Həzrət Əli (ə), verilən, sual,

Bir kişi Həzrət Əlinin (ə) yanına gəlib dedi: "Mən yeddi yüz fərsəx yol gəlmişəm ki, Sizdən 7 sual soruşum”. Həzrət Əli (ə) buyurdu: "Buyur soruş”. Həmin kişi soruşdu:

1. Səmadan daha böyük olan nədir? Həzrət (ə) buyurdu: "Günahsıza yalan bağlamaq”

2. Yerdən daha böyük olan nədir? Həzrət (ə) buyurdu: " Haqq yerdən daha genişdir.”

3. Oddan daha isti olan nədir? Həzrət (ə) buyurdu: " Hərislik oddan daha istidir.”

4. Buzdan da daha soyuq olan nədir? Həzrət (ə) buyurdu: " Paxıl adamın yanına hacət aparmaq buzdan daha soyuqdur.”

5. Dəryadan daha dərin olan nədir? Həzrət (ə) buyurdu: " Qane olan insan dəryadan daha dərindir."

6. Daşdan daha möhkəm olan nədir? Həzrət (ə) buyurdu: " Kafirin ürəyi daşdan daha möhkəmdir.”

7. Yetimdən daha zəif olan nədir? Həzrət (ə) buyurdu: " Söz gəzdirən yetimdən daha zəif və daha artıq biçarədir."/Deyerler.

baxılma sayı: 170