cəfər Sadiqin (ə) yanına gəlib, Ondan nəsihət istədi. İmam o adama buyurdu: “1. Əgər Allah-təala ruzi yetirəcəyinə vəkildirsə, onda ruzi qazanmaqdan ötrü dəridən-qabıqdan çıxmaq nə üçündür? 2. Əgər ruzi Allah tərəfindən bölünübsə, onda hərislik nə üçündür? 3. Əgər Qiyamət gününün hesabı həqiqətdirsə, onda dünya malını toplamağın nə mənası var? 4. Əgər xərclənən malın geri qayıdacağı və artacağı Allahın öhdəsindədirsə, onda xəsisliyə səbəb nədir? 5. Əgər cəza izzət və cəlal sahibi olan Allahdandırsa, günahın səbəbi nədir?...

Ardını oxu

İmam Rizanın (ə) hədisinə əsasən 7 bəyənilməyən əxlaq

İmam Rizа (ә) buyurub: “Yеddi şеy məzəmmət оlunur: 1. Dildә tövbә еdib әmәldә tövbә еtmәyәn şәхs; 2. Аllаhdаn uğur istәyib, tәlаş еtmәyәn şәхs; 3. Cәnnәt müştаğı оlub, bәlаlаrın vә çәtinliklәrin qаrşısındа sәbir еtmәyәn şәхs; 4. Cәhәnnәm оdundаn Аllаhа pәnаh аpаrаn, аmmа dünyаnın qеyri-şәri lәzzәtlәrini еdәn şәхs; 5. Ölümü хаtırlаyıb, оnа hаzır оlmаyаn şәхs;...

Ardını oxu

Bu səkkiz işi etməyin

Əgər səkkiz kəs özünə hörmətsizlik və təhqir görsə, özündən başqa heç kəsi qınamasın: 1. Dəvətsiz gəlib süfrə arxasında oturan. 2. Ev yiyəsinə ağalıq edən (göstəriş verən). 3. Düşmənlərdən xeyir gözləyən. 4. Alçaqlardan alicənablıq intizarında olan...

Ardını oxu

İmam Sadiqin (ə) nəzərində şiə

Həqiqi şiənin özünəməxsus xüsusiyyətləri var və onlar bu xüsusiyyətlərlə tanınırlar. Əhli-beyti sevmək şiə olmaq üçün kifayət deyil. Həqiqi şiə olmaq üçün danışıq, rəftar, ibadət və sair sahələrdə məsum imamların yolunu getmək zəruridir. «Şiə» sözü Quranda da işlədilmişdir. Həzrət Nuhun əhvalatından sonra buyurulur: «Şübhəsiz ki, İbrahim də onun yolu ilə gedənlərdən (onun şiələrindən) idi». («Saffat» surəsi, ayə 83.)

Ardını oxu

Günah insanı nifaqa çəkir!

Ayətullah Xameneinin buyuruqlarından: İnsanlar fəsad və yayınma təhlükəsi qarşısındadırlar. Bəzən kiçik səhvlər insanın böyük və daha böyük səhvlərə, bəzən dərin uçurumlara yuvarlanması ilə nəticələnir. Çox ehtiyatlı olmaq lazımdır. Quran xəbərdarlıq etmişdir:"Sonra da Allahın ayələrini yalan hesab edib onları məsxərəyə qoymaqla pislik edənlərin aqibəti lap pis oldu".

Ardını oxu

Ən pis doğru söz nədir?

Allahın Peyğəmbəri(s) buyurub: “Zirəkliyin afəti və bəlası özünü tərifləmək, şücaətin afəti həddini aşmaq, güzəştin afəti minnət, gözəlliyin afəti qürur, ibadətin afəti süstlük, danışmağın afəti yalan, elmin afəti unutqanlıq, səbrliliyin afəti səfehlik, əsl-nəcabətliliyin afəti öyünmək və səxavətliliyin afəti israfdır.”

Ardını oxu

Mömin fəqirlərin 7 xüsusiyyəti

Merac hədisində mömin fəqirlərin yeddi xüsusiyyəti qeyd olunur: 1-Aza razı olurlar, 2-Yoxsulluğa və aclığa səbr edirlər, 3-Nemətə şükr edərlər, 4- Aclıqdan və susuzluqdan gileylənməzlər. 5. Heç vaxt yalan danışmazlar. 6. Allaha acıqları tutmur...

Ardını oxu

Möminin mömin öhdəsində olan haqları

İmam Səccad (ə) buyurdu: “Möminin mömin öhdəsində olan ən kiçik haqları bunlardır: 1. Özü üçün hər nə istəyirsə, onun üçün də istəsin və hər nəyi özü üçün bəyənmirsə, onun üçün də bəyənməsin. 2. Onun ehtiyaclarını ödəməkdən ötrü səy göstərsin, razılığını əldə etsin və sözündən çıxmasın. 3. Canı, malı, əli, ayağı və dili ilə ona yaxşılıq etsin. 4. Onun görən gözü, yolgöstərəni, aynası və eyiblərinin örtüyü olsun.

Ardını oxu

Məhşur arifdən bir dəsturüləməl

Şəbistan Xəbər Agentliyi: “Əvvəl sədəqə verin, qırx gün oruc tutun və bu ayəni oruc halında xətm edin”.

Ardını oxu

Ramazan ayının zəkatının fitrəsi, bədən üzvlərinin zəkatını ödəməklə qəbul olunar.

İmam Sadiqin (ə) hədisində insan bədən üzvlərinə bu vacib zəkatları ödəməlidir: İmam Sadiq (ə) buyurur: “Hər bir üzvün zəkatı vardır. Gözün zəkatı - ibrətlə baxmaq və günaha göz yummaqdır. Qulağın zəkatı - eşitmək, elmə, hikmətə, Qurana qulaq asmaqdır. Dilin zəkatı - müsəlmanlara nəsihət etmək və qafilləri ayıltmaq və ALLAHı təsbih etməkdir.

Ardını oxu

İnsanların bu 8 dəstəsindən uzaq olun

Həzrət İmam Sadiqə (ə) sual verirlər: “Siz bütün bu xəlqi insan kimi görürsünüzmü?”. İmam (ə) buyurur: “İnsanların bu bir neçə dəstəsini kənara qoyun. 1. O kəs ki, misvak etməz. 2. O kəs ki, dar yerdə ayaqlarını açıb əyləşər. 3. O kəs ki, ona aid olmayan işə qarışar. 4. O kəs ki, elmi olmayan şeyə görə mübahisə edər...

Ardını oxu

Dörd səma kitabından dörd nəsihət

İlahi seçilmiş 4 kitabın dörd nəsihəti: Tövrat: Sükut bəladan nicat tapar, İncil: Qaneçilik toxluq gətirər, Zəbur: Şəhvətlə mübarizə bəladan saxlayar, Quran: Təvəkkül Allahın himayəsin qazandırar.

Ardını oxu

Əhli-Beytdən (ə) əxlaqi seçmə hədislər

Həzrət Əli (ə) buyurur: “Büdrəməmək üçün əvvəlcə düşün, sonra danış.” Həzrət Əli (ə) buyurur: “Az tapılır ki, insan qarınqulu olduğu halda, xəstələnməsin.” Həzrət Əli (ə) buyurur: “Hər kəsin dəyəri onun biliyi qədərindədir.” İmam Sadiq (ə) buyurur: “Başqasının sirri üzərindən pərdəni götürənin öz evinin sirləri aşkar olar.”

Ardını oxu

Əmirəl-mömininin (ə) Kumeyl ibn Ziyada nəsihətləri

İmam Əlinin (ə) Kümeylə tövsiyələri: ◘Ey Kumeyl! Elə bir elm yoxdur ki, mən onu bilməmiş olum və agah olmadığım heç bir sirr yoxdur. ◘Ey Kumeyl! (Ali-İmran surəsinin 34-cü ayəsində olan) Əhli-beyt (ə) və imamət silsiləsindən olanlar elə bir nəsil və elə bir övladlardır ki, onlardan bəziləri bəzilərinin övladlarıdır, Allah eşidən və biləndir. ◘Ey Kumeyl! Bizdən başqa heç kəsdən dini və elmi məsələ, yaxud hədis öyrənmə ki, həmişə bizdən olasan!

Ardını oxu

Peyğəmbərin (s) nəhy etdikləri

Həzrət Peyğəmbərin (ə) nəhy etdiyi əməllər: 1.Cənabət halında yemək yemək. 2. Hamamda misvak etmək. 3. Ağızın, yaxud burunun suyunu məsciddə yerə atmaq. 4. Məscidləri yol üstü keçid vasitəsi kimi istifadə etmək. Həzrət (s) buyurub: ”Yolunuzu məscidlərdən salmayın. Əgər belə etsəniz, orada iki rükət namaz qılıb sonra oradan çıxın.” 5. Meyvə ağacının altına bövl etmək. 6. Sol əllə yemək yemək...

Ardını oxu

Allah yanında xoşagəlməz əməllər... məsumlardan hədislər

Allah-Taalanın narazılğına səbəb olan əməllər -Həzrət (s) başqa yerdə buyurur: “Allah Təala yanında heç bir şey paxıllıqdan və pis danışmaqdan (söyüş söyməkdən) mənfur deyildir. Sirkə balı xarab etdiyi kimi, imanı məhv edər”...

Ardını oxu

İmam Əlinin (ə) nəsihət eşitmək istəyənə nəsihəti

İmam Əlidən (ə) buyurur: Günahkar insan belə düşünər: Günahlarının çoxluğundan ölümdən çəkinər, ürkər; ölümdən özünü ürküdən şeyi etməkdən əl çəkməz. Xəstələnərsə peşmançılığa düşər; yaxşılaşarsa peşmançılığını unudar. Dinclik tapanda, nemət əldə edəndə məğrurlaşar; bəlaya uğrayanda ümidini kəsər, pərişan olar. Bəlaya düşəndə aciz qalar, duaya qapılar; fərəhli günlərə qovuşarsa, özünə güvənər, əczini unudar...

Ardını oxu

Аilә övlаdа görә günаh

Аilә övlаdа görә günаh: Qiyаmәtdә insаn öz аilә-övlаdındаn vә yахınlаrındаn kiçik bir sаvаb istәdikdә rәdd cаvаbı аlır.

Ardını oxu

İslam Peyğəmbərindən (s) əxlaqi göstəriş və ibrətli kəlamlar.

Həzrət Peyğəmbərdən (s) ibrətli kəlamlar: -Bilin ki, dünya evində möminlik və zahidlikdən başqa bir yolla onun zərərlərindən salamat qalmaq olmaz və onun (dünyanın) yemi olanlar, ondan nicat tapmaz. -Bilin ki, sizin qiymətiniz, dəyəriniz behiştdən başqa bir şeyə dəyməz, məbada özünüzü ondan başqa bir şeyə satasınız.

Ardını oxu

Azğınlarla ünsiyyətin mənfi təsiri

Azğınlarla ünsiyyətin mənfi təsiriBəli, saleh olmayan insanlarla yaxınlıq Allahı unutdurur, insanın əqidəsini süstləşdirir. Zəif iradəli insanlar yaxınlıq etdikləri fərdlərin rəngini götürür, onlarla həmxasiyyət olur. Belələri hər ünsiyyətdən sonra başqalaşır. Amma unutmamalıyıq ki, şəxsiyyətli və iradəli insanlar da büdrəmədən amanda deyil. Onlar da günahkarlarla ardıcıl ünsiyyətdə olduqda tədricən təsirə məruz qalır.

Ardını oxu

Bu günahı tərk etmək 10 min rəkət namazdan daha dəyərlidir!

Qeybəti tərk etmək, 10 min rükət namazdan daha yaxşıdır. -Hədislərdə oxuyuruq ki, əgər bir məclisdə kiminsə qeybəti edilirsə, insan abırı gedən o bəndəni müdafiə etməzsə, Allah həm dünyada və həm də axirətdə onu zəlil edər.

Ardını oxu

Gözəl əxlaqın 10 komponenti

İ. Sadiq (ə) buyurur: “Gözəl əxlaq 10 şeydir: 1. Allah yolunda sadiq və şücaətlə vuruşmaq. 2. Düz danışmaq. 3. Əmanətdarlıq. 4. Sileyi-rəhm. 5. Qonağa qulluq etmək. 6. Yoxsula yemək vermək. 7. Yaxşılıqların əvəzini vermək...

Ardını oxu

İnsana xas 4 çox qorxulu xəstəlik

Bəzi qəlb xəstəlikləri vardır ki, ancaq insana xasdır və bu xəstəlikləri tanıyaq: 1-Küfr, 2-Nifaq, 3-Şirk və 4-Şəkk.

Ardını oxu

Göz yalnız baxmaqla ibadət edə bilər!

Gözün ibаdәti: Alimin üzünə məhəbbətlə baxmaq ibadətdir. “Еy Pеyğәmbәr! Mömin kişilәrә dе ki, gözlәrini hаrаm еdilmiş şеylәrdәn çеvirsinlәr (nаmәhrәmә bахmаsınlаr), аyıb yеrlәrini (zinаdаn) qоrusunlаr. Bu оnlаrın pаklığı üçün dаhа yахşıdır. ”Nur, аyә: 30-31.)

Ardını oxu

Dini baxımdan insanın əsl dost və düşməni kimlərdir?

İnsanın əsl dost və düşməni Tuhaful-Uqul əsərində İmam Rzadan (ə) nəql edilən hədisdə belə təsvir edilir: "Hər kəsin dostu onun ağlı hər kəsin düşməni onun nadanlığıdır"

Ardını oxu

Günahkarlarla yoldaşlığın məzəmməti haqqında hədislər

Açıq aydın Allaha üsyan edənlərlə dostluğun məzəmməti haqqında rəvayət: = İmam Sadiq (ə) buyurmuşdur: “Allaha qarşı itaətsizliyə yol verilən və söhbəti dəyişmək imkanı olmayan məclisdə əyləşmək mö`minə yaraşmaz”

Ardını oxu

Ayətullah Qərəhi: Həyalı adamın nişanələri

Həya ağılın nişanələrindədir. Əsl ağıllı adamlar həyalı insanlardırlar.!

Ardını oxu

İmam Əli (ə) buyurur: 5 şəxsə beş xasiyyətin daha yaxşı yaraşar.

Həzrət Əmirəl möminin buyurub: Beş şey yaxwıdır, lakin beş şəxsdə baş versə daha yaxşi olar: 1.Ədalət padişahlardan baş versə daha yaxwi olar. 2. Səbr yoxsullardan baş verdikdə daha yaxşı olar. 3. Səxavətlilik varlilardan baw verdikdə daha yaxşıdır. 4. Tövbə cavanlardan baş versə daha yaxşıdır. 5.Həya qadinlardan baş versə daha yaxşı olar.

Ardını oxu

Atanızdan halallıq alın

Ata-anaya yaxşılıq etmək heç bir şərtlə yanaşı qeyd olunmur. Valideynə hörmət ümumi bir göstərişdir. Hətta, əgər ata-ana kafir olsalar belə onların hüququna riayət olunmalıdır. Xüsusilə də qocalıq çağlarında onların əlindən tutmaq tapşırılır.Valideynin üzünə ağ olmaq böyük günahlardan sayılır və bağışlanılmazdır.

Ardını oxu

İmam Rzanın (ə) misilsiz əxlaqından götürə biləcəyimiz nəcib xüsusiyyət

İmamın (ə) əxlaqından ən azı 5 ibrət götürə bilərik: 1. Başqalarına zülm etməmək. 2. Ehtiyac sahiblərinin ehtiyaclarına diqqət etmək. 3. Ədəbli olmaq. 4. Təvazökar və sadə insan olmaq. 5. Allah Təalaya diqqət etmək və Allah bəndəsi olmaq.

Ardını oxu

Dünyadan faydalanmaz hər kimdə bu 5 xasiyyət olmazsa!

İmam Hüseyn (ə) buyurdular: "Hər kimdə bu 5 xasiyyət olmazsa dünya və yaşayışından bəhrələnməz: 1-Əqllə yaşamazsa, 2-Dindar olmazsa, 3-Ədəbli olmazsa, 4-Həya olmazsa. 5-Xoş əxlaqlı olmazsa. (Bihar əl-Ənvar, cild: 87, səh: 21).

Ardını oxu

Mərhum Müctəba Tehraninin (r) Allah-Taala qarşısında həya barədə açıqlaması

Mərhum Müctəba Tehrani (r) buyurur: İnsan bəzən yaxın, bəzən uzaq adamdan çəkinir. Münasibəti təyin edən qarşı tərəfin pis işə reaksiyasıdır.

Ardını oxu

Ata-anaya nə zaman itaət etmək vacib deyil?

Qurani-kərimdə oxuyuruq: «Əgər valideynlərin bilmədiyi bir şeyi Mənə şərik qoşsalar, onlara itaət etmə». Həzrət Əli (ə) «Nəhcül-bəlağə»də buyurur: «Allaha üsyan etməklə, bəndəyə itaət etmək olmaz».

Ardını oxu

Həyat yoldaşına əziyyət haqda məsumlardan bir neçə hədis:

Həzrət Peyğəmbər (s) buyurur: "Dili ilə ərini incidən qadını əri bağışlamasa, onun tövbəsi, fidyəsi, xeyir əməli qəbul olmaz. Ərini incidən qadın gündüzləri oruc tutub, gecələr ibadətə məşğul olsa, qulları azad etsə, Allah yolunda cihada yaxşı atlar bağışlasa belə, cəhənnəm oduna birinci daxil olar. Qadınına zülm edən kişinin də aqibəti belədir."

Ardını oxu

Allah Quranda müsəlmanı necə tanıtdırır?

Qurani-Kərimin baxışında müsəlman şəxsin xasiyyətləri: 1-Təvazökar, 2-Baqışlayan, 3-Boş şeylərdən uzaq durarlar, 4-Valideyinlərinə of deməzlər. 5-İnanclarından tənə sözlərə görə ələ çəkməzlər. 6-Əhdlərinə vəfalıdırlar...

Ardını oxu

Allah dərgahında ən böyük və gizli günahlardır bunlar!!

Allah-Taala dərgahında ən böyük və gizli günahlar: 1-Haqqı tapdayıb məzlumun haqqı gizlətmək, 2-İlahi dində olmayanı ilahi əmr və nəhy olaraq üzərə çıxarıb yaymaq. Bu iki günah ən böyük günah hesab olunur çünki hər ikisində kütlə və nəsllərin ilahi yoldan azmaq imkanı yaratmağa gətirib çıxarır.

Ardını oxu

Küsən zaman necə rəfar etmək daha məsləhətlidir?

Küsən zaman qarşı tərəflə bu cürə rəftar edin: 1-Səbr etməyi bacarın, 2-Rabitə tərzinizi dəyişin, 3-Məntiqli olmağa çalışın, 4-Özünüzdən tez çıxmayın, 5-Qulaq asmağa çalışın, 6-Xanımlar, küsməyin, 7-Barışmağın zamanını düzgün seçin.

Ardını oxu

Xoş əxlaqlı olmağa tərəf addımlayaq

Xoş əxlaqlı olmaq üçün atacağımız ilk addım - özümüzün bunu istəməyimizdir. Xoş əxlaqlı olmaq elə də sadə bir iş deyildir. Ancaq insan ürəkdən istəsə və bunun üçün səy göstərsə, əldə edə bilər. Xoş əlxaqlı olmağa tərəf addım-addım getməyə çalışaq.

Ardını oxu

Həzrət Məhəmməddən (s) nadir və bənzərsiz hikmətli kəlamlar

Peyğəmbər (s) buyurur: 1-Quran (bəşəriyyətin dərdinə) dərmandır. dua ibadətin həqiqətidir. borc zillətdir. tədbir həyatın yarısıdır. 2-Ağılın afəti səfehlikdir. ibadətin afəti süstlükdür. şücaətin afəti zülm etməkdir. səxavətin afəti minnət qoymaqdır. gözəlliyin afəti özünübəyənmə və təkəbbürdür.

Ardını oxu

Qadında Bəyənilən Sifətlər

İmam Əli (ə) buyurur: Qadınlar təkəbbürlü olmalı iffətlərini qorumaq üçün, paxıl olmalı ərini qorumaq üçün və qorxaq olmalı hiyləgərlərin fitnəsindən ehtiyat edib fəlakətdən qorunmaq üçün...

Ardını oxu

Tövbə edən zaman bu 6 şərtə diqqət yetirmək lazımdır.

Tövbənin qəbul olunması insanın daxili-zahiri, şəxsi və ictimai həyat tərzinin yaxşı tərəfə dəyişməsi ilədir.

Ardını oxu

Arif şəxsin həyat tərzi İmam Sadiqin (ə) hədisində:

İmam Sadiqdən (ə) bir hədisdə belə nəql olunur: “Arif, o şəxsdir ki varlığı insanlarladır, amma qəlbi Allahla, qəlbi Allahdan uzaq düşəndə canının fəda olmasını istəyər ki yenə Ona qovuşsun...

Ardını oxu

Həzrət İsa ibn Məryəmdən (ə) hədis

Həzrət İsa (ə) diriltdiyi cavandan qəbr aləmindən soruşdu? Dedi: Elə ki, qəbrin üstünü örtdülər, Allah məmurları sual-cavab üçün yanıma gəldilər. Suallarına cavab verə bilmədikdə mənə elə bir taziyanə vurdular ki, qəbrimi od bürüdü. İndi neçə min illər idi ki, bu taziyanənin odunda yanmaqdaydım.

Ardını oxu

Uşaqların 5 ibrətli xüsusiyyətləri bizlərdə olsa gözəl olar

Həzrət Peyğəmbər (s) uşaqlarda 5 xüsusiyyət böyüklər üçün yaraşıqdır: 1- Onların qəlbləri sınıqdır, tez ağlıyırlar. Mömin də bir günahına tez sınmalı. 2- Onlar torpaqla oynayarlar. Torpaq təvazökarlığın əlamətidir. 3- Bunlar dalaşırlar ama qəlblərində kin küdurət yoxdur. 4- Zəfirə eləmirlər yəni nəyisə özlərində saxlamırlar. Yəni həris deyillər o şeyə bağlı deyillər. 5- Onlar nə isə tikərlər məhs torpaqdan, oyuncaqlardan nə isə tikərlər sonra vurub dağıdırlar. Yəni dünyaya bağlı insan deyillər.

Ardını oxu

Mömində bəyənilən 3 xüsusiyyət

İmam Əli (ə)-ın söylədiyi bir fərmayişi diqqətlə oxumaq ibadətin mənasını yaxşı başa düşərik.Belə buyurub: "Bütün xeyirli işlər bu üç xüsusiyyətdə cəm olub: Baxışda, sakit qalmaqda, danışmaqda;hər bir baxış ibrət almaq üçün olmazsa xətadır;hər bir sükutluq düşüncəsiz olsa qəflətdir; hər bir danışmaq Allahı xatırlamazsa faydasızdır. Xoş olsun o şəxsin halına ki, baxışı ibrət almaq, sükutu düşüncəli, danışığı Allah zikri ola. Etdiyi xətalara, günahlara görə ağlayar...

Ardını oxu

Yer üzərində yol gedən ən pis insandır bu şəxs!

Həzrət Peyğəmbər (s) buyurur: "Sizləri özünüzün ən pisi ilə agah edimmi?". Deyirlər ki, bəli. Buyurur: "Onlar ki, söz gəzdirməyə gedirlər və dostlar arasına ayrılıq salırlar və pak insanlar üçün eyb axtarırlar".

Ardını oxu

Möminliyin zirvəsi bu 20 sifətlə tamamlanar!

Möminliyi kamilləşdirən sifətlər: - namaz cərgəsində hazır olar; - zəkatı verən zaman tələsər; - yoxsullara yemək verər; - yetimin başına lütf əlini çəkər; - dırnaqlarını pakizə edər; ...

Ardını oxu

Peyğəmbər (s) buyurur: 4 yaxşılıq heyif olar, və xeyri yoxdur.

Dörd yaxşı əməli etmək faydasız olar: 1- Doyandan sonra yeməyə davam etmək, 2- İşıqlı gecədə çırağ yandırmaq, 3- Daş-qalaqlı yerdə əkinçiliklə məşğul olmaq, 4- Layiqli olmayan şəxsə yaxşılıq etmək.

Ardını oxu

Peyğəmbərin (s) hədisində cahil insanın 10 əlaməti

Peyğəmbər (s) buyurur: Cahil insanın nişanələridir bunlar: 1-Hər kimlə oturub-dursa ona zülm edər, 2-Onun ixtiyarına işləyənlərin haqqına keçər, 3-Vəzifədə ondan üstün onlara qarşı tərbiyəsizlik edər, 4-Fikirləşib-ölmədən danışar, ...

Ardını oxu

Verdiyin sözü yerinə yetir!

İslam Peyğəmbəri (s) buyurmuşdur: "Hər kəsdə üç xüsusiyyət olsa, o, münafiqdir - hətta namaz qılıb oruc tutsa, özünü müsəlman bilsə də: onu əmin bildikləri halda xəyanət edər, ağzını açanda yalan danışar, verdiyi vədə vəfa etməz.”

Ardını oxu

İslamda müsəlmana əməli vacib olan iyirmi haqlar

İslam dinində müsəlman şəxsin əməl etməsi vacib edilən iyirmi haqlar: 1-Övladın haqqı: Onun düzgün tərbiyə olunması və ibadətə meyillənməsi üçün kömək etmək. 2-Qardaşın haqqı: Qüdrətin olduğunu düşünərək ona kömək etməyə çalışmaq, 3-Sənə yaxşılıq edən şəxsin haqqı: Onun ehtiyacı olduğu zaman köməyini əsirgəməmək,

Ardını oxu

İslam maarifində gələn 20 haqq

İslamda insan boynuna təyin olan varlıqların haqqları: 1-Allahın haqqı: Ona ixlasla ibadət etmək. 2-Nəfəs çəkməyin haqqı: Allaha itaət etməkdir, 3-Qulağın haqqı: Qeybət eşitməmək və hikmətli sözlərə qulaq asmaq, 4-Dilin haqqı: Haram sözlər deməkdən çəkinərək ilahi kəlamları oxumaq,

Ardını oxu

İslamda pak gözün dəyəri

Məsumların hədislərində gəlmişdir: -“Gözdən nankoru yoxdur. İstədiyini verməyin ki, sizi Allahın zikrindən uzaqlaşdırar.” - “Kim naməhrəmlə zarafat etsə zarafat zamanı dilə gətirdiyi hər sözə görə 1000 il cəhənnəmdə həbs olunar.”

Ardını oxu

Bir şey haqda bilimli deyilsənsə susmağın daha doğru olar!

Sükut etməyin faydaları: 1-Sükut həqiqət əhlinin məsləki, dünyanın sabit və dönməz həqiqətlərinə bəsirət gözü ilə baxanların şüarıdır. 2-Sükut hər növ rahatlığın açarı, dünya və axirətin asayişidir. 3-Sükut Allahın razılığına səbəb olur.

Ardını oxu

Ən xoşbəxt və ən bədbəxt insanın müəyyən edilməsi meyarları

Bədbəxt insan İmam Sadiqin (ə) hədisində: “Dünyaya həris olan insanın əhvalatı barama qurdunun əhvalatı kimidir. Hər nə qədər ətrafını hörərsə, bayıra çıxması çətin olar, o zamana qədər ki, qəm və qüssədən ölər”.

Ardını oxu

Yaxşı və pis kin deyəndə nə başa düşülür?

Yaxşı kin Allahın düşmənləri ilə pis olmaq, Pis kin isə Allaha iman gətirən qardaş və bacılarla əlaqəni kəsməkdən ibarətdir.

Ardını oxu

Etdiyin günahları məhv etmək istəyirsənsə İmam Rizanın (ə) tapşırıqlarına əməl et!

Salavat. İmam Rza (ə) buyurur: “O kəsin ki, günahlarının kəffarəsini verməyə qüdrəti yoxdur, Peyğəmbərə (s) çoxlu salavat göndərsin. Çünki bu əməl günahları məhv edər”.

Ardını oxu

Müsəlman xanımsansa bunu bilməlisən?

-Bir qadın üçün ən xeyirli yer evinin içidir. -Bir qadın üçün ən müqəddəs vəzifə analıqdır. -Bir qadın üçün ən təhlükəsiz yer yuvasıdır. -Bir qadın üçün ən gözəl yoldaş Allah üçün yaşayan ərdir.

Ardını oxu

Yemək yeməyin qaydaları haqqında İslamın tövsiyələri

Allah-Təala Musa (ə)-a xitab edərək buyurdu : Ey Musa ! Qövmünə de ki, yeməkdən əvvəl və sonra duzdan isdifadə etsinlər . Belə etməklə onlar bir çox xəstəlikləri özlərindən dəf etmiş olarlar.

Ardını oxu

3 bəladan xilas olmağın yolları

Peyğəmbər (s) buyurur: "3 sifət vardır ki, heç kəs ondan xilas olmaz: sui-zənn, fal və həsəd. Sizə onlara giriftar olmamağın yollarını deyəcəyəm. Nə zaman bədgüman etdin, ona əməl libası geyindirmə. Nə zaman pis fal etsən, ona heç bir etina etmə. Nə zaman həsəd aparsan, o şəxslə bağlı zülm etmə və haqqına təcavüz etmə".

Ardını oxu

Yetimə edilən yaxşılığın böyük mükafatları

Əhli-Beytdən (ə) nəql edilir: “Dörd şey vardır ki, hər bir müsəlmanda olarsa, Allah ona ən şərəfli yerdə yer verər: O kəs ki, yetimə pənah verər və ona sevgi ilə baxar. Ona qarşı mehriban ata olar. O kəs ki, zəifə rəhm edər və ona yardım edər. O kəs ki, ata və anasının xərcini verər və onlarla mehriban olar. Hər ikisinə yaxşılıq edər və onları qəmgin etməz. O kəs ki, xidmətçisinin, nökərinin, kənizinin haqqına təcavüz etməz. Ona yardım edər və ona gücü çatmayan işi verməz”.

Ardını oxu

İnsan ruhunun rahatlığı üçün Peyğəmbərdən (s) 3 əxlaqi göstəriş:

İnsan ruhuna təskinlik verən 3 əxlaq: 1-Diqqətli namaz qılmaq, 2-Düşünmüş söz danışmaq, 3-Başqalarının malına tamah salmamaq.

Ardını oxu

Cəmiyyətdə əxlaqi problemlərin səbəbləri

Müsəlmanlar əxlaqi problemlər yaşayırlar. Səbəbləri: 1-Maarifsizlik, 2-Qərb mədəniyyətinin hücumu. 3-Dünya məhəbbəti, 4-Ədəbsizliyin geniş yayılması....

Ardını oxu

Zarafat etməyin, gülməyin, danışmağın və qulağa söz deməyin ədəb və qaydaları haqqında.

Əli (ə) buyurur: "Yersiz zarafat edib qəh-qəhə çəkib gülməyin. Bu şeytani xislətlər insanın iman və mənəviyyatına xələl gətirər.”

Ardını oxu

İmam Cavad (ə)-dan 12 əxlaqi göstəriş

İmam Cavad (ə)-ın əxlaqi göstərişlərindən seçmələr: 1-Düşməninlə böyüklüklə rəftar et ki tez qələbə çalarsan, 2-Dostuna hədiyyə etmək istəsən heç bir şeyi əsirgəmə, amma sirlərindən müğayat ol. 3-Mömin şəxsin izzəti onun başqalarından asılı olmamasındadır,

Ardını oxu

İmam Səccadın (ə) əxlaqi göstərişlərindən bir neçə nümunə

İmam Səccadın (ə) əxlaqi göstərişlərindən bir neçə seçmə hədislər: 1-Yersiz gülmək ağlın naqislik əlamətidir, 2-Böyüklərinizə hörmət edin ki, körpələriniz də sizin böyüklüyünüzü qorusunlar,

Ardını oxu

Əxlaqi fəzilətlərə çatmağın yolları hansılardır?

Əxlaqi fəzilətlərə çatmağın yolları: 1. Qəflətdən ayılmaq. 2. Elm və imanı gücləndirmək. 3. Ağıldan yardım almaq. 4. Əməlin nəticələrinə diqqət etmək.

Ardını oxu

Mənəvi həddi-büluğa çatmağın 14 yolu

İnsan 14 yolu keçərək mənəvi həddi-büluğa çata bilər: 1. Görmək. Təfəkkürlə bağlıqlar haqda düşünmək, 2. Eşitmək. Haqqın səsini eşitməyə çalışmaq, 3. Qalmaq. İnsanın qədəm basdığı hər yol onu hədəfinə çatdırmalıdır. 4. “Mən” deməmək. 5. görməmək…

Ardını oxu

Həzrət Əlidən (ə) nəsihətli kəlamlar

İmam Əli (ə) buyurur: "Camaatla düşmənçilik etməkdən çəkinin. Əgər düşmən ağıllı olsa məkr və hiyləyə əl atar. Yox əgər nadan olsa ləyaqətsiz işlərə əl atar" ...

Ardını oxu