Bu ayda oxunması tövsiyə olunan dualar tərbiyəvi dərslərdir.

Rəcəb, Şaban və Ramazan ayları Allahın əməlisaleh bəndələrinin və övliyalarının bayramı sayılır. Çünki minacat vaxtı, yalvarış zamanı, həzrət Haqqa diqqət mövsümüdür. Bəşəriyyətin hər bir zaman kəsiyində, hər bir ictimai işdə Allahla əlaqəyə, duaya, diqqətə, yalvarışa ehtiyacı var. Bu ehtiyac əsaslı bir ehtiyacdır. Allahla əlaqə olmadan insan öz daxilində boşluq hiss edir. Mənasız, məzmunsuz olur. Allaha diqqət, Onunla əlaqə həqiqi, gerçək insan bədənində ruhdur. Bəndə ilə Rəbb arasındakı hər bir əlaqəni qənimət saymaq lazımdır. Rəcəb ayı bu fürsətlərdəndir.


Bu ayda oxunması tövsiyə olunan dualar tərbiyəvi dərslərdir. Duanı tanımaq lazımdır. Dua insan könlünü Allaha birləşdirmək, ruhunu səmimiyyətlə doldurmaqla yanaşı, onun zehnini də hidayət edir. Bu dualar dərsdir. Əgər bu duaların mənasını düşünsək, onda ən böyük ilahi hədiyyələri tapacağıq. İnsanın bu dərslərə tam ehtiyacı var. 

Ayətullah Seyid Əli Xamenei

baxılma sayı: 264