İmam Əlidən (ə) 7 yuxunun 7 mübarək təvili

Romadakı xristianlardan biri yuxu görür və İmam Əli (ə) də onu yozur. İmam (ə) nəql edir:

 

“Birinci yuxu: Yuxuda görür ki, səmadan bir saray asılmışdır ki, ora qızıldan taxtlar qoyulmuşdur. Kənizlər, nökərlər və gözəl xalçaları vardır. Sarayın ətrafını isə donuzlar əhatə etmişdir.
 Yozumu: Bu zalım sultanın sarayıdır ki, axəril-zamanda insanlar zəkat vermədiyinə görə onların malını alacaq. Sultanın ətrafında zalımlar vardır ki, ona yardım edərlər.
 
İkinci yuxu: Yuxuda görür ki, qalın kətan parça göydən asılmışdır. İnsanlar onu parçalayırdı və ondan bir tikə qalmışdı.
Yozumu: Həmin qalın kətan müxtəlif məzhəblərdir ki, axəril-zamanda insanlar ona etiqad bəsləyəcəkdir. Məzhəbdən bir şey qalmayacaqdır, məgər bir sap qədər.
 
Üçüncü yuxu: Yuxuda görür ki, göydən quşlar gəlir və başlarını torpağa salırlar. Geri qayıdan zaman başları olmur.
Yozumu: Həmin quşlar İslam dinidir. İslam dinindən şəriət və adətlərdən başqa bir şey qalmayacqdır. Həqiqəti isə səmaya geri qayıdacaqdır.
 
Dördüncü yuxu: Yuxuda dördayaqlılaları görür ki, sidik orqanı yoxdur.
Yozumu: Zənginlər malı toplayır və İlahi haqqı və zəkatı vermirlər.
 
Beşinci yuxu: Yuxuda xəstəni görür ki, sağlamı ziyarət edir.
Yozumu: Xəstələr zənginlərin yanına gedən yoxsullardır. Zəngindən bir şey istəyəndə, onlara vermirlər.
 
Altıncı yuxu: Yuxuda qurumuş hovuz görür ki, ətrafı bağ və bostandır.
Yozumu: Qurumuş hovuz o alimlərdir ki, öz elmlərinə əməl etmirlər. Bağ və bostan isə o kəslərdir ki, alimlərdən eşitdiklərinə əməl edirlər.
 
Yeddinci yuxu: Yuxuda yaşıl fincanlar görür ki, dünyada olanları orada görmək olurdu.
Yozumu: Yaşıl fincanlar dünyadır, dünya əhli onu götürər və dünya haqqında danışarlar, axirət deyil. Halbuki, axirət üçün xəlq olunublar.
Həmin xristian bu yozumları İmam Əlidən (ə) eşidən zaman şəhadətləri söyləyib, müsəlman oldu”./Deyerler.

baxılma sayı: 230