Namazda iqtida edən şəxsin hansı vəzifələri var?

Cavab: 

 1-Mə’mum İmamdan qabaqda dayanmamalı, vacib ehtiyata əsasən, bir qədər arxada dayanmalıdır. 

 2-Mə’mum həmd və surədən başqa namazın bütün sözlərini özü deməlidir. Amma cəmiyyət namazına üçüncü və ya dördüncü rəkətdə qoşulan mə’mum həmd və surəni də deyəsidir. 

 3-Sübh, məğrib və işa namazlarında İmamın həmd surə səsini eşitmədikdə mə’mumun astadan həmd-surə oxuması müstəhəbdir. 

 4-Zöhr və əsr namazlarının birinci və ikinci rəkətində həmd surə əvəzinə zikr demək müstəhəbdir. 

 5-Mə’mum təkbirətul-ehramı İmamdan qabaq deməməlidir. Hətta vacib ehtiyata əsasən, İmam təkbiri qurtarmamış mə’mum təkbirə başlamamalıdır.

baxılma sayı: 247