Gündəlik vacib namazların nafilələri necə qılınır?

Gündəlik namazlar: Hər bir müsəlman üçün vacibdir ki, gündəlik 17 rəkət vacib namazlarını qılsın. Əgər tərk etsə Allah qarşısında günahkar və qılmadığı namazların qəzasını qılmalıdır. Gündəlik vacib namazlardan əlavə hər 5 namaz üçün Məsumların hədislərində nafilə (müstəhəb) namazlar deyilmişdir. Gündəlik namazların nafilə namazlarının qılınma qaydası: -Sübh namazı üçün 2 rəkət müstəhəb namaz qılınması sübh namazından qabaq deyilibdir. -Zöhr namazı üçün nafilə namaz olaraq qeyd olunan 8 rəkət iki rəkətli namaz gəlmişdir. vacib zöhr namazından öncə bu müstəhəb namazlar qılınar.. -Əsr namazının da nafiləsi eynən zöhr namazının nafiləsi kimi yerinə yetirilir. Şam-(Məğrib) namazının müstəhəb nafilə namazı 4 rəkət iki namaz şəklində qılınır məğrib namazından sonra. - İşa namazının nafiləsi isə vacib namazdan sonra oturaraq 2 rəkətdir. Rəvayətlərdə: Nafilə namazları arasında Sübh və işa namazının nafilələrinin daha çox savablı olduğu deyilir. Yusif Əliyev.

baxılma sayı: 1335