Ata və ananın qəza namazlarının böyük oğula vacib olmadığı hallar

Ata və ananın qəza namazlarının böyük oğula vacib olmadığı hallar:

1- Əgər ata və ananın qəza namazını və orucunu bir başqası yerinə yetirərsə, böyük oğulun öhdəsindən götürülər.

2- Böyük oğul ata və anasının qəza namazı və orucunu olduğunu bilməsə, ona bir şey vacib deyil. Bu sahədə axtarış aparmağa ehtiyac yoxdur.

3- Böyük oğul dünyasını dəyişsə, o biri oğlanların vəzifəsi yoxdur.

4- Hansı oğulun böyük oğul olduğu məlum olmasa (oğlanların doğum tarixi itsə) ata və ananın qəza namaz və orucu onların heç birinə vacib deyil. Amma müstəhəb ehtiyat budur ki, öz aralarında bölsünlər.

5- Böyük oğul ata və ananın qəza namaz və orucunu yerinə yetirərkən öz vəzifəsinə əməl etməlidir. Yəni həmin ibadətləri öz təqlid mərcəsinin hökmünə uyğun yerinə yetirməlidir.

6- Öz qəza namazı və orucu olan oğula ata və ananın qəza namaz və orucu vacib olarsa, istənilən birini əvvəl yerinə yetirsə düzgündür.

7- Əgər ata və ya ana dünyasını dəyişən vaxt böyük oğul büluğ həddinə çatmamış və ya divanə olarsa, nə vaxt büluğ həddinə çatsa və ağıla gəlsə ata və ananın namaz və orucunu yerinə yetirməlidir.

baxılma sayı: 185