İlahi, Sənə tərəf qayıtsam, məni qəbul edərsənmi?

Bəni-İsraildə bir cavan yaşayırdı. O, Haqq Taalaya ibadət edir, gündüzləri oruc tutur, gecələr səhərə qədər namaz və itaətlə məşğul olurdu. O cavan iyirmi il bu minvalla beləcə şirin ibadət etdi. 


Günlərin birində şeytanın toruna düşdü və ona aldandı, yavaş-yavaş Allahdan uzaqlaşdı, ibadətlərini tərk edib, günaha qurşandı. Beləliklə, günahkarların cərgəsinə daxil oldu və iyirmi il öz günahını davam etdirdi.


Cavan bir gün güzgü qarşısında dayanıb özünə baxırdı. Birdən ağarmış saçları onun diqqətini çəkdi. Öz günahlarına nifrət etdi, etdikləri əməllərdən peşman oldu, ağlayıb, nalə etdi. Utanan halda Allah dərgahına üz tutub dedi: - İlahi! İyirmi il Sənə ibadət etdim, iyirmi il də Sənə qarşı günah etdim. Əgər Sənə tərəf qayıtsam, yenə məni qəbul edərsənmi?
Bu zaman bir nida gəldi:  «اجبتنا فاحببناک ترکتنا فترکناک و عصیتنا فامهلناک و ان رجعت الینا قبلنا»

 
- Nə qədər ki, bizi sevirdin, biz də səni sevirdik. Bizi tərk etdin, biz də səni tərk etdik. Bizə qarşı günah etdin, sənə möhlət verdik. İndi yenə qayıtmaq istəsən, səni qəbul edərik.
Cavan tövbə edərək abidlər cərgəsinə daxil oldu.

Qaynaq: “Səmərətul-həyat”, c. 3, səh. 377
Hazırladı: Seyid Zahir

baxılma sayı: 303