Neçə dərdin dərmanı olan bir zikr – Allahın Rəsulunun dilindən

 Neçə dərdin dərmanı olan bir zikr – Allahın Rəsulunun dilindən

Allah Rəsulu (s) buyurub: "Ey Əli, sənə elə bir kəlimələr təlim edim ki, hər çətinlik və bəladan o zikirlə nicat tapasan? O zaman de: "Bismilləhir-rəhmanir-rəhim. Lə həulə və lə quvvətə illa billahil əliyyil əzim". ("Üsul əl-kafi", c.6, s.311)
Zikr Rəbbini xatırlamaq mənasındadır. Ümumilikdə zikri iki qismə - dil və qəlb zikri olaraq ikiyə bölürlər. Baxmayaraq ki ən üstünü qəlb zikridir, dil zikridə bəyənilir. Həm də dil zikrinə çox təkid edilir. Çünki dil zikri də öz növbəsində insanın qəlb zikrinə yetişməsinə, Rəbbi ilə mənən bağlılıq qurmasına şərait yaradır.
Quran və hədislərdə də insanın çox zikirlə məşğul olmasına təkid edilib: "Ey iman gətirənlər! Allahı çox zikr edin!" ("Əhzab", 41)

Quran və hədislərdə buyurulan bir çox məxsusi zikrlər var. İnsan o zikri gərək olduğu kimi desin. Təbii ki, belə olsa, insan üçün daha təsirli və xeyirli olar. Bu zikirlərdən biri də: “Lə həulə və lə quvvətə illa billahil əliyyil azim” zikridir. Hədisdə qeyd olunub ki, bu mübarək zikr fəqirlik, qəm-qüssə və bu kimi başqa yetmiş dərdin,bəlanın açarıdır.

İmam Baqir (ə) bu zikrin bəyanında buyurur: "Güc və qüvvət Allah Təalaya məxsusdur. İnsan bu zikiri deməklə öz itaət gücünü Allaha Təalaya nisbət verir, yəni Rəbbi ona itaət üçün güc verib. Bir günahla üzləşəndə də Rəbbi onunla o günah arasında bir ruhani hal, bir maneə yaradır və insanı günahdan qoruyur. Allah Təala insana verdiyi güc və inayətlə insanı qoruyur".

 

Buna görədə sanki insan Uca Allahdan savayı heç bir güc və hal sahibi yoxdur deyə etiraf edir.
Həzrəti Əlı (ə) bu zikr barəsində buyurur: "Allaha qarşı günahdan yalnız Onun inayəti ilə çəkinə bilərik". ( "İhticac" c.2, səh.451)

baxılma sayı: 165