Hakimin qızının xəstəliyin dərmanıyam

Həzrət İsa (ə) səhabələrindən birinin evinə gedirdi. Yolunun üstündə bir bitki gördü. Bitki həzrət İsaya (ə) dedi: - Mən bu şəhərin hakiminin qızının xəstəliyinin dərmanıyam.


İsa peyğəmbər ondan bir qədər dərib, cibinə qoydu və öz səhabəsinin evinə getdi. Orada peyğəmbərə dedilər ki, hakimin qızı xəstədir və təbiblər onun xəstəliyini müalicə edə bilməyiblər. Hakim deyib ki, hər kim qızımı müalicə etsə, onun hər nə istəyi varsa yerinə yetirəcəyəm. 

Ey peyğəmbər, sən Allahdan istə ki, hakimin qızına şəfa versin. Qız şəfa tapsa hakimdən haqq dinə gəlməsini istəyərsən. Onda lap yaxşı olar.


Həzrət İsa (ə) hakimə gəlməsi barədə xəbər göndərdi, sonra hakimin qəsrinə getdi. Həzrət yolda götürdüyü bitkidən dərman hazırlayıb qıza verdi. Ancaq bir neçə gün keçsə də dərman təsir etmədi. Həzrət İsa (ə) dərmanın təsir etmədiyini görüb şəhərdən çıxdı. Onun gələn il yolu yenə həmin yerdən düşdü. Yenə həmin bitkini gördü. Bitki keçən il dediyi sözü təkrar etdi. İsa (ə) ona dedi: - Sən keçən il də bu sözü dedin. Ancaq heç bir təsir göstərə bilmədin və mənim abrım getdi. 


Bitki dedi: - Neçə ildir ki, Allah məni bu xəstəliyin müalicəsi üçün yaratmışdır. Lakin təsir göstərməyə icazə verməmişdi. Bu il təsir etməyə əmr etmişdir.
“Həmd olsun o Allaha ki, istədiyi hər işi edir və Ondan qeyrisi istədiyi işi etməyə qadir deyil”. (“Məfatehul-cinan”, Məğrib namazının təqibində oxunan dua)

Qaynaq: “Əl-kafi”, c. 2, səh. 529.
Hazırladı: Seyid Zahir

baxılma sayı: 179