Namazların son səcdəsini uzadırıq, bu zaman hansı duaları oxuyaq?

Səcdə bəndənin pərvərdigar qarşısında olduğu ən yaxın və ən gözəl halətdir. Allah bəndəsini daha çox bu halətdə görməyi xoşlayır. Vacib namazların son səcdələrini adətən uzadır və bu zaman dualar oxuyruq. Son səcdələr üçün tövsiyə edilən dualar:
 
1-"Ya Lətif irhəm əbdəkəz-zəif, Ya Cəlil irhəm əbdəkəz-zəlil!"
(Ey lütfükar zəif bəndənə rəhm et! Ey uca məqam sahibi alçalmış bəndənə rəhm et!)
 
2- "Ya vəliyyəl-afiyə Əsəlikəl-afiyə Afiyətəd-din vəd-dünya vəl-axirə, bicahi Muhəmməd və itrətihit-tahirə, sələvatukə ələyhi əcməin"
(Ey afiyət (sağlamlıq və salamatçılıq) ağası, səndən afiyət istəyirəm, dinin dünyanın və axirətin afiyətini, Məhəmmədin və onun pak ailəsinin məqamına xatir, sənin salamın olsun onlara)
 
3- "Allahummə inni əsəlukər-rahətə indəl-mouti,  vəl-məğfirtə bədəl-mouti, vəl-əfvə indəl-hisab"
(İlahi ölüm zamanı səndən rahatlıq, ondan sonra bağışlanmağı və hesab-kitab zamanı əfv etməni diləyirəm)
 
4-"Ya mən ləhud-dunya vəl-axirə, irhəm mən ləysə ləhud-dunya vəl-axirə"
(Ey dünya və axirətin sahibi,  nə dünyası nə də axirəti olmayan adama rəhm et!)
 
5- "Rəbbiğfir vərhəm, və təcavəz əmma tələm, İnnəkəl-əəzzul- əcəllul-əkrəm"
(Ey rəbbim bağışla və rəhm et! bildiyin günahlarımdan keç! Ən məğlubedilməz, ən ucaməqamlı və ən kəramətli yalnız sənsən!)
 
6- Ya xəyrəl-məsulin, ya xəyrəl-mutin, urzuqni vərzuq əyali min fədlikə, fəinnəkə zul-fədlil-əzim!"
(Ey çağırılanların ən yaxşısı, ey əta edənlərin ən yaxşısı! Mənə və ailəmə öz fəzlindən ruzi ver! Çünki həqiqətən sən böyük fəzl, lütf və mərhəmət sahibisən)     /(İslaminSesi)

baxılma sayı: 376