Ayətullah Cavad Amuli: “Qəbul olunan namazlar cəmiyyətin fəzasını ətirləndirir”

Ayətullah Cavad Amuli təfsir dərsində “Nur” surəsinin 55-57-ci ayələrinin təfsirində buyurmuşdur: ““Nur” surəsinin 55-ci ayəsini Həzrət Hüccətlə (ə.f) bağlayırlar. Ancaq Zəməxşari və Fəxr Razi bəzi kimi alimlər bu ayəni ikinci xəlifənin hökuməti ilə bağlamışdılar. Əbu Reyhan Biruni və Əbul Həsən Amiri - Əhli-Beytin (ə) böyük alimlərindəndir. Şeyx Tusidən əvvəl yaşayıblar. Onların yazdığına görə, isə əgər bu ayə ikinci xəlifənin hökumətinin genişliyinə aid edilibsə, onda Müaviyənin hökuməti ikinci xəlifənin hökumətindən daha geniş idi.

 

Bu iki böyük alimin yazdığına görə Müaviyə Sənəmi dövlətindən qənimət götürdüyü bütləri Hindistana satmışdı. Yəni o xəlifə ki, müsəlman olduğunu iddia edirdi, həqiqətdə büt satan idi. Allah bu surəsinin 57-ci ayəsində 3 əsas məsələyə toxunur. Bu - namaz qılmaq, zəkat vermək və Peyğəmbərə (s) itaət etməkdir. Mübarək Məhərrəm ayı əmr be-məruf və nəhy-əz-munkər ayıdır. Məruf odur ki, Allah yanında ağıl və Əhli-Beyt (ə) mərufdur və münkər isə odur ki, Allah yanında münkərdir.

 

Qəbul olan namaz münkərin qarşısını alır. Əgər zöhr və əsr namazlarını qılmışıq və axşama qədər günah işlətməmişiksə, məlum olar ki, namazımız qəbul olmuşdur. Namazdan sonra günah işlətmək onun qəbul olmadığına dəlalət edir. Əgər cəmiyyətin fəzası namaz əsasında olarsa, fərdi, cümə və camaat namazları qəbul olan namaz olarsa, cəmiyyət ətirlənər”. Həvzəh/Deyerler.

baxılma sayı: 232