Zikrin ruha və əxlaqa təsiri

Allahla aşiqcəsinə rabitə qurmağın yollarından biri də zikrlərdir. Yəni, insanın dili və ürəyi Allahın gözəl adlarını yada salar və ruh gülünü təravətləndirər. Allahı zikr etmək əslində insanın özünü Onun qarşısında aciz bilməsidir. 
Zikri davamlı şəkildə yerinə yetirmək ürəkdə olan günahları yuyub aparar. Allahı yada salmaq heyrətamiz nəticələr göstərər, ruhun və əxlaqın islah olmasına təsir qoyar.

 

Allahı yada salmağın gətirdiyi faydalar:

1. Allah insanı yada salar. O zaman ki, insan Allahı zikr edər və Ona diqqət edər, Allah Təala da ona diqqət edər.

2. Ürəyi nurlanar. Allah Təala buyurur ki, Məni yada salmaq ürəklərinizi nurlandırar və ayıldar. Ürəyin ölməsi - insanın ölməsi deməkdir. Ürəyin ölməsinin qarşısını almağın yollarından biri də Allahı zikr etməkdir.

3. Ruhi rahatlıq gətirər. Allahı yada salmaq həm ruhu və həm də qəlbi rahatladar və hüzurlu edər.

4. Allahı yada salmaq mömin üçün İlahi qorxu və xəşiyyət gətirər. Allah Təala buyurur ki, möminlər Məni yad edəndə ürəkləri xoflanar.

5. Bəsirətə malik olmaq və şeytanı tanımaq. İnsanı süqut etdirə bilən amillərdən biri də şeytanın (lən) tələsinə düşməkdir. Allahı davamlı olaraq zikr etmək insanın bəsirət gözünü açar və insan şeytanı tanıyar.

6. Günahları bağışlanar. Allahı yada salmağın nəticələrindən biri də günahların bağışlanmasıdır.

7. Hikmət və elm. Allahı zikr etməyin səmərələrindən biri də ağılın bişməsi, kamal və hikmətə malik olmaqdır. Zikr idrak qüvvəsinin güclənməsinə səbəb olar.

Həzrət Peyğəmbər (s) öz səhabələrinə buyurur: "İstəyirsinizmi ki, sizi Allah yanında ən pakizə və ən yaxşı əməldən xəbərdar edim?". Hamı dedi: "Bəli". Həzrət (s) buyurdu: "Allahı çoxlu zikr edin".
Həzrət Peyğəmbər (s) buyurur: "Beş şey tərəzidə ağır olar: "Təsbihati-ərbəə"ni demək...".


İmam Sadiq (ə) buyurur: "Peyğəmbər (s) buyurub: "Təsbihati-ərbəə zikrini çox deyin. Çünki Qiyamət günü bu zikr qarşıdan və başının arxasından qoruyan mühafizlərin və mələklərin dəstəsi ilə gələr"".


Əmirəl-möminin (ə) buyurur: "Hər kim gün ərzində 30 dəfə ("Sübhənallah") deyərsə, Allah 70 növ bəlanı ki, onların ən azı yoxsulluqdur, ondan dəf edər"/deyerler.

baxılma sayı: 188