Vədinə əməl et ki duan qəbul olsun!

Bir gün İmam Sadiqin (ə) tərəfdarlarından biri ona deyir: “Mən Quranda ayəyə rast gəlmişəm ki, onun necəliyini bilmirəm. Cavabını tapa bilmirəm”.
Əziz İmam (ə) soruşur: “Bu ayə hansıdır?”.

Deyir: “Rəbbiniz buyurdu: «Məni çağırın ki, Mən də duanızı qəbul edim. (Dua etməyi özünə sığışdırmamaq ibadəti özünə sığışdırmamaq deməkdir və) əlbəttə, Mənə ibadət etməyi özünə sığışdırmayanlar tezliklə xar və xəcalətli şəkildə Cəhənnəmə daxil olacaqlar»”. (“Ğafir” 60). Ancaq mən dua edirəm, lakin qəbul olmur?”.

İmam (ə) buyurur: “Məgər Allahı görmüsənmi ki, hansısa vədinə xilaf çıxsın?”.
Deyir: “Yox”.
Buyurur: “Bəs nə?”.
Deyir: “Bilmirəm”.
Buyurur: “Ancaq mən səni xəbərdar edim ki, o kəs ki, Allahın əmr etdiklərinin ardınca olar, bu zaman Ona yolu və cəhəti ilə dua edərsə, (Allah mütləq) qəbul edər”.

Bu hədisdən iki nəticə çxıartmaq olar:
1. Allaha və vədinə iman bəsləmək.
2. Allahın Öz əhdinə əməl etməsinə səbəb olan şərt.

Bir nəfər gəlir və duasının qəbul olmamasından şikayət edir və İmam (ə) ona buyurur ki, siz Allahla bağladığınız əhdinizə vəfa etməmisiniz. Çünki Böyük Allah buyurmuşdur ki, siz mənim əhdimə vəfa edin ki, Mən də öz əhdimə vəfa edəm. Allaha and olsun ki, əgər siz Allaha vəfadar olsaydınız, O, da sizə qarşı vəfadar olar və dualarınızı qəbul edərdi./Deyerler.

baxılma sayı: 230