Məsumların hədisi: "Məscidin işığını yandırmaqla mələkələrin duasını qazan!"

Mələklər bu şəxslər üçün əfv istəyər

Allahın Elçisi (s) buyurur: “Hər kim böyük Allahın məscidlərindən birində bir çıraq yandırsa, o çırağın ziyası məscidə saçdığ vaxta kimi mələklər və Allahın ərşinin daşıyıcıları dayanmadan onun bağışlanmasını istəyərlər”.
*Məscidin təmizlənməsi və gigiyenaya riayət*

İmam Sadiq (ə) buyurur: “Hər kim məscidə hörmət əlaməti olaraq baş və sinəsinin bəlğəmini məscidə atmasa, yanından keçdiyi hər bir dərdi Allah ondan ötürüb dəf edər”.
*Məscidin tozunu almağın savabı*

Əziz Peyğəmbərimiz (s) buyurur: “Hər kim məscidi süpürsə, Allah bunun qarşılığı olaraq bir qulu azad etmək savabını onun üçün yazar. Hər kim gözə düşən ölçüdə xırda bir çöpü də məsciddən çölə atsa, Allah dünya və axirətin rəhmətini ona yazar”.

Həzrət buyurur: “Dördüncü gün (cümə axşamı günü) məscidi süpürüb gözə düşüən miqdarda toz-torpağı məsciddən çölə tökən şəxs bağışlanar”.

baxılma sayı: 127