Rəcəb ayında oruc tuta bilməyənlər üçün zikr

Rəcəb ayının orucuyla əlaqədar çox fəzilət və savablar nəql edilmişdir. Bəzi üzrlərdən rəcəb ayının orucunu tuta bilməyən şəxslər hər gün yüz dəfə bu zikri söyləsə rəcəb ayının orucunun savabını (qismən də olsa) əldə edər:
"Subhanəl-İlahil-cəlil. Subhanə məhrum la yənbəğit-təsbihu illə ləhu. Subhanəl-əazzil-əkrəm. Subhanə mən ləbisəl-izzə və huvə ləhu əhlun."

 

Rəcəb ayında hər gün namazlardan sonra oxunan dua

Seyid İbn Tavus (r.ə) Məhəmməd İbn Zəhvandan (r.ə) belə nəql edir: "İmam Cəfər Sadiqə (ə) müraciətlə "canım sənə fəda, Rəcəb ayı daxil olub Allahın məni faydalandıracağı bir duanı öyrətməyini istəyirəm" deyəndə o Həzrət yaz deyə buyurdu:

Bismilləhir-rahmənir-rahim. Rəcəb ayının hər günündə axşam, səhər, gecə və gündüz vacib namazların ardından bu duanı oxu: "Ya mən ərcuhu li-kulli xəyir və əmənu səxətəhu ində kulli şərr. Ya mən yuti-kəsrə bil-qalil. Ya mən yuti mən səələh. Ya mən yuti ləm yəsəluhu və mən ləm yərifhu təhənunəm-minhu və rahməh. İtini bi-məsələti iyyək cəmiən xayrid-dunyə və cəmiə xayril-axirəh, vasrif ənni bi-məsələti iyyək cəmiə şərrid-dunya və şərril-axirəh. Fə-innəhu ğayru mənqusim-ma ətəytə vəzidni min fazlikə ya kərim."


Ravi belə davam edir: Sonra İmam (ə) sol əliylə saqqalını tutduğu halda sağ işarə barmağını hərəkət etdirərək bu duanı oxudu və ardından bu cümlələri əlavə etdi: "Ya zəl-cəlali vəl-ikram. Ya zən-nəmai vəl-cud. Ya zəl-mənni vət-tavl. Hərrim şəybəti ələn-nar."

baxılma sayı: 169