Qurani-Kərimdə namaz və başqa dini tapşırıqlar haqda diqqəti çəkən maariflər...

Quranda gələn bəzi sözlərin sayına nəzər salaraq, bir daha onun möcüzə olduğunu anlamaq olar. Bu sözlər o cümlədən:

Quranda şəhr (ay) sözü 12 dəfə işlənmişdir və bu da il ərzində olan ayların sayını göstərir.

Yəvm (gün) sözü 365 dəfə işlənmişdir ki, bu da bir ildə olan günlərin sayını göstərir.

Dünya sözü axirət sözü qədər, yəni 150 dəfə işlənmişdir.

Səlat (namaz) sözü vacib namazların sayı qədər, yəni 5 dəfə işlənmişdir.

Əzm sözü 5 dəfə, yəni Ulul-əzm peyğəmbərlərin sayı qədər işlənmişdir. Yəni, Həzrət Nuh (ə), Həzrət İbrahim (ə), Həzrət Musa (ə), Həzrət İsa (ə), Həzrət Muhəmməd (s).

Salihat (yaxşılıqlar) sözü səyiat (pisliklər) sözü qədər, yəni 180 dəfə işlənmişdir.

Rical (kişi) sözü əmrat (qadın) sözü qədər 24 dəfə işlənmişdir.

Məlayikə (mələklər) sözü şəyatin (şeytanlar) sözü qədər, yəni 88 dəfə işlənmişdir.

Həyat sözü mout (ölüm) sözü qədər, yəni 145 dəfə işlənmişdir.

Nas (insanlar) sözü rəsul sözü qədər 168 dəfə işlənmişdir.

Səbir sözü şiddət sözü qədər, yəni 102 dəfə işlənmişdir.

Zəlalət sözü Quranda 119 dəfə işlənmişdir. Halbuki ayət (nişanə) sözü onun iki bərabəri qədər, yəni 238 dəfə işlənmişdir.

Bər (quruluq) sözü Quranda 12 dəfə işlənmişdir. Halbuki bəhr (dəniz) sözü 40 dəfə işlənmişdir. Bu iki kəlmənin bir-birinə olan nisbəti Yer kürəsində olan quru yerlərin sulu yerlərə olan nisbəti qədərdir.

Təvaf sözü 7 dəfə işlənmişdir ki, Kəbənin ətrafına edilən təvafda 7 dövrə işarə edir.

Səcdə sözü Quranda 34 dəfə işlənmişdir ki, bu da vacib namazlarda edilən səcdələrin sayı qədərdir./Deyerler

baxılma sayı: 288