“Allaha itaətsizliyin başında 6 amil durur...”

 İmam Kazım (ə) buyurur: “Allah Qiyamət günü üç dəstə insana ərşinin kölgəsində pənah verəcəkdir: O kəs ki, müsəlman qardaşını evləndirər. O kəs ki, din qardaşına xidmət edər, o kəs ki, müsəlman qardaşının sirrinin ifşa olmasının qarşısını alar”.
 
İmam Sadiq (ə) buyurur: “Təkəbbürlü insanlar Qiyamət günü qarışqa kimi məşhur olarlar. İnsanların əl və ayaqları altında olarlar”.
Həzrət Peyğəmbər (s) buyurur: “İbadəti tərk etmək qəlbi daşlaşdırar”.


İmam Sadiq (ə) buyurur: “Təkəbbürün ən böyük halı odur ki, haqqın qarşısında cahillik edəsən (özünü səfehliyə vurasan) və insanları görməməzliyə vurasan”.

Həzrət Peyğəmbər (s) buyurur: “Allaha itaətsizliyin başında 6 amil durur: 1. dünya sevgisi. 2. vəzifə sevgisi. 3. yemək sevgisi. 4. yuxu sevgisi. 5. rahatlıq sevgisi. 6. qadın sevgisi”.
 
İmam Əli (ə) buyurur: “Dünya sevgisi qulağı hikməti eşitməkdən kar edər. Qəlbləri bəsirət gözünü görməkdən kor edər”.

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim arvadının üzünə sillə vurar, Allah od yağdırana əmr edər ki, cəhənnəm atəşində üzünə 70 sillə vursun”.

İmam Hadi (ə) buyurur: “Həsəd, dəyərlərin və savabların məhv olmasına səbəb olar. Təkəbbür və eqoistlik insanların düşmənçiliyini cəzb edər. Xudbinlik elm əldə etməyə mane olar. Nəticədə insanı nadalıqda və alçaqlıqda saxlayar. Paxıl olmaq ən pis əxlaqdır. Tamahkarlıq çirkin və xoşagəlməz xasiyyətdir”.

Həzrət Peyğəmbər (s) buyurur: “O kəs ki, həyat yoldaşını incidər, namazı və yaxşı əməlləri Allah tərəfindən qəbul olmaz. Məgər o halda ki, ona kömək edər və razılığını alar”./Deyerler.

baxılma sayı: 172