Namazda bir neçə şeyə diqqət yetirmək lazımdır

Namazın pozulmasının qarşısını almaq üçün aşağıdakı qeyd olunan şəriət hökmlərinə diqqət olunmalıdır:

1-Namaz halında danışmamaq,

2-Namaz halında qəh-qəhə ilə gülməmək,

3-Namaz halında yemək və içməkdən çəkinmək,

4-Namaz halında qiblədən üz döndərməmək,

5-Həmd və surədən (ixlas surəsi) sonra amin deməmək,

6-Namazda əlləri bir-birinin üstünə qoymamaq,

7-Namazı pak yerdə qılmaq, yəni insanın alını xüsusi ilə pak yerə səcdə edilməlidir,

8-Namazı pak paltarla (şəriətdə deyilən nəcasətlərə paltar dəyməməlidir.) qılmaq,

9-Qızlar və qadınlar həm namaz qılarkən, həm də başqa vaxtlarda dini örtüyə riayət etməlidirlər. 

baxılma sayı: 283