Namazı qəzaya verməyin mənfi təsiri haqqında İmam Sadiqin (ə) nəsihəti

Namazın qəzaya getməsi həyata çox mənfi təsir qoyar. Bir nəfər tacir ticarət etmək üçün səfərə çıxmağı qərara alır. İmam Sadiqin (ə) yanına gəlir və istixarə etməsini xahiş edir. İstixarəsi pis gəlir. Onu görməməzliyə vurub səfərə gedir. Lakin çox sayda mənfəət əldə edir, bu istixarəyə görə təəccüb edir. Səfərdən qayıdandan sonra İmamın (ə) xidmətinə gəlir.

 

Deyir: "Yəbnə Rəsulallah! Yadınızdadırmı ki, mən bir müddət əvvəl sizin yanınıza gəlmişdim və mənim üçün istixarə etdiniz. İstixarəm ticarət səfəri üçün idi və mən bu səfərə getdim. Çox sayda mənfəət əldə etdim və mənim üçün xoş keçdi”. İmam Sadiq (ə) təbəssüm edib buyurdu: "Səfərə gedəndə yadındadırmı ki, filan yerdə yorulmuşdun. Məğrib və işa namazlarını qıldın, şam yeyib, yatdın. O zaman ayıldın ki, günəş çıxmışdı. Sənin sübh namazın qəza oldu”. Dedi: "Bəli”. Buyurdu: "Əgər Allah dünyanı və onda olanları sənə versəydi, bu xəsarətin əvəzini verə bilməzdi”./deyerler.

baxılma sayı: 392