Dua və dua etmək imkanının bir nemət olması!

Dua bir nemətdir. Dua etmək imkanı bir nemətdir. Əmirəlmöminin (ə) İmam Həsən Müctəbaya (ə) vəsiyyətində deyir ki, yerin və göyün bütün qüdrətinə malik olan Allah-Taala sənə dua etmək, danışmaq və ondan istəmək icazəsi vermişdir: “Sənə əmr edib ki, ondan istəyəsən və O sənə əta etsin”. Allahdan bu növ istəmək və istəyi almaq rabitəsi insan ruhunun yüksəliş amili və bəndəlik ruhiyyəsinin gücləndirilməsidir.

 

 Allah-Taala da səxavətlidir, Özü ilə sənin aranda heç bir məsafə və sədd qoymamışdır. ("Bihar əl-ənvar", c. 74, səh. 205) Nə vaxt Allahla danışmağa, ehtiyacınızı söyləməyə başlasanız, Allah-Taala sizin istəyinizi və səsinizi eşidəcək. Allahla həmişə həmsöhbət olmaq, danışmaq, ünsiyyət qurmaq və ondan istəmək olar. Bu, bəşər üçün çox böyük fürsət və nemətdir.

Ayətullah Seyid Əli Xamenei

baxılma sayı: 237