190 il ibadət edən rahib, Allahdan nə istədi?

 Əbu Talibin zamanında Məsrəm ibn Dəyit ibn Şitqam adlı bir rahib yaşayırdı. Bu insan ibadət etməkdə məşhur olmuşdu. 190 il ibadət etmişdi və Allahdan heç bir şey istəməmişdir.


Nəhayət, bir gün Allahdan istəyir: “Allahım! Öz övliyalarından birini mənə göstər!”. Allah Təala Həzrət Əbu Talibi onun yanına göndərir və rahib onu görən kimi ayağa qalxır və başından öpür. Qarşısında əyləşdirir və deyir: “Allah sənə rəhmət etsin, sən kimsən?”.

 

 Əbu Talib buyurur: “Təhamə məntəqəsindənəm”. Soruşur: “Abdumənafın hansı tayfasından?”. Deyir: “Bəni Haşimdən”. Rahib yenə ayağa qalxır və onun başından öpüb deyir: “Allaha şükür olsun ki, mənim istəyimi yerinə yetirdi. Məni öldürməyəcəkdir o zamana qədər ki, Öz vəlisini mənə göstərəcəkdir. Sənə müjdə verirəm. Allah sənin müjdəni mənə ilham etmişdir”.

 

Əbu Talib soruşur: “Həmin müjdə nədir?”. Rahib deyir: “Sənin belindən bir övlad dünyaya gələcəkdir ki, Allahın vəlisidir. O, Allahın vəlisi və Peyğəmbərin (s) vəsisidir. Əgər o övladı görsən, məndən ona salam çatdır və mənim əvəzimdən ona de: “Məsrəm sənə salam verir və şəhadət verir ki, Allahdan başqa tanrı yoxdur. Yeganədir və şəriki yoxdur. Muhəmməd (ə) - Allahın bəndəsi və rəsuludur. Sən onun canişinisən. Vəsilər səninlə kamil olar”. Əbu Talib ağlayır və soruşur: “Bu övladın adı nədir?”. Rahib deyir: “Adı Əlidir”./Deyerler.

 

baxılma sayı: 297