Cümə gününün duası

Tərcüməsi Həmd-səna varlığın həyatdan öncə başlanğıcı, mövcudların fənasından sonra sonu olan Allaha məxsusdur! O elə bir alimdir ki, Onu yada salanı yaddan çıxarmaz, şükür edənə nemətini əskiltməz, Onu çağıranı naümid etməz, ümid edənin ümidini qırmaz. Allahım, mən Səni şahid tuturam və Sənin şahidliyin bəs edər; şahid tuturam mələkləri, səma sakinlərini, ...

Ardını oxu

Cümə axşamının duası

Tərcüməsi Həmd-səna öz qüdrəti ilə gecənin qaranlığını aparıb, öz rəhməti ilə gündüzün nurunu gətirən Allaha məxsusdur və Onun nemətlərinə qərq olduğum halda, gündüzün nuru məni əhatə etdi. Allahım, məni bu günədək qoruduğun kimi sonrakı günlərdə də qoru! Salam yetir Məhəmməd və onun Əhli-beytinə! Bu gündüz və gecə, sonrakı günlər haram işlərə əl uzatdığıma və günahlarıma görə məni cəzalandırma.

Ardını oxu

Çərşənbə gününün duası

Tərcüməsi Həmd olsun (insanlar üçün) gecəni libas, yuxunu asayiş, gündüzü təlaş və hərəkət səbəbi qərar verən Allaha! Sitayiş Sənə məxsusdur ki, məni yataqdan qaldırdın və istəsəydin yuxumu həmişəlik edərdin; elə bir sitayiş ki, daimidir, qırılmazdır və insanlar onu hesablaya bilməz. Sitayiş Sənə məxsusdur ki, yaratdın, ödədin, ölçüyə saldın, ötürdün, öldürdün, diriltdin,...

Ardını oxu

Çərşənbə axşamının duası

Tərcüməsi Həmd Allaha məxsusdur və Ona layiq olduğu kimi Onun çoxluca haqqıdır. Sığınıram Allaha öz nəfsimin şərindən – həqiqətən nəfs pisliyə sövq edir, yalnız Allahın rəhm etdiyindən başqa! Sığınıram Allaha günah üstə günah artıran şeytanın şərindən; Ona sığınıram hər günahkar asinin, sitəmkar hakimin və qəzəbli düşmənin şərindən!

Ardını oxu

Bazar ertəsinin duası

Tərcüməsi Həmd-səna göyləri və yeri yaradanda kimsəni şahid göstərməmiş, canlıları xəlq edəndə özünə köməkçi tutmamış Allaha məxsusdur; məbudluğunda şəriki yoxdur, birliyində kömək göstərilməz, Onun vəsfində dillər laldır, Onun zatını tanımaqda ağıllar acizdir, günahkarlar Onun heybəti qarşısında əyilmiş, çöhrələr Onun qorxusundan şaşırmış, bütün böyüklüklər Onun əzəməti önündə ram olmuşdur. Beləcə, davamlı, möhkəm həmd-sənalar Sənə məxsusdur (ya Rəbb)! ...

Ardını oxu

Bazar gününün duası

Tərcüməsi Yalnız fəzlinə ümid etdiyim, yalnız ədalətindən qorxduğum, bir Onun dediyinə etimad göstərdiyim, bir Onun (ixlas və bəndəçilik) ipinə sarıldığım Allahın adı ilə! Ey əfv və razılıq sahibi, Sənə sığınıram (insanlar tərəfindən) sitəm və düşmənçilikdən, dövrün keşməkeşlərindən, ard-arda düzülən qəmlərdən, gecənin acı hadisələrindən, hazırlaşmamış və azuqə toplamamış ömrün başa çatmasından; mənim xeyir və islahımla bağlı göstərişi yalnız Səndən istəyirəm; ...

Ardını oxu

Şənbə gününün duası

Tərcüməsi Pənah aparanların sözü və danışığı olan Allahın adı ilə! Sitəmkarların zülmündən, həsəd aparanların pis fikrindən, zalımların düşmənçiliyindən uca Allah pənah aparır və sitayiş edənlərin sitayişindən üstün bir sitayişlə Ona sitayiş edirəm. Allahım, Sənsən şəriksiz yeganə, ehtiyacsız padşah! Sənin fərmanın qarşısında ziddiyyət olmaz, hakimiyyətində keşməkeş baş verməz, Səndən istəyirəm salam yetirəsən bəndən və rəsulun Məhəmmədə!

Ardını oxu

İbadət əhlinin bəndəlikdə 7 səhv düşüncəsi VİDEO

İbadət əhlinin bəndəlikdə 7 səhv düşüncəsi VİDEO Mərhum Nəraqi ibadət əhli arasında da təkəbbürə düçar olanları 7 dəstəyə bölərək, bizə tanıtmışdır. 1-Dəstəmaz alarkən vəsvəsə etməsi ki israfa çatdırar, 2-Namazda səhv düşüncə sözləri təkrarlamaq ki, namazın əsl hədəfindən uzaqlaşdırar, 3-Oruc tutmaq səhv, bədən üzvlərini günahdan qorumamaq...

Ardını oxu

İbadətə maraq yaradan səbəblər: VİDEO

Ustad Qəraəti: Necə ibadət edək ki, maraq və istəyimiz artsın: 1-Mərifətlə ibadət etmək, 2-İbadətdə təravətləri qorumaq, 3-İbadətdə ixlaslı qorumaq, 4-Davamlı ibadətlərlə məşğul olmaq...

Ardını oxu

Namazın vacib hissələri 11-dir! VİDEO

Namazın vacib hissələri on birdir: 1. Niyyət; 2. Qiyam, yə’ni ayaq üstə durmaq; 3. Təkbirətul-ehram, yə’ni namazın əvvəlində «Allahu Əkbər» demək; 4. Rüku; 5. Səcdələr; 6. Qiraət; 7. Zikr; 8. Təşəhhüd; 9. Salam; 10. Tərtib; 11. Muvalat, yə’ni namazın hissələrinin ardıcıl, fasiləsiz olmasını qorumaq

Ardını oxu

Ayat namazının qılınma qaydası VİDEO:

Bu namaz imamın hüzuru dövründə vacibdir və camaatla qılınmalıdır. Amma imam qeybdə olduğu vaxt bu namaz müstəhəbdir və həm camatla, həm də fərdi qılına bilər. Fitr və qurban bayramı namazlarının vaxtı günəş doğandan günortayadəkdir...

Ardını oxu

Namazın simvolları

Namazın simvolları Xanım Ellada Yusubovanın çıxışında Gürcüstan Müsəlman qadınları İcmasının üzvü...

Ardını oxu

Haci Ehliman 2017 - Namaz yoxsa iftar

Axşam namazı və iftar süfrəsi haqqında Hacı Əhlimanın gözəl çıxışı....

Ardını oxu

Əxlaq ustadı Ayətullah Müctəhidinin son namazı və son sözü

Ayətullah Müctəhdi (r) buyurur: İnsanı əməlləridir ki qiyamətə qədər onunladır! Təqva ən gözəl puxçadır ki insana ölüm zamanı lazım olur...

Ardını oxu

Qüsl barəsində məlumat və onun hökmləri

Vacib qüsl 7 qismdir: 1-Cənabət qüslü, 2-Meyyit qüslü, 3-Məsi meyyit qüslü, 4-Nəzr, əhd və and qüsulları. Bu 4 dəstə qüsullar həm qadına həm də kişiyə aid edilir. 5-Nifas, (övladın dünyaya gəlişi zamanı vacib olan qüsl) 6-İstihazə qüslü, 7-Heyz qüslü (aybaşı qüsl)

Ardını oxu

Namazı hansı əməllər batil edər.

Namazı batil edən 7 əməl haqqında izahatlar. Video.

Ardını oxu

Dəstəmazı düzgün almağın qaydası - Kerbelayi Mubariz

Cəfəri məktəbinin şəriətinə əsasən əyani şəkildə dəstəmaz almağın qaydalarının izahı. Video:

Ardını oxu

Sübh namazı

Sübh namazının qılınma qaydası. Video

Ardını oxu