Peyğəmbərdən (s) mömin üçün 30 özəllik

Peyğəmbərdən (s) mömin üçün 30 özəllik

1. Möminin xərci azdır. 
2. Mömin ayıq-sayıq və zirəkdir. 
3. Mömin ülfət və səmimiyyət əhlidir. 
4. Mömin o kəsdir ki, camaatın malı və canı ondan amanda olsun. 
5. Möminlər bir tikilinin tərkib hissələri olduqları üçün bir-birlərini saxlayırlar.

6. Möminin möminə nisbəti, başın bədənə nisbəti kimidir. 
7. Mömin qiyamət günü öz sədəqəsinin kölgəsi altındadır. 
8. Möminlər güzəştə gedən və yumşaq təbiətlidirlər. 
9. Qış möminin baharıdır. (Ona görə ki, qışın gecələri uzun olduğu üçün ibadət etməkdən ötrü, gündüzləri də qısa olduğu üçün oruc tutmaqdan ötrü münasibdir.)

10. Dua möminin silahıdır. 
11. Namaz möminin nurudur. 
12. Dünya möminin zindanı, kafirin behiştidir. 
13. Hikmət möminin itkisidir. 
14. Möminin niyyəti əməlindən üstündür.

15. Dilənçi Allahın möminin evinə göndərdiyi töhfədir. 
16. Ölüm möminin ərməğanıdır. 
17. Möminin şərəfi onun gecə namazı ilədir. 
18. Möminin izzəti camaata möhtac olmamağı ilədir. 

19. Elm möminin dostudur. 
20. Helm (həlimlik, yumşaqlıq) möminin köməkçisidir.
21. Əql möminin yolgöstərənidir.
22. Əməl möminin bələdçisidir. 

23. Xoşrəftar olmaq möminin atasıdır.
24. Yaxşılıq möminin qardaşıdır.
25. Səbr möminin bütün qoşununun əmiridir.
26. Yaltaqlıq mömin xüsusiyyəti deyil.
27. Mömin bal arısına bənzəyir; pak qidalar yeyər və pak bəhrələr verər.

28. Mömin ehtiyatı əldən verib qəflətə düşməz.
29. Möminnin hekayəti küləyin yolu üstündə duran sünbülə bənzəyir. Gah yıxılır, gah durur (Mömin dövranın fitnələri nəticəsində titrəyib büdrəyir, lakin sınmır; yenidən hərəkət edir).

30. Ey Əli! Mömin dünyada üç şeylə şad olar; qardaşların görüşü ilə, oruc tutanda iftar zamanı və gecənin axırında etdiyi ibadətlə./nur-az

baxılma sayı: 182