Ğufeylə namazı necə qılınır və onun savabı nədir?

"Kim qüfeylə namazın qıla və rəbbindən hacətlərini istəyə, Haqq Təala onun duasını qəbul edər. İstədiyi kəraməti ona əta edər."
İslaminSesi.info - Ğüfeylə namazı müstəhəb namazlardandır. Əvvəl vaxtında qılınan şam namazından dərhal sonra qılınır. Ümumiyyətlə müəyyən edilmiş ibadətlər iki yöndən diqqət olunmalıdır, birinci keyfiyyəti, necəliyi baxımından, ikincisi isə nəticə baxımından ki, bu ibadət insanda hansı mənəvi təsir qoyacaq. 

 

1_Namazın qılınma qaydası iki rəkətdir. Sübh namazı kimi. fərqi Fatihələrdən sonra məxsus ayələrin oxunması və qunutun da özünə məxsus duasının olmasıdır.

Birinci rəkətdə: “Və zən-nuni iz zəhəbə muğadibən fə zənnə ən lən nəqdirə aleyhi. Fə nəda fiz zulimati ən lə ilahə illə əntə sübhanəkə inni kuntu minəzzalimin. Fəstəcəbnə ləhu və nəccəynəhu minəl ğəmmi kəzəlikə nuncil muminin.”

İkinci rəkətdə Fatihədən sonra isə, “Və indəhu mıfatihul ğəybi lə yə”ləmuhə illa huvə və yə”ləmu mə fil bərri vəl bəhri və ma təsqutu min vərəqətin illa yə”ləmuhə və la həbbətin fi zulumatil ardi və lə ratbin və lə yəbisin illə fi kitəbim mubin.” oxunacaq.


Qunutda isə: “Allahummə inni əsəlukə bi məfatihil-ğaybi əlləti lə yə”ləmuhə illə intə. Ən tusalliyə alə muhəmmədin və ali muhəmməd və ən təf”ələ bii ( hacətin desin, sonra yenə oxusun)

“Allahummə əntə vəliyyu ni”məti vəl qadiru alə taləbəti tə”ləmu hacətii. Fə əsəlukə bi həqqi muhammədin və ali mumamməd aleyhi və aleyhumus səlam.”


2-Namazın fəzilət və bərəkəti; Ğüfeylə namazı barəsində rəvayətlərdə cox tövsiyə edilmiş, mömünlərə təkidlə tapşırılmışdır. İmam Sadiq (ə) Həzrəti Peyğəmbərdən (s) nəql edir:” Hərçənd ki, sadə də olsa iki rəkət qüfeylə namazını qılın, o namaz öz ardınca axirət nemətləri və behşiti gətirər. 
Soruşdular: Ey Peyğəmbər onun vaxtı nə vaxtdır?
Buyurdu:” Onun vaxtı işa və məğrib namazları arasındadır” (Şeyx Səduq-Səvabul əmal və iqabul əmal. C-1. S- 115. Həsənzadə Sadiq)

 

İmam Sadiq (ə) başqa bir hədisdə buyurur: Allah Rəsulu(s) buyurdu: Şam və işa namazları arasında olan qüfeyləni tərk etməyin. ( Fəllahu-sail. Seyyid ibn Tavus. S- 244)

Haşım ibn Salim İmam Sadiq (ə)dan nəql edir ki, kim Ğüfeylə namazın qıla və rəbbindən hacətlərini istəyə, Haqq Təala onun duasını qəbul edər. İstədiyi kəraməti ona əta edər. (Bəhai.Minhacun-nəcah fi tərcumeye miftahul- fəllah. S-309 )/Y.Nuriyev

baxılma sayı: 230