Ali-Muhəmmədin (ə) zikri hacətlərin qəbuluna kömək edər!

Əziz İslam Peyğəmbəri (səllallahu əleyhi və alihi) buyurdu:
“Mənə naqis salavat göndərməyin!.”
Soruşdular: Naqis salavat necədir (hansıdır)?


Allahın Rəsulu (səlləllahu əleyhi və alihi) buyurdu: Naqis salavat budur ki, “Allahummə səlli əla Muhəmməd” və ardını davam etməməyinizdir. Əksinə gərək deyəsiniz: “Allahummə səlli əla Muhəmməd və ali Muhəmməd.”

 

Naqis salavat

Allahın Rəsulu (səlləllahu əleyhi və alihi) buyurdu:
“Naqis salavatı (Ali Muhəmmədi zikr etmədən) mənim üçün dilinizə gətirməyin; əksinə mənim Əhli-Beytimə də salavat göndərin və salavat zamanı onları nəzərinizdən qaçırmayın; Çünki mənim nəsəbimdən (nəslimdən) başqa bütün nəsəblər qiyamət günü kəsilər.”

 

Duanın başlanğıcında salavat
İmam Sadiq (əleyhissəlam) buyurdu:
“Sizin hər birinizə lazımdır ki, böyük və əzəmətli Allahın qarşısında hacətinizi aşkar (bildirən) edən zaman İlahi sitayişlə başlasın və Peyğəmbər (səlləllahu əleyhi və alihi) və onun Əhli-Beytinə tərif desin. Sonra isə öz təqsir və günahlarını etiraf edərək Allahdan hacətini istəsin.”

baxılma sayı: 311