İmam Əli (ə) ağac və torpağı salamlayanda, nə baş verdi?

Həzrət Peyğəmbər (s) İmam Əlini (ə) Yəmənə göndərir ki, insanlar arasında sülh yaratsın, İmam Əli (ə) Həzrətə (s) buyurur: “Ey Allahın Rəsulu! Oranın cəmiyyəti çoxdur. Onların içərisində elə insanlar var ki, ömürləri keçmişdir, ancaq mən cavanam”.

Həzrət Peyğəmbər (s) buyurur: “Əli! Nigaran olma! Yəmənin yaxınlığında Əfiq adlı yerə çatanda dayan və yüksək səslə de: “Ey ağac! Ey torpaq! Allahın Rəsulu Muhəmməd (s) sizə salam göndərmişdir””.

İmam (ə) buyurur: “Peyğəmbərin (s) tövsiyəsini yadımda saxlayıb, Yəmənə yollandım. Əfiq çölünə çatan zaman Yəmən əhalisini gördüm. Onlar nizə və kamanla mənə hücum etməyə hazırlaşırdılar. Mən də Peyğəmbərin (s) verdiyi tövsiyə ilə yüksək səslə dedim: “Ey ağac! Ey torpaq! Allahın Rəsulu Muhəmməd (s) sizə salam göndərmişdir””.

Bu zaman gördüm ki, ağaclar və torpaq həmsəs olub, titrəməyə başladılar. Dedilər: “Allahın Rəsulu Muhəmmədə (s) və sənə salam olsun”.

Bu səsi eşidən yəmənlilər qorxdular. Dizləri süstləşdi və silahları əllərindən düşdü. Hamısı mənə tərəf gəlməyə başladılar. Mən də onların arasında sülh yaratdım. Sonra da Mədinəyə qayıtdım”.deyerler.

baxılma sayı: 317