Hz Peyğəmbərin (s) yatarkən oxuduğu dua

Məhəmməd ibn Mərvan İmam Sadiqdən (ə) belə nəql edir: İmam məndən soruşdu:
-Sənə Peyğəmbərin (s) yatarkən oxuduğu duanı öyrədimmi? Dedim: Bəli öyrədin!

İmam (ə) buyurdu:
-“Ayətul-kürsü”nü oxuyurdu, sonra isə deyirdi: 

بِسْمِ اللهِ آمَنْتُ بِاللهِ وَ کَفَرْتُ بِالطـَّاغُوتِ. اَللَّهُمَّ احْفَظْنِي فِي مَنَامِي وَفيِِ يَقْظَتِي

 

Oxunuşu: “Bismillahi aməntu billahi və kəfərtu bit-tağut, Əllahumməh-fəzni fi mənami və fi yəqzəti”.

Tərcüməsi: “Allahın adı ilə, Allaha iman gətirdim, Tağutdan üz çevirdim. İlahi, məni yatdığım və oyaq olduğum zaman qoru.“ (“Usuli-Kafi”,c.2. səh.536.)

baxılma sayı: 172