Vəzirin 6 tərkibli rahatlıq dərmanı

Onun birinci hissəsi Allaha güvənməkdir.

  Bir gün Ənuşirəvan şahın öz vəziri Bozorgmehrə qəzəbi tutdu, onun qaranlıq bir otaqda həbs olmasını və zəncirə çəkilməsini əmr etdi. 


Bir neçə gün keçdikdən sonra şah onun vəziyyəti ilə maraqlandı və bir neçə nəfəri göndərdi ki, vəzirin əhvalını öyrənsinlər. 

Onlar otağa daxil olanda Bozorgmehri çox şad və xürrəm gördülər. Ona dedilər: - Bu dar və qaranlıq otaqda, belə bir çətin şəraitdə necə də rahat və şadsan!
Vəzir dedi: - Mən burada altı tərkibdən ibarət dərman düzəltmişəm. O dərmandan istifadə edirəm. Ona görə də gördüyünüz kimi belə rahatam.

Dedilər: - O necə dərmandır? Onu bizə izah et.

Vəzir dərmanın tərkibini açıqlayıb dedi:
1. Onun birinci hissəsi Allaha güvənməkdir.
2. Müqəddər olacaq bir şey, olmalıdır-prinsipinə inam.
3. Çətinlik qarşısında səbr və dözüm ən yaxşı vasitədir.
4. Səbr etməsəm, nə edə bilərəm?! Deməli, ah-nalə edib özümü incitməyim.
5. Düşünürəm ki, bundan da ağır bir vəziyyətə düşə bilərəm.
6. Bu saatdan sonrakı saata qədər qurtuluş ümidi var.
Şahın göndərdiyi adamlar gəlib vəzirin bu sözlərini ona danışdılar. Şah əhvalatı eşitdikdən sonra vəziri azad etdi və onu əziz tutdu.

baxılma sayı: 302