Namazı batil edən əməllər:

Namazı 12 əməl pozur:

1-Namazın şərtlərindən birinin aradan getməsi, məsələn vacib zikrləri bilərəkdən namazda tərk etmək,

2-Namazın ortasında təharəti pozan hadisələrin baş verməsi, məsələn xəstə insanların bədənindən bovl ixracı,

3-Namazda qiyam halında durarkən əlləri bir-birinin üstünə qoymaq,

4-Həmd surəsinin oxuyandan sonra “Amin sözünü demək,

5-Namazda qibləndən başqa istiqamətə dayanmaq,

6-Namazda bilərəkdən  başqa söz demək, namaza aid edilməyən sözü bilmədən deyilsə səcdeyi-səhv düşür.

7-Namazda qəhqəhə edərək gülmək, gülümsəmək namazı pozmaz,

8-Namazda dünya işlərinə və müsibətlərinə görə uca səslə ağlamaq,

9-Namazın adi vəziyyətini pozacaq işlər görmək, məsələn namazın hər əməlindən birini idman şəkildən etmək,

10-Namazda birinci və ikinci rəkətin hansında olduğu haqda şəkkə düşmək,

11-Namazda yemək və içmək, hətta bilərəkdən dişinin arasında qalan tikələri udmaq da olsa belə,

12-Namazın beş rüknü olan əməllərdən birini bilərəkdən ya səhvən artırıb azaltmaq məsələn  bir rəkətdə iki rükü etmək, və qeyri rükn olmayan əməllərini bilərəkdən artırmaq namazı pozar,/namaz.ge

baxılma sayı: 183