Cümə namazında iştirak etməyin lazımlığı haqda 4 hədis...

Həzrət Peyğəmbər (s) buyurur: Dörd şəxs həyata yenidən başlayar: Xəstəlikdən sağalan şəxs, İslamı qəbul edən müşrik, həcc əməllərini başa vuran şəxs, cümə namazını qılıb yola düşən şəxs. (Biharul-ənvar, c. 86, səh.197)

İmam Riza (ə) buyurur: Cümə günü cümə namazından qabaq səfərə çıxan təhlükədən amanda deyil. Allah bu səfərdə onu qorumaz, onun ailəsindən canişin qərar verməz, onu öz fəzlindən bəhrələndirməz. (Vəsailuş-şiə, c. 5, səh.86)

 İmam Sadiq (ə) buyurur: Hər biriniz cümə günü zinətlənməli, qüsl verməli, ətirlənməli, sakkalınızı səliqəyə salmalı, ən gözəl libaslarınızı geyinməli, cümə namazına hazırlaşmalısınız. Cümə günü vüqarlı olmaq lazımdır. Yaxşı ibadət edin ki, xeyir iş görə biləsiniz. Allah yer üzündə gördüyünüz işlərdən xəbərdardır. O sizi yaxşı işlərinizə görə iki qat savab verər. (Üsuli-kafi, c. 3, səh.417)

 

İmam Baqir (ə) buyurur: Üç iş insanın dərəcəsini yüksəldər: Soyuq havada kamil dəstəmaz, namazdan sonra namazın intizarında olmaq, camaat və cümə namazına getmək. (Biharul-ənvar, c. 88, səh.10)

baxılma sayı: 352