Həzrət İbrahimin (ə) atəşpərəst qonağının hidayəti

 Bir gün Həzrət İbrahim (ə) atəşpərəsti qonaq çağırır. Yemək zamanı ona deyir: “Əgər müsəlman olsan, yeməkdə qonağım olarsan”. Bu atəşpərəst ayağa qalxır və İbrahimin (ə) evindən çıxıb gedir. Xitab gəlir: “İbrahim! Məzhəbini dəyişmək şərti ilə yeməyini vermədin, ancaq Mən 70 ildir ki, onun küfrünə baxmayaraq, ona ruzi verirəm”.

   İbrahim (ə) onun dalınca gedir və onu evə gətirir. Onun üçün yemək süfrəsi açır. Atəşpərəst İbrahimə (ə) deyir: “Niyə öz şərtindən peşman olmusan?”. İbrahim (ə) Allahın sözlərini ona danışır. Atəşpərəst fəryad çəkir: “Mehriban Allah mənimlə bu cür rəftar edir? İbrahim! İslam dinini mənə öyrət”. Sonra yeməkdən qabaq Haqqın bu inayətinə görə müsəlman olur”./Deyerler.

baxılma sayı: 340