İxlas Quran və hədislər baxımından

Allah-taala ixlas barəsində buyurur: "Halbuki onlara əmr edilmişdi Allaha – dinlərini xalis edərək, (yalnız Allaha məxsus edərək) digər bütün batil dinlərdən islama dönərək – ibadət etsinlər...!" (“Bəyyinə”, 5.) 


Fars dilində “ixlas” məxsus qılmaq mənasındadır, yəni bir şeyi yanaşı olduğu və ya qarışdığı başqa bir şeydən paklamaq, ayırmaq. Amma burada ixlas o deməkdir ki, insanın dediyi, gördüyü hər bir iş Allah dərgahına qürbət qəsdilə, xas və xalis [şəkildə] Allah üçün olsun, belə ki, hər cür dünya və axirət qərəzindən pak olsun.
"Bil ki, xalis din (sırf ibadət, təmiz itaət) ancaq Allaha məxsusdur..." (“Zumər”, 3.)

İxlasın ziddi odur ki, ona başqa bir qərəz qarışsın, məsələn vəzifə, mal-dövlət istəyi, şöhrət arzusu və ya axirət savabı tamahı, və ya cəhənnəm əzabından qurtulmaq istəyi. Bunlar hamısı şirkdir. Şirkin özü iki növdür: aşkar və gizli. Aşkar şirk bütpərəstlikdir, yerdə qalan hamısı gizli şirkdir. Peyğəmbəri-əkrəm (s) buyurur: “Mənim ümmətim arasında şirkin niyyəti, zülmət gecədə qara daşın üstündə gəzən qara qarışqanın hərəkətindən gizlidir.” (“Bihar”, c. 72, səh. 96, bab 98, rəvayət 8.) 

Seyri-süluk yolunda kamal sorağında olan üçün şirk ən pis maneədir. “Kim Rəbbi ilə qarşılaşacağına (qiyamət günü dirilib haqq-hesab üçün Allahın hüzurunda duracağına) ümid bəsləyirsə (yaxud qiyamətdən qorxursa), yaxşı iş görsün və Rəbbinə etdiyi ibadətə heç kəsi şərik qoşmasın!” (“Kəhf”, 110.) 

Elə ki, gizli şirk aradan qalxdı, süluk və ona nail olmaq asan olacaqdır. Hədislərin birində deyilir ki, “Kim qırx gün işlərini və ibadətini Allah üçün ixlasla yerinə yetirsə, hikmət bulağı qəlbindən qaynayıb dilinə cari olar.” (“Bihar”, c. 70, səh. 249, bab 54, rəvayət 25.)/nur-az

baxılma sayı: 228