Əgər bu xasiyyətlər bir kişidə olsaydı Peyğəmbər (s) olardı!

Əgər bu xasiyyətlər bir kişidə olsaydı Peyğəmbər (s) olardı!


Həzrət İsa (ə)-ın zamanında bir saleh və abidə bir xanım var idi ki, namazın vaxtı gələn zaman hər nə işi olsaydı yarımçıq qoyar və ibadətlə məşğul olardı.


Bu abidə və salihə xanım bir gün çörək bişirməklə məşğul idi ki, azançının ibadətə dəvətinin səsini eşitdi. Möminə qadın çörəyini yarımçıq qoyaraq namaz qılmağa məşğul oldu.
Namazın ortasında şeytan vəsvəsələrini başladıb qadının qulağına belə pıçıldamağa başladı: “İndi ki, namaza durmusan, bütün çörəklər yanıb, bir vəziyyətdə ki, övladın da təndirin içində yanır!”


Amma möminə qadın dözümlülük göstərərək özü ilə belə danışmağa başladı: “Əgər çörəyim yansa ondan daha yaxşısı budur ki, canım cəhənnəmdə yanmasın, və Əgər Allahın iradəsi budur ki, uşağım yansın, mən onun qəza-qədərinə razıyam. Və heç zaman razı deyiləm ki ibadətdən əl çəkim. Allah-Taala (c.c) mənim övladımın qorucusudur.”


Bu vəziyyətdə olan xanımın həyat yoldaşı evə daxil oldu və xanımını gördü ki, namaz qılmaqla məşğuldur, təndir isə çörəkləri yandırıb və həmin vəziyyətdə övladı təndirin tonqalı ilə oynamaqla məşğuldur.
Xanım namazı qurtarandan sonra həyat yoldaşı xanımının əlindən tutaraq təndirin yanına gətirdi və olanları on göstərdi. Xanım isə Allahın lütf və mərhəmətini gördükdə şükr səcdəsinə getdi.

 
Kişi övladını alovdan çıxararaq İsa (ə)-ın yanına gəldi və təəccübləndirici gördüyü səhnəni Allahın Peyğəmbərinə (s) nəql etdi. 
Həzrət İsa (ə) buyurdu: “Get və xanımından soruş ki, hansı əməllərin sahibidir ki, qeyri adi işləri görə bilmişdir? Çünki əgər bu əzəmətli məqam ki, sənin xanımında var bir kişidə olsaydı şübhəsiz Cəbaril (ə) ona peyğəmbərlik müjdəsi verərdi!


Kişi İsa (ə)-ın yanından duraraq həyat yoldaşının yanına gəldi və soruşdu: “Nə etmisən və hansı əməllər səni bu məqama çatdırıb?”
Möminə və salehə xanım dedi: “Mən axirətə aid olan vəzifələrimi dünya işlərindən öncə salmışam. Elə ki, azan səsini eşitdim bütün dünya işlərini dayandırıb ibadətlə məşğul oldum. Başqa əməllərim də budur ki, heç kəsə zülm və söyüş söymədim, heç kimsənin kinəsini sinəmdə gəzdirmədim, Allahın əmrlərini həmişə böyük saydım, işlərimi Allaha həvalə etdim, Allahın müqəddəratına həmişə razı oldum, insanlarla mərhəmətlə rəftar etdim, ehtiyaclını heç zaman əli boş qaytarmadım, başqa xeyir əməlim isə budur ki, heç zaman gecə ibadətlərini və sübh namazını tərk eləmədim. 
Həzrət İsa (ə) möminə xanımda olan xasiyyətləri eşidəndən sonra buyurdu: “Əgər bu xanım kişi olsaydı, Allah-Taala (c.c) onu peyğəmbərliyə seçərdi”. 


Mənbə: Namaz haqqında 1001 əhvalat kitabı, səh, 160-161./Hazırladı: Y. Əliyev.

 

baxılma sayı: 316