Şükr namazının qılınma qaydası haqqında

Müstəhəb namazlardan biridə şükür namazıdır. İmam Sadiq (ə) buyurur: Allah sənə bir nemət verəndə və ya səndən bir bəlanı uzaq edəndə iki rükət namaz qıl, birinci rükətdə rüku və səcdənin zikrini dedikdən sonra bu zikri de: Əlhəmdulillahi şükrən, şükrən, şükrən və həmda. İkinci rükərin ruku və səcdəsində isə ruku və səcdənin zikrindən sonra belə deyirsən: Əlhəmdulillahil-ləzi istəcabə duai və əətani məsələti. Namazdan sonra isə İmam Səccadın (ə) Səhifeyi-səccadiyyədəki 37-ci duasını oxuyursan.sual.nur

baxılma sayı: 276