Misilsiz təsirlərə malik olan Nadi-Əliyyən duası

İslaminSesi.info - Bu dua böyük alimlərin xüsusi diqqət etdiyi dualardandır. Yəni böyük şəxsiyyətlərin bu duanı oxuduqları qeyd olunur. Bu duaya bir növ təvəssul deyilsə daha düzgün olar. Çünki duanın ümumi məzmunu Həzrəti Əliyə (ə) təvəssüldən bəhs edir. Mənbələrdə Nadi Əliyyən duası iki formada gəlib bizə çatıb. Biri, iki beytdən ibarət bir şer kimi, digəri isə biraz geniş şəkildə münacat formasındadır.

 

Ümumiyyətlə bu hər iki dua barəsində böyük şəxsiyyətlərin tövsiyyəsi olmasına baxmayaraq heç birinin sənədi gedib məsuma (ə) çatmır. Sənəd baxımından mötəbər deyillər.

Muhəddis Nuri özünün Mustədrəkul-Vəsail kitabında qeyd edərək yazır:” Şəhidi Əvvəlin əlyazmalarında gördüm ki, bu iki beyt itmiş bir şeyin tapılmasında və qaçmış qulun qaytarılmasında oxunur.”
 
Nadi Alıyyən məzhərəl-əcaibi,
Təciduhu aunən ləkə finnəvaibi,
Kullu həmmin və ğəmmin səyəncəli
Bi vilayətikə  Ya Əli   Ya Əli   Ya Əli

Geniş şəkildə olan Nadi Əliyyən duasını dua kitablarından oxumaq mümkündür. Böyük Nadi Əli duası təxminən bu balaca duadan səkkiz dəfə böyükdür. Mərhum Əllamə Məclisi bu duanı Zadul-Məad kitabında digər kitablara istinad olaraq rəvayət edir. 

 

Bu münacatin faydalarında qeyd olunur ki, bu duanın özünə məxsus qəribə xüsusiyyətləri vardır. O cümlədən duaların qəbul olunmasında, mahəbbət yaratmaq üçün, övlad diləmək üçün, borcun qaytarılmasında, insan və cinlərdən amanda qalmaq üçün istifadə olunur. 

 

Zadul-Məadda buyrulur ki, dua hər hacətə uyğun gostərişlə oxunur. Məsələn bir kəsin mühüm müşkülü olarsa bu duanı yeddi dəfə oxusun, əgər bir böyük şəxsin yaxud, bir əmirin yanına gedərsə üç dəfə oxusun, övlad istəmək üçün oxuya bilər, bir kəsi özünə vurğun etmək üçün on dəfə oxuyub sonra yüz ədəd salavat zikr etsin, sübh namazından sonra doqquz dəfə mal dövlət niyyəti ilə oxusa qəni olar, on beş gün hər gündə iyirmi iki dəfə oxusa borclarını ödəyər, hamilə qadın beş dəfə oxusa doğuşu asan olar, kim bu duanı özü ilə gəzdirsə insanların və cinlərin şərrindən amanda qalar./Y.Nuriyev

baxılma sayı: 371